09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük   imtahanı | Sürücülük  dərsləri |   Sürücülük vəsiqəsi

Sürücülük imtahanı və sürücülük dərsləri

  Sürücülük vəsiqəsi

  Avtomobil idarə etmək istəyən və ya avtomobilə həvəsi olan hər bir kəs  avtomobili idarə etmək üçün mütləqdir ki, ilkin növbədə 18 yaşını tamamlasın. 18 yaşını tamamladıqdan sonra isə vətəndaşlar imtahan verərək sürücülük vəsiqəsi əldə edə bilər.  Məhz sürücülük dərsləri bu vəsiqəni almağınız üçün tədris edilir.  Sürücülük dərslərində insanlar qarşısına çıxa biləcək bütün yol hərəkəti qaydalarını öyrənir. Yol hərəkəti qaydalarını bilən hər bir kəs isə hər hansı bir xoşagəlməz hal baş verən zaman öz hüquqlarını rahatlıqla müdafiə edə bilir.  İnsanlar vəzifələrini bilməklə həm öz həyatını, həm də başqalarının həyatını qorumuş olur.

   Nəqliyyat vasitəsinin növlərindən asılı olaraq , Azərbaycan Respublikasında vətəndaşlara verilən sürücülük vəsiqələrinin aşağıdakı növləri vardır :

1. motosikletləri , kvadrisiklləri , avtomobilləri , tramvayları və trolleybusları idarə etmək üçün lazım olan,

2. traktorları və digər nəqliyyat vasitələrini idarə etmək üçün lazım olan.

 

Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə aşağıdakı şəkildə göstərilir:

A1 - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;

A - bütün növ motosikletləri idarə etmək üçün

B1 - kvadrisiklləri idarə etmək üçün

B - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün

 

Sürücülük imtahanı

  Sürücülük imtahanı 2 mərhələli şəkildə vətəndaşın qeydiyyatda olduğu Dövlət Yol Polisi qeydiyyat-imtahan və ya texniki baxış şöbələrində keçirilir. Birinci mərhələ test mərhələsi, ikinci mərhələ isə vətəndaşın avtomobili necə idarə etdiyinin yoxlanması (təlim) mərhələsidir. İmtahanda iştirak etmək üçün bir neçə vacib sənədlər vardır: şəxsiyyət vəsiqəsi, sürücülük haqqında şəhadətnamə, sağlamlıq haqqında tibbi arayış, müvafiq qanunvericiliyə əsasən tələb olunan dövlət rüsumunun ödənilməsinə dair sənəd. İmtahan ödənişli şəkildə keçirilir.

  Hər iki mərhələni uğurla keçmiş şəxs  sürücülük vəsiqəsi əldə etmə hüququnu qazanmış olur. Nəzəri imtahan 10 sualdan ibarət olur. Maksimum 9 sual düzgün cavablandırılmalıdır. 1 səhv edə bilərsiniz. Əks halda növbəti mərhələyə buraxılmayacaqsınız. Praktiki imtahanda isə şəxsin iddia etdiyi kateqoriya üzrə nəqliyyat vasitəsində nəqliyyatı idarə etmə bacarığı test edilir.

Sürücülük dərsləri

EDU COMPANY Təhsil Şirkətində kursu

  Artıq 9 ildir ki, fəaliyyət göstərən EDU Company təhsil şirkətində həm nəzəri, həm də praktiki təlim dərsləri keçirilir. Dərslər savadlı, işinin peşəkarı olan müəllimlər tərəfindən tədris edilir. Nəzəri dərslər ümumi 18 dərsdən ibarətdir. Həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçirilir və 6 həftəlik dərs müddətini əhatə edir. İlk dərs tam ödənişsiz sınaq dərsidir. Tələbələr ödənişsiz sınaq dərslərində iştirak edərək müəllimlərin dərskeçmə metodikası ilə tanış olur. Nəzəri dərslər həm əyani, həm də online formada keçirilir. Online dərslərimiz isə Zoom proqramı vasitəsilə təşkil olunur.  İndi artıq hər bir şəxs ölkənin istənilən regionlarından  bizim dərslərimizə online şəkildə qoşulub, Yol Hərəkəti Haqqında Qanunu mükəmməl şəkildə öyrənə bilər. Biz nəzəri dərslərimizə yazılı müqavilə ilə tam zəmanət veririk. Tələbələr sadəcə bir dəfə ödəniş edir.  Birinci mərhələni uğurla keçə bilməyən tələbələrimiz yenidən ödənişsiz olaraq imtahan qruplarımıza qoşularaq davam edə bilər. Nəzəri dərslərlə bərabər şirkətimizdə təlim dərsləri də keçirilməkdədir. Təlim dərslərinə gün ərzində 1 saat olmaqla qoşulursunuz. Nəzəri dərslərdə iştirak edərək yol hərəkəti qaydalarını, təlim dərslərində iştirak edərək isə avtomobili necə idarə etmək lazım olduğunu peşəkar şəkildə öyrənirsiniz. Yol hərəkəti qaydalarını düzgün bilmək mütləqdir. EDU Company Təhsil Şirkətində təhsil alaraq şəxsiyyət vəsiqəsi almış yüzlərcə tələbələrimiz vardır. Məhz biz "EDU Company" Təhsil Şirkəti olaraq idarə və müəllim heyətimiz ilə birlikdə sizləri düşünərək gecə-gündüz çalışırıq. Biz sizləri  Yol Hərəkəti Haqqında Qanunu yüksək səviyyədə öyrənib ,Təhsilli Sürücü olaraq SÜRÜCÜLÜK VƏSİQƏSİ almağa dəvət edirik.

Sürücülük dərsləri  haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:

EDU Company Sürücülük kursları


#Sürücülük

Sürətli Qeydiyat