09:00-21:00 İş saatları
Sınaq dərsi istə
 TOEFL  nədir? | TOEFL  imtahanı | TOEFL  hazırlığı

TOEFL  nədir?

       Hazırda dünya üzəyində ingilis dilli ölkələrin təhsil sistemində TOEFL imtahanı olduqca məşhurdur. TOEFL  (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. Hansı ki siz, xarici ölkədə ali təhsil almaq istəyirsinizsə, dünyada qlobal dil olan ingilis dili üzrə tədris alacaqsınız və bunun üçün TOEFL və ya ona oxşar imtahanlardan keçib, tədrisi mənimsəyəcəyinizi, bir növ sübut etməlisiniz.

TOEFL imtahanı

TOEFL imtahanı ilk dəfə 1960-cı illərdə xarici dil imtahanı kimi təşkil olunmağa başladı.  Əvvəllər, ABŞ-a daxil olmaq üçün tələb olunan  TOEFL imtahanından keçənlər, artıq, Amerika universitetlərinə daxil olurlar.  Bu gün TOEFL imtahanı Amerikanın sərhədlərini qat-qat aşıb. İndi bir çox universitet və qurumlar tərəfindən məhz bu imtahan tələb olunur.  TOEFL imtahanının qiyməti, ölkədən asılı olaraq dəyişə bilər. Ən yüksək bal 120 bal olan bu imtahan, dünya üzrə çətin sınaqlardan biridir, lakin professional müəllim və iş planı ilə, Azərbaycanda bu imtahanı rahatlıqla keçmək olar.

 

TOEFL imtahanına hazırlıq

İmtahana hazırlaşarkən həyatınıza çoxlu yeni sözlər daxil olacaq.  Bu sözlərə, hər gün yenilərini əlavə etməklə təkrarlamaq sizin üçün faydalı olar.  Nə qədər çox söz bilsəniz, imtahanda bir o qədər sizə kömək olar və şansınız artar.  Əvvəlki TOEFL test suallarını nəzərdən keçirmək isə, sizin sualların sturuktutunu öyrənməyinizə kömək olacaq və bu üsulla əhəmiyyətli irəliləyiş əldə edəcəksiniz. Müasir zamanda yaşamağımız və  internet araşdırması etmək bu dövrdə ən böyük şanslarınızdan biridir. İndi bir kliklə İnternetdə bir çox məlumat əldə edə bilərik.  İnternet dünyasında sizə kömək edəcək bir çox məlumat var. Araşdırmalar, lüğətin əzbərlənməsi və keçmiş sualların ətraflı araşdırılması TOEFL imtahanında,  uğur əldə etməkdə əvəzsizdir. Ən mühüm məqam isə, məqsədyönlü və ciddi şəkildə yanaşmadır. TOEFL imtahanını dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür. Bəzi mənbələrdə qeyd edilir ki, hətta, hər il  təxminən bir milyondan artıq insan TOEFL imtahanı verir. istənilən İngilis dili biliyinə güvənən şəxslər, bu imtahanda iştirak edə bilər. Amma, imtahanda uğur qazanmaq üçün ən azı İngilis dilini intermediate səviyyədə bilmək  lazımdır.

TOEFL imtahanına necə keçirilir?

Ümumiyyətlə isə, bu imtahana girmək üçün yaş məhdudiyyəti yoxdur. İnternet Əsaslı Test (İBT – İnternet Based Test) imtahanı çox tezliklə Kağız Əsaslı Test (PBT – Paper Based Test) və Kompüter Əsaslı Testi (CBT – Computer Based Test) sıxışdırmışdır. İBT ilk öncə bir neçə ölkədə, ABŞ, Kanada, İtaliya, Fransa və Almaniyada, 2005-ci ildə tətbiq olunmuş, digər ölkələrdə isə 2006-cı ildən etibarən tətbiq olunmağa başlanmışdır. 2006-cı ilin sentyabr ayında CBT keçirilməsi  dayandırılmışdır. İlk dövrlərdə TOEFL imtahanı üçün yerlər məhdud idi, imtahan vermək istəyən şəxslər imtahanda iştirak yeri almaq üçün aylarla gözləməli olurdular. Lakin zamanla dünyanın bir çox nöqtələrində imtahan keçirmək üçün yerlərin sayı artırılmışdır. Hazırda imtahan vermək istəyənlər imtahanda yer almaq üçün 1-4 həftə arası gözləyirlər. Bunu nəzərə almağınız çox vacib məqamdır. Artıq,  Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi , həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır. Xaricdən tələbə qəbul edərkən, dünyanın istənilən universiteti bu imtahanları tələb edir. Lakin, bəzi Universitetlər, bu imtahan olmadan tələbə qəbul edib, həmin tələbə universitetdə oxuyarkan bu imtahanı verməsini tələb edir.

TOEFL hazırlığı "EDU Company"də

Bütün dünyada, ən məşhur və önəmli xarici dil imtahanlarından biri olan TOEFL imtahanına hazırlaşmaqda, professional  müəllim heyyətimizlə, "EDU Company" Təhsil Şirkəti olaraq hər zaman sizə kömək etməyə hazırıq. Hazırda illərin təcrübəsi və ödənişsiz sınaq dərslərimizdə iştirak etməklə siz, dərslərimizin keyfiyyətinə əyani şahid ola bilərsiniz. Bakı şəhərində fəaliyyət göstərən 6 filialımız, ümumilikdə isə 9 filialımızla hər zaman sizə daha yaxın olmağa, ən keyfiyyətli təhsili göstərməyə çalışırıq. Siz də bu beynəlxalq imtahanda iştirak edərkən, sizə kömək göstərməyi bizə həvalə edin və xaricdə təhsil arzunuza nail olun.

 


#İngilis dili

Sürətli Qeydiyat