09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük imtahanı | Sürücülük vəsiqəsi almaq | EDU Company

Sürücülük vəsiqəsi almaq

Sürücülük vəsiqəsi imtahanı

İlk öncə bunu qeyd etmək lazımdır ki, avtomobil almaq və idarə etmək istəyən hər bir şəxsin 18 yaşı tamam olmalıdır. Şəxs yalnız 18 yaşını tamamladıqdan sonra sürücülük vəsiqəsini almaq üçün imtahanda iştirak edə bilər. Sürücülük dərsləri də şəxslərin sürücülük vəsiqəsini alması üçün tədris edilir. Şəxslər sürücülük dərslərində iştirak edərək gələcəkdə qarşısına çıxa biləcək bütün yol hərəkəti qaydalarını öyrənmiş olur. Həmçinin, bu şəkildə hər bir şəxs öz vəzifələrini bilərək  həm öz həyatını, həm də digər insanların həyatını qorumuş olur.  Sürücülük imtahanı bütün şəxslərin qeydiyyatda olduğu yer üzrə Dövlət Yol Polisi qeydiyyat-imtahan şöbələrində verilməlidir.

  Sürücülük imtahanı 2 mərhələdən ibarət olur. Birinci mərhələ test mərhələsidir. Buna nəzəri mərhələ də deyilir. Bu mərhələ test şəklində verilmiş 10 sualdan ibarət olur. İmtahan verən hər bir şəxs 10 sualdan ən azı 9 sualı doğru yazmalıdır. Əks halda ikinci mərhələyə buraxılmır. İkinci mərhələ isə praktiki mərhələdir. Bu mərhələdə şəxsin nəqliyyat vasitəsini necə idarə etdiyi yoxlanılır. Hər iki mərhələni uğurla başa vurmuş şəxslər nəhayət, sürücülük vəsiqəsini əldə etmiş olurlar.

  Sürücülük imtahanında iştirak etmək üçün lazım olan sənədlər aşağıdakılardır:

  1. Şəxsiyyət vəsiqəsi;
  2. Şəxsin sağlamlığı haqqında tibbi arayış;
  3. Sürücülük haqqında şəhadətnamə;
  4. Qanunvericiliyə əsasən şəxsdən tələb olunan dövlət rüsumunun ödənilməsinə aid olan sənəd mütləqdir. Çünki sürücülük imtahanı ödənişlidir.

 

   Sürücülük vəsiqəsi - hər bir şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün vacib olan sənəddir . Sürücülük vəsiqələrinin təsviri , nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.   

   Nəqliyyat vasitəsinin növlərindən asılı olaraq , Azərbaycan Respublikasında şəxslərə verilən sürücülük vəsiqələrinin aşağıdakı növləri var :

1. motosikletləri , kvadrisiklləri , avtomobilləri , tramvayları və trolleybusları idarə etmək üçün lazım olan,

2. traktorları və digər nəqliyyat vasitələrini idarə etmək üçün lazım olan.

  Sürücülük vəsiqələrində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı olan “AZ”  , həmçinin rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar bildirilir :

    1)vəsiqəni alan şəxsin soyadı;

2) vəsiqəni alan şəxsin adı və atasının adı;
3) vəsiqəni alan şəxsin doğum tarixi və yeri;
4) sürücülük vəsiqəsinin verildiyi tarix;
5) sürücülük vəsiqəsinin etibarlılıq vaxtının bitdiyi tarix;
6) sürücülük vəsiqəsini vermiş orqanın adı və yaxud möhürü;
7) sürücülük vəsiqəsinin sahibinin fərdi identifikasiya nömrəsi;
8) sürücülük vəsiqəsinin nömrəsi;
9) sürücülük vəsiqəsini alan şəxsin şəkli;
10) sürücülük vəsiqəsini alan şəxsin imzası;
11) sürücülük vəsiqəsini alan şəxsin faktiki yaşayış yeri;
12) sürücülük vəsiqəsini alan şəxsin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitəsinin kateqoriyaları və altkateqoriyaları ;
13) bütün kateqoriyaların və altkateqoriyaların verildiyi tarix;
14) bütün kateqoriyaların və altkateqoriyaların etibarlılıq müddətinin bitdiyi tarix;
15) bütün kateqoriyaların və altkateqoriyaların barəsində əlavə məlumat və yaxud məhdudiyyətlər;
16) qeydiyyat və yaxud yol hərəkətinin təhlükəsizliyinə aid olan digər bütün məlumatlar (vəsiqə sahibinin qan qrupu və yaxud “əlilliyi olan şəxsin” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə aid qeydlər).

Sürücülük dərsləri

   EDU Company Təhsil Mərkəzində Sürücülük dərsləri

   Artıq 9 ildir ki, fəaliyyət göstərən EDU Company Təhsil Mərkəzi sizlərin nəzəri sürücülük imtahanından keçmənizə yazılı şəkildə müqavilə əsasında tam zəmanət verir. Nəzəri dərslər həftədə 3dəfə 90 dəqiqə keçirilməklə, ümumi 18 dərsdən ibarət olur. Dərslər peşəkar müəllim heyəti tərəfindən tədris olunur. Həmçinin, nəzəri dərslərimiz həm əyani, həm də online formada keçirilir. Online dərslərimiz ZOOM proqramı vasitəsilə keçirilir. Mərkəzimizdə nəzəri dərslərlə yanaşı, təlim dərsləri də keçirilir. Təlim dərslərində nəqliyyat vasitəsini peşəkar şəkildə idarə etməyi öyrənmiş olursunuz.

   Siz də sürücülük vəsiqəsi əldə etmək istəyirsinizsə, EDU            Company Təhsil Mərkəzinə müraciət edə bilərsiniz.

 

 

 

 


#Sürücülük

Sürətli Qeydiyat