09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Təkmilləşdirmə hazırlığı üzrə dərslər | Təkmilləşdirmə kursu

Təkmilləşdirmə hazırlığı üzrə dərslər

      “EDU COMPANY” Təhsil Şirkətində təkmilləşdirmə hazırlığı üzrə dərslər 5-6-7-8-ci sinifləri əhatə edir. Təkmilləşdirmə hazırlığı şagirdlərin bilik və bacarıqlarının möhkəmlənməsində və onların yeni biliklərə yiyələnməsində böyük rol oynayır. Şirkətimizdə bütün fənlər üzrə təkmilləşdirmə hazırlığı keçirilir. “EDU COMPANY” Təhsil Şirkətində təkmilləşdirmə hazırlığı üzrə dərslər bir çox üstünlükləri ilə seçilir.

Ödənişsiz sınaq dərsi

Ödənişsiz sınaq dərsi – ödənişsiz sınaq dərsinin əsas məqsədi şagirdi və valideyni dərs keyfiyyətimizlə yaxından tanış etməkdir. Belə ki, şagird sınaq dərsi üçün təyin olunan vaxtda kursa yaxınlaşır, dərsdə əyləşərək müəllimlə, müəllimin dərs metodikası ilə, dərsin keyfiyyəti ilə yaxından tanış olur. Dərslər şagirdi və valideyni qane etdikdən sonra qeydiyyatdan keçib dərslərə davam edilir.

Fərdi yanaşma

Fərdi yanaşma – təkmilləşdirmə qruplarında maksimum uşaq sayı 8-9 nəfərdən ibarət olur. Uşaq sayının az olmasında əsas məqsəd hər bir şagirdə fərdi yanaşa bilməyi mümkün etməkdir. Çünki 10-14 yaş aralığında olan uşaqlar dərs zamanı onlara fərdi yanaşıldıqda daha həvəslə çalışırlar.

Sınaq imtahanları

Sınaq imtahanları – hər ay təkmilləşdirmə hazırlığı üzrə ümumi sınaq imtahanı keçirilir. Sınaq imtahanı şagirdin keçirilən mövzuları necə mənimsədiyini yoxlamaq, həmçinin fənlər üzrə zəif mənimsədiyi mövzuları aşkar edərək bu zəifliyi aradan qaldırmaq üçün böyük rol oynayır. Şagirdin zəif mənimsədiyi mövzular üzrə ödənişsiz əlavə dərslər təyin edilir və həmin zəiflik aradan qalxana qədər davam edir.

Sosial fəaliyyətlər – şagirdlərin fiziki və mənəvi yorğunluğunu aradan qaldırmaq üçün “EDU COMPANY” Təhsil Şirkəti onlar üçün müxtəlif gəzintilər təşkil edir. Belə gəzintilərdə tarixi abidələrin ziyarət edilməsinə xüsusi diqqət yetirilir. Gəzintilər və sosial fəaliyyətlərimizin görüntülərinə şirkətin sosial şəbəkələrində baxa bilərsiniz.

       Təkmilləşdirmə dərslərimizin tədrisi əyani və online, fərdi və qrup şəklində aparılır.  Dərslər həftədə 3 dəfə 1 saat olmaqla keçirilir. Təkmilləşdirmə hazırlığı dərslərimiz peşəkar, təcrübəli müəllimlər tərəfindən tədris olunur. Onu da qeyd etmək istərdik ki, “EDU COMPANY” Təhsil Şirkətində şəhid və qazi ailələrinə xüsusi güzəştlər tətbiq edilir. Belə ki, şəhid övladlarına təhsil tamamilə ödənişsiz, qazi ailələrinə isə endirimli qiymətlər olunur.

       “EDU COMPANY” Təhsil Şirkəti təkmilləşdirmə hazırlıqlarında övladlarının təhsilini bizə əmanət edən valideynlər daim öz övladlarının təhsili, nizam intizamı barədə məlumatlandırılır. Qrup rəhbərləri və menecerlər hər dərs sinifləri yoxlayır, şagirdlərin dərsə davamiyyətinə, dərsə hazırlıq səviyyəsinə nəzarət edir və valideyni gündəlik olaraq məlumatlandırır. Bundan başqa, valdeynlərə övladlarının dərsində əyləşərək, dərs prosesini yaxından izləmək imkanı da verilir.

      “EDU COMPANY” Təhsil Şirkətində hər ay 2-3-4-5-6-7-8-ci siniflər arası hədiyyəli bilik yarışı təşkil edilir. Bilik yarışında təkcə kursun öz tələbələri deyil, həmçinin kənar tələbələr də iştirak edirlər. Keçirilən bilik yarışında siniflər üzrə müxtəlif fənlərdən suallar tərtib olunur. Hər fənn üzrə 10 sual sayı olmaqla ümumi nəticə 700 balla qiymətləndirilir. Nəticələr şirkətin öz nəşriyyat evi olan Oğuz nəşriyyatında şəffaf qaydada yoxlanılır və cavablar nəşriyyatın rəmi səhifəsində yerləşdirilir. İştirakçılar və valideynlər şagirdlərə təqdim olunan iş nömrəsi ilə nəticələrə nəşriyyatın rəsmi səhifəsindən baxa bilərlər.  Bilik yarışında yüksək nəticə göstərən şagirdlər mövcud bal aralığına əsasən müxtəlif hədiyyələr tətifnamələr və pul mükafatları ilə təltif olunurlar. Nəticəsi yüksək olan şagirdlərin hədiyyələri oxuduqları məktəbdə təqdim olunur.

          “EDU COMPANY” Təhsil Şirkətində hal hazırda yeni təkmilləşdirmə qruplarına qeydiyyat davam edir. Siz də övladınızın gələcək karyerasına bir addım daha yaxınlaşmağına kömək olmaq istəyirsinizsə seçiminiz “EDU COMPANY” olsun.

 


#Təkmilləşdirmə #Hazırlıq

Sürətli Qeydiyat