09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük vəsiqəsi | SÜRÜCÜLÜK KURSLARI | EDU Company

Sürücülük vəsiqəsi

Sürücülük vəsiqəsi üçün imtahan necə keçirilir?

Sürücülük vəsiqəsi – hər hansısa bir şəxsin nəqliyyat idarə etməsini təsdiq edən sənədə deyilir. Nəqliyyat vasitələrinin xüsusiyyətləri, tipi, təyinatı və idarə etməsi fərqləndiyi üçün sürücülük vəsiqəsi kateqoriyalara və yaxud akateqoriyalara bölünür.

 

Sürücülük vəsiqəsini necə əldə edə bilərəm?

Azərbaycan Respublikasında 18 yaşını tamamlamış hər bir Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi əldə etmək üçün imtahan verə bilər. 
Sürücülük imtahanı imtahan verəcək şəxsin qeydiyyatda olduğu, Dövlət Yol Polisi qeydiyyat – imtahan şöbələrində və yaxud da texniki baxış şöbələrində imtahan verlməlidir. İmtahanda iştirak edəcək şəxsin mütləq şəkildə sağlamlıq haqqında tibbi arayışı olmalıdır. Bu arayış qəzaların sayını azaltmaq üçün vacibdir. Əgər arayış imtahan şöbələrinə təqdim edilməzsə, iştirakçı imtahanda iştirak haqqını itirir. 
Ümumiyyətlə sürücülük vəsiqəsi əldə etmək üçün bir sıra sənədlər gərəkli olur. Bu sənədlər aşağıdakılardır:
• Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi)
• Sağlamlıq haqqında tibbi arayış
• Sürücülük məktəbini bitirdiyinı dair sənəd (sürücülük şəhadətnaməsi)
• Qanunvericiliyə əsasən imtahanda iştirak etmək üçün dövlət rüsumunun ödənilməsinə dair rəsmi qəbz (imtahan ödənişlidir)
Sürücülük şəhadətnaməsi sürücülük məktəbinin bitirlməsinə dair sənəddir. Və bu sənədi əldə etmək üçün kateqoriyalara görə ödəniş edilir. (Bakıda sürücülük məktəbini bitirən şəxs, əgər ki, başqa rayonda imtahan verəcəksə, məktəbi bitirdiyinə dair sənədi, yəni şəhadətnaməni təsdiq etmək üçün əlavə möhür ödənişi edilir.
Sürücülük imtahanında iştirak etmək üçün bildiyiniz kimi, dövlət rüsumu ödənilməlidir. Və bu dövlət rüsumu aşağıdakı şəkildədir:
• Avto – moto nəqliyyat vasitələrinin, eyni zamanda tramvay və trolleybusların milli və beynəlxalq sürücülük vəsiqəsi üçün dövlət rüsumu 40 AZN – dir.
• Avto – moto nəqliyyat vasitələrinin, eyni zamanda tramvay və trolleybusların milli və beynəlxalq sürücülük vəsiqəsi üçün təkrar imtahanın dövlət tərəfindən rüsumu 20 AZN – dir. 
• Digər sürücülük vəsiqəsi üzrə, o cümlədən traktorçu və maşınist üçün isə dövlət rüsumu 10 AZN – dir. 
Sürücülük imtahanı iki mərhələdən ibarət olur: 

1 – ci mərhələ: nəzəri mərhələdir;

2 – ci mərhələ: təlim mərhələsidir;
İlk mərhələ kompüter qarşısında keçirilir və 10 ədəd sual verilir. Bu 10 ədəd sualın 9 – nu cavablandıran şəxs ikinci mərhələyə haqq qazanır. Burada iştirakçıdan yol hərəkət qaydaları soruşulur. Nümunə olaraq bir neçə sualları göstərə bilərik:
İkinci mərhələ isə təlim mərhələsi, yəni praktiki mərhələdir. Burada sizin avtomobili necə idarə etməyinizə, eyni zamanda parkinq edilməsi və s. Təlimçi tərəfindən izlənilir. 
Hər iki mərhələni keçən şəxs sürücülük vəsiqəsini əldə edir. 

SÜRÜCÜLÜK KURSLARI

Hal-hazırda ölkəmizdə sürücülük kurslarının sayı xeyli çoxdur. Lakin peşəkar müəllim heyəti və doğru tədris keçirilən kurslar nadir tapılır. Məhz buna görədir ki, “EDU Company” Təhsil Şirkəti olaraq peşəkar müəllim heyəti tərəfindən tədris edilən dərslərimizin ilk dərsini tamamilə ödənişsiz etmişik. 
“EDU COMPANY” TƏHSİL ŞİRKƏTİNDƏ TƏDRİS. 
“EDU Company” Təhsil Şirkətində sürücülük dərsləri həftədə 3 dəfə və hər dərs 90 dəqiqə olmaqla tədris olunur. İlk dərsimiz nümunə sınaq dərsidir və bu dərs tamamilə ödənişsizdir. Siz sönaq dərsində müəllimlə tanış olursunuz, razı qaldığınız təqdirdə bizimlə sürücülük vəsiqəsi əldə etmək yoluna davam edirsiniz. 
Dərslərimiz 18 dərs yəni 1 ay yarımı əhatə edir. Bu müddət ərzində müəllim tərəfindən bütün yol hərəkət qaydaları sizə öyrədilir. 
Eyni zamanda onu da qeyd edək ki, “EDU Company” Təhsil Şirkəti sizə imtahandan keçəcəyinizə dair 100% yazılı zəmanət verir. Əgər ki, imtahandam kəsilsəniz, imtahandan keçənə qədər  tam təmənnasız hazırlaşacaqsınız. 
Əgər sizdə bizim ödənişsiz dərsimizə qoşulmaq istəyirsinizsə o zaman bizimlə əlaqə saxlayın.

Sürücülük dərsləri  haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:

EDU Company Sürücülük kursları


#Sürücülük

Sürətli Qeydiyat