Sürücülük  vəsiqəsi imtahanı | EDU Company

Sürücülük  vəsiqəsi imtahanına hazırlıq

   Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.Sürücülük vəsiqəsi imtahanında on səkkiz yaşı tamam olan xanımlar və bəylər iştirak edə bilər.Sürücülük vəsiqəsi əldə etmək üçün iki mərhələdən ibarət imtahan təşkil edilir.Birinci mərhələ test imtahanı mərhələsidir.Bu mərhələdə imtahan iştirakçısı komputer vasitəsilə on sualı cavablandırmalıdır.On sualdan doqquzu doğru cavab olarsa imtahan iştirakçısı  birinci mərhələdən uğurla keçmiş hesab olunur.İkinci mərhələdə isə imtahan iştirakşısı avtomobili idarə edir.Əgər imtahan iştirakçısı yol hərəkəti qaydalarını dəqiq bilirsə və avtomobili sərbəst idarə etməyi,park etməyi və s. Bacarırsa imtahanın ikinci mərhələsini də uğurla keçir və sürücülük vəsiqəsi əldə edir.

 

Sürücülük vəsiqəsinin etibarlıq müddəti nəçə ildir?

1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il;
2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

 

Sürücülük vəsiqəsi kateqoriyaları

A - bütün növ motosikletləri idarə etmək üçün

B - “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri,maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri,qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri

C - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

D - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

E-tramvayları və  trolleybusları idarə etmək üçün.

 

   EDU Company sürücülük kursu

   EDU Company Təhsil Şirkətində imtahanın hər iki mərhələsinə hazırlıq mövcuddur.İlk olaraq nəzəriyyə dərslərimiz barəsində məlumatı diqqətinizə çatdırmaq istərdim. Sürücülükdən nəzəriyyə dərslərimiz həftədə üç dəfə doxsan dəqiqə olmaqla tədris olunur. İlk dərs nümunə məqsədilə tamamilə ödənişsiz olur.Dərsə gələrək sizə dərsi tədris edəcək müəllimlə,onun tədris metodikası ilə və dərslərimizin keyfiyyət ilə yaxından tanış olursunuz.Sizə ilk dərsi nümunə dərsi kimi təklif etməmizin səbəbi ondan ibarətdir ki,ağlınızda olan bütün suallara cavab tapasınızəmin olasınız ki,axtardığınız və sizə lazım olan kurs məhz EDU Company Təhsil Şirkətidir.

Sürücülük nəzəriyyə dərslərimizin proqramı qırx beş günlük bir proqramdır.Həftədə üç dəfə on səkkiz dərsə nəzəriyyə proqramınız bitir və imtahana tamamilə hazır olursunuz.Diqqətinizə çatdırmaq istəyirəm ki, sürücülük nəzəriyyə dərsləri proqramımız DYP sürücülük imtahanı üzrə tərtib olunur.

  İlk imtahan mərhələsini uğurla keçdikdən sonra ikinci mərhələyə hazırlaşmaq üçün sizə sürücülük təlimi lazımdır.EDU Company Təhsil Şirkətində sürücülük təlimləri sizə beş dərs və on dərslik paket şəklində  təklif edilir.Bir dərs bir saat olmaqla təşkil edilir.

 

Sürücülük vəsiqəsi əldə etmək üçün imtahanda kimlər iştirak edə bilməz

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud son iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər, avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmırlar.

 

Sürücülük vəsiqəsi nəzəriyyə imtahanında iştirak etmək üşün lazım olan sənədlər

  1. Şəxsiyyət vəsiqəsi
  2. Müvafiq sürücülük məktəbindən şəhadətnamə
  3. Sağlamlıq haqqında arayış.

#Sürücülük