09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük imtahanı | Sürücülük kursları | EDU Company

Sürücülük imtahanı və sürücülük kursları

Sürücülük vəsiqəsi nədir?

Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Vəsiqə almaq istəyənlər bu prosedurları bilməli və imtahanlara ciddi hazırlaşmalıdırlar. Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bununla bağlı aşağıdakı əsas məqamlara diqqət yetirmək lazımdır. Beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə uyğun olaraq mühərrikinin iş həcmi 50 sm3-dən artıq olan və ya mühərrikinin gücü 4 kVt-dan artıq olan, yaxud hərəkət sürəti 50km/saat-dan artıq olan bütün mexaniki nəqliyyat vasitələrini, habelə tramvayları idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır. Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar. Müxtəlif təyinatlı traktorları, buldozerləri, ekskavatorları və başqa bu kimi texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini (traktorçu vəsiqəsini) isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyində imtahan verərək əldə etmək olar. 

Sürücülük imtahanı

    Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Bir çox vətəndaşı maraqlandıran Sürücülük məktəbi oxumadan imtahan vermək olarmı sualıdır.  Avtomobil məktəbi oxumadan , müstəqil hazırlaşmaqla yalnız «A1», «A» və «B» kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir. "А1", "А", "B" kateqoriyalı sürücülük vəsiqəsi almaq olar. Digər kateqoriyalı vəsiqələr almaq üçün məktəb oxumaq mütləqdir.    

Sürücülük imtahanı harda verilir?                                                              

      Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər. 

Sürücülük imtahanına tələb olunan sənədlər

İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz. 

Beləliklə, sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi;

2) müvafiq formada tibbi arayış;

3) sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);

4) dövlət rüsumunun ödənilməsinə dair sənəd.

Sürücülük imtahanı necə olur?

Sürücülük imtahanı iki hissədən ibarətdir: nəzəri imtahan və təcrübi imtahan. Əvvəlcə nəzəri imtahan qəbul olunur və yalnız bu imtahandan uğurla keçənlər təcrübi imtahana buraxılır. Nəzəri imtahan kompüterdə qəbul olunur. Hər şəxsə 10 sual verilir və bu suallardan ən azı 9-una düzgün cavab verən şəxs təcrübi imtahana buraxılır. Təcrübi imtahanda sürücülüyə namizədin iddia etdiyi kateqoriyaya uyğun nəqliyyat vasitəsində sürmə vərdişləri yoxlanılır.. Təcrübi imtahan təlimatçının iştirakı ilə qəbul edilir.

Sürücü olmaq istəyənlərə bildiririk ki, yol hərəkəti qaydalarını və sürmə vərdişlərini öyrənməyin heç bir çətinliyi yoxdur və istənilən şəxs 1,5-2 ay müddətinə həmin qaydaları lazımi səviyyədə öyrənərək uğurlu imtahan verə bilər. Sadəcə sürücülük imtahanına çox diqqətlə hazırlaşmaq lazımdır. 

Sürücülük kursları

EDU Company Təhsil Şirkətində siz bizim nəzəriyyə dərslərimizdə  iştirak etməklə sürücülük vəsiqəsi almaq üçün DYP imtahanının 1-ci mərhələsinə hazırlaşa bilərsiniz. Nəzəri dəslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla həm əyani, həm də online formada tədris olunur. Hər qrupda  4-6 nəfər tələbə  iştirak edir.   

Sürücülük təlimi

Bundan başqa təlim dərslərimizə də qatıla bilərsiniz. Peşəkar təlimçilər sizə avtomobili peşəkar idarə etməyi öyrədəcək! Xanımlar üçün təlimlərimiz yalnız qadın təlimçilər tərəfindən keçirilir. Xanımlar üçün təlim dərslərində peşəkar qadın sürücülər (təlimçilər) sizə avtomobil idarə etməklə yanaşı, yol hərəkəti qaydalarını əyani surətdə göstərərək ən doğru şəkildə öyrədəcəklər. Bizim tədris metodikamız xüsusi olaraq qadın psixologiyasının xüsusiyyətlərini nəzərə alaraq hazırlanıb və xanımların çox asan və rahat formada avtomobil idarə etməyi öyrənməsini təmin edir. 

Sürücülük kursları haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:

EDU Company Sürücülük kursları


#Sürücülük

Sürətli Qeydiyat