09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük imtahanı | Sürücülük Kateqoriyaları | Sürücülük dərsləri

Sürücülük imtahanı haqqında

Sürücülük imtahanı 2 mərhələdən ibarətdir.

  1. Nəzəri hissə
  2. Praktiki hissə

   Birinci mərhələdə siz 10 sualdan ibarət test imtahanından keçməli olacaqsız. Sizə verilən vaxt 15 dəqiqə, minimum düzgün cavab sayı isə 9 olmalıdır. Birinci mərhədən uğurla keçdikdən sonra təlim meydançasına yönləndirilirsiniz. Burada sükan arxasında əyləşərək avtomobil idarəetmə qabiliyyətləriniz yoxlanılır. Bu mərhələdən də uğurla keçdikdən sonra sürücülük vəsiqənizi əldə edə bilərsiniz.

       Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
1. 60 yaşına çatmamış şəxslər üçün — 10 il;
2. 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
3. 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;

Sürücülük imtahanında iştirak üçün lazımi sənədlər:

  1. Şəxsiyyət vəsiqəsi

  2. Sürücülük imtahanında iştirak etmək üçün sağlamlıq kağızı – forma 83 (1 dəfə alırsınız, etibarlılığı 3 ildir)
  3. Sürücülük məktəbindən şəhadətnamə (avtoşkoladan sənəd – 1 dəfə alırsınız, etibarlılığı ömürlükdür.)
  4. İmtahana giriş üçün dövlət rüsumu (ilk imtahan 40 manat 40 qəpik,növbəti imtahanlara 20 manat 40 qəpik)

Hara qeydiyyatındasınızsa, orda da imtahan verməlisiniz. Rayon qeydiyyatı olub Bakıda imtahan vermək istəyirsinizsə, mütləq Bakıda müvəqqəti qeydiyyata düşməlisiz.

Qeyd: Əgər məcburi köçkünsünüzsə imtahana qaçqınkomdan arayış aparmalısınız.

Şəhadətnamə dedikdə bir çox tələbələr tərəfindən  orta məktəbdən alınan şəhadətnamə olaraq başa düşülür. Bəli bu da məktəbdən aldığınız sənəd olacaqdır sadəcə sürücülük məktəbindən. Bu məsələdə də EDU Company təhsil şirkəti sizə yardımçı olacaqdır. Sizə ən yaxın filialımıza yaxınlaşaraq və ya online formada müraciət edə bilərsiniz.

Sürücülük Kateqoriyaları

  1. A – bütün növ motosikletlər
  2. B – “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500kq- dan , oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobillər
  3. C – “D” kateqoriyasına aid edilməyən,icazə verilən maksimum kütləsi 3.500kq-dan artıq,olan avtomobilləri,habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobilləri idarə etmək üçün.
  4. D – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobilləri idarə etmək üçün.

Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxılındı Azərbaycan Respublkasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

  • Sahibinin soyadı;
  • Sahibinin adı və atasının adı;
  • Sahibinin doğum tarixi və yeri;
  • Sahibinin yaşayış yeri;
  • Vəsiqəni vermiş orqanın adı;
  • Vəsiqənin verilmə tarixi və yeri;
  • Vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;
  • Vəsiqənin nömrəsi;
  • Vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;
  • Sahibinin qan qrupu və imzası;
  • Xüsusi qeydlər;

Əgər siz də 100 faiz yazılı zəmanət ilə vəsiqə almaq və öz hüquqlarınızı bilən savadlı sürücü olmaq istəyirsinizsə gecikmədən dərslərimizə qoşulmağa tələsin.

Nəzəri dərslər 18 dərslik qısa bir müddətdə,  həftədə 3 dəfə 90 dəqiqə olmaqla peşəkar müəllim heyəti tərəfindən keçirilir. Həm əyani formada həm də onlayn formada dərslərimiz mövcuddur. Ilk dərs isə tədris keyfiyyəti ilə tanışlıq məqsədi ilə tamamilə ödənişsiz keçirilir.  

Praktiki (Təlim) dərsləri isə həm bəy, həm də qadın təlimçilər tərəfindən tədris olunur.  10 dərsə avtomobil idarə etməsi ilə bağlı bütün neqtiv fikirləriniz aradan qalxacaqdır. 

Bəs siz hələdə avtomobil idarə etməyi çətin hesab edir və vəsiqənizi öz biliyinizlə ala biləcəynizə inanmırsınız?  O zaman elə indi müraciət edərək bu fikirlərə son qoymağın zamanıdır.

 


#Sürücülük

Sürətli Qeydiyat