09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Uşaqlar üçün xarici dil | EDU Company

Uşaqlar üçün xarici dil

Erkən yaşda xarici dil öyrənmənin əhəmiyyəti

Hər birimiz müasir zamanda xarici dilin önəmini bilirik. Xarici dil öyrənmək uşaq yaşlarındamı, yoxsa böyüyəndəmi daha asan öyrənilir mövzusu mübahisəli mövzudur. Bəzi mütəxəssislər məsləhət görürlər ki, hətta böyüklər də xarici dili məhz uşaqlar kimi öyrənməlidir. Mütəxəssislərin çoxu məsləhət görür ki, xarici dil öyrənməyə başlamaq üçün, uşağın dil açmasını gözləmək daha məqsədəuyğundur. Əks halda uşaqlarınızın inkişafında müəyyən gecikmə ola bilər. Tam olaraq hansı yaşdan uşaqların xarici dil öyrənməyə başlamasını dəqiq demək olmaz. Valideyin öz övladının potensialını nəzərə almaqla buna qərar verməlidir. Uşaqların yaddaşı böyüklərdən qat-qat yaxşıdır. Əlavə dil öyrənməsi, övladlarınızın beyin inkişafına müsbət təsir göstərəcək. Belə ki, yeni dil öyrənmək, mürəkkəb qaydalar toplusu ilə tanış olmaq,  tənqidi düçüncə tərzini inkişaf etdirir, beyin inkişafına müsbət təsir göstərərək,  onu genişləndirir. Erkən yaşda xarici dil öyrənmək uşağın eyni anda bir neçə işi yerinə yetirmək qabiliyyətinə kömək edir. Yaddaşını artırır, onun fərqli mədəniyyətlərə olan marağını çoxaldır. Uşaqlarda qərəzli fikir olmadığı üçün,  onlar qorxmadan öyrənir və özgüvənli böyüyürlər. Uşaqları tərifləməyin və həvəsləndirməyin dərsdə mühüm rol oynadığını göz ardı etmək olmaz. Burada əsas məsələ uşaqları məcbur etməməkdir. Hətta məcburiyyətlə uşaqlara dərs öyrədilsə və nəticə əldə etsəz də, uşağın alt şüurunda dərs oxumaq, neqativ qəbul olunacaq. Uşaq əzbərçi olacaq. Uşağınızı ingiliscə yazıları olan oyuncaqlar, heyvanlar, nağıl personajları və ya gözəl rəngləmə kitabları ilə gülməli stikerlərlə həvəsləndirə bilərsiz. Uşaq üçün xarici dil möcüzələr və sirlərlə dolu inanılmaz bir dünyadır. Ona görə də hər dərs sehirli bir  səyahətə çevrilməlidir. Uşağa dərs oyun şəklində keçilməlidir. Axı uşağın əsas fəaliyyəti oyundur. Dərsin oyun şəklində keçirilməsi onun  bacarığını və yaradıcılığını artıracaq. Onun həm ana dilində daha tez danışmasına və öyrəndiyi xarici dili daha erkən yaş qrupunda öyrəndiyi,  istifadə etməyə başladığı  üçün tələffüzünün daha düzgün, nitqinin daha səlis olmasına şərait yradacaq. Əlbəttə övladınızın potensialını, da nərəzərə alınmaqla bu məsələlərin  universitet dərs, gündəlik qayğılarla birlikdə vaxt məhdudiyyətinə görə, uşaq yaşlarda öyrənməsi daha məqsədəuyğun və asandır. Burada ən vacibi odur ki, məktəbəqədər və ibtidai sinif uşaqları ilə məşğələlər aparılarkən, yuxarıda göstərilən bütün məqamlar müəllim tərəfindən nəzərə alınır. Bütün bu şərtlər yerinə yetirilərsə, xarici dil dərsləri uşaqlar üçün darıxdırıcı bir vəzifə yox, həqiqətən sevincli bir hadisə olacaq. İstər evdə iki dildə danışın, istərsə də uşağı  ikidilli məktəbdə təhsil almağa göndərin, seçimləriniz uşağınızın çoxdilli uğurunun təməlini qoymuş olacaq. "EDU Company" Təhsil Şirkəti olaraq, hər yaşdan insanlara xidmət, əsas devizimizdir. Hazırda bizim mərkəzimizdə müxtəlif yaş mərhələlərinə uyğun olaraq, yeni qruplarımız yaranır. Azyaşlılar üçün İngilis və Rus dili tədrisi mövcuddur. 3 yaşdan etibarən, övladlarınızı bizə əmanət edə bilərsiniz. Dərslərimiz ümumilikdə, həftədə 3 saat olmaqla tədris olunur. Bizim tədris müəssisəmizdə ilk dərs, sınaq dərsi kimi ödənişsizdir.  Siz övladınızı , sınaq dərsimizə gətirirsiz, hətta istəsəz dərs prosesində özünüz  də iştirak edərək dərsimizin gedişatı ilə tanış olursuz. Müəllimimizin metodiki qabiliyyətini əyani şəkildə görə bilərsiniz. Müəllimimiz isə dərs prosesində, şifahi şəkildə sizin övladınızın bilik bazasını öyrənəcək və onun bazasına uyğun olaraq, ən çoxu 4, 5 nəfərlik qruplarla sizə dərs təyin edəcəyik.  Ayda iki dəfə olmaqla bizim sınaq imtahanımız olur. Övladlarınız, müəyyən mərhələdən sonra sınaq imtahanlarında topladığı nəticəyə uyğun olaraq, sertifikatla mükafatlandırılacaqlar. Hazırda mövcud olan endirim kompaniyalarımızdan istifadə edərək, bizimlə birlikdə xarici dil öyrənməyə başlayın.

Xarici dili kursları haqqında daha ətraflı məlumat üçün linklərə daxil olun:

EDU Company ingilis dili hazırlığı

EDU Company Rus dili hazırlığı


#İngilis dili #Rus dili

Sürətli Qeydiyat