09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyent  Kursu | Abituriyent hazırlığı | EDU Company

Abituriyent  Kursu və qrupları

Abituriyent hazırlığı

8,9,10,11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı EDU Company Təhsil Şirkətininbütün filiallarında mövcüddur. EDU Company Təhsil Şirkəti abituriyent istiqaməti üzrə öz uğur faizi ilə daim seçilmişdir.

Abituriyentlərin ali məktəbə qəbulu 5 ixtisas qrupu üzrə imtahan verilməsi əsasında aparılır.

Abituriyent  qrupları üzrə fənnlər hansılardır?

Qruplar üzrə fənnlər ilə tanış olaq;

1-ci qrup üzrə abituriyent  qrup fənləri; Kimya, Riyaziyyat, Fizika, Xarici dil, Azərbaycan dili, Riyaziyyat fənnlərindən,

2-ci qrup üzrə abituriyent  qrup fənləri; Azərbaycan dili, Coğrafiya, Riyaziyyat, Xarici dil, Tarix, Riyaziyyat fənnlərindən,

3-cü qrup üzrə abituriyent  qrup fənləri; Azərbaycan dili, İngilis dili, Riyaziyyat, Ədəbiyyat, Tarix, Azərbaycan dili fənnlərindən,

4-cü qrup üzrə abituriyent  qrup fənləri; Kimya, Fizika, Riyaziyyat, Azərbaycan dili, Xarici dil, Biologiya

5-ci qrup üzrəabituriyent  qrup fənləri ; Azərbaycan dili,Riyaziyyat, Xarici dil fənnlərindən imtahan verərək arzu etdiyiniz fakültəyə daxil ola bilərsiniz.

1-ci qrup abituriyent  fənləri bir çox şagirdin diqqətini çəkdiyi üçün demək olar ki, ən çox qəbul üzrə müraciət bu qrup üzrədir. Həmçinin I qrupun seçilməyinin digər bir səbəbi fərqli sahələri özündə birləşdirən ixtisaslara sahib olması, gələcəkdə daha perspektivli işlərdə çalışmaq imkanının qazanılmasıdır.

2 ci qrup abituriyent fənnləri içərisində həm humanitar, həm də dəqiq fənnlər vardır. Bu qrupa qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı digər qruplar ilə müqayisədə daha aşağı göstəriciyə sahib olur adətən. 2 ci qrup fənnləri sayəsində siz həm tariximizə, həm də coğrafiyamıza daha yaxşı bələd olacaqsınız.

3 cü qrup abituriyent fənnləri isə ən çox bir-birinə yaxın olan humanitar fənnlərin birləşməsindən yaranmışdır. Ən çox müraciət edilən və ən çox perspektivli sahələrin daxil olduğu qruplardan olduğu üçün keçid balı heç bir zaman çox da aşağı endirilmir. 3 cü qrup fənləri eyni zamanda güclü yaddaş və əzbərçilik tələb etdiyi üçün çətin hesab olunur.

4 ci qrup abituriyent fənnləri dəqiq fənnlər toplusundan ibarət olduğu üçün bu qrup ən çətin qrupdur hesab edilir. IV qrupun keçid balı da hər zaman yüksək olmuşdur. Təbii ki, ixtisaslara görə keçid balı dəyişir.

5 ci qrup abituriyent fənnləri asan hesab olunsa da, burada qabiliyyət imtahanının da bu qrupa daxil olması şagirdlərin narahatlığına səbəb olur. Bu qrupu seçməklə siz ya universitetdə, ya da kollec və texnikumlarda təhsil ala biləcəksiniz. Fənnlər və qəbul imtahanının olması əsla sizi qorxutmasın. İncəsənəti sevənlər və istedadlı gənclərimiz üçün üz tutulması ən səmərəli fakültələr məhz bu qruplara daxildir.

Qeyd edək ki, hər qrupa müxtəlif ixtisaslar daxildir. I qrupa daxil olan ixtisaslar daha çox müəllimlik, IT, mühəndislik yönümlüdür. Əgər ki, dəqiq fənnləri sevirsinizsə, bu sahədə kifayət qədər biliyə sahibsinizsə, texnologiya sahəsinə marağınız varsa, 1-ci qrup sizin seçiminiz olmalıdır. II qrupda daxil olan ixtisaslar daha çox iqtisadiyyat, müəllimlik, sosiologiya, turizm kimi sahələri əhatə etdiyi üçün bu sahələrə marağı olan gənclərimiz bu istiqamətdə irəliləməlidir.III qrupu adətən humanitar fənnləri sevənlər seçir. Bu qrup olduqca perspektivli ixtisaslara; hüquqşünasılıq, dinşünaslıq, jurnalistika, müəllimlik və s sahibdir. IV qrup tibbi yönümlüdür. Burada demək olar ki, yalnızca dəqiq fənnlərdən imtahanlar verilir. Həkimlik, psixoloq, kimya, müəllimlik kimi ixtisaslara yiyələnmək üçün bu qrupu seçməyiniz tövsiyə edilir. V qrup yeni yaradılmışdır və incəsənət yönümlüdür. Bu qrup seçənlər musiqi müəllimi, dizayner, musiqişünaslıq kimi fakültələrdə təhsil ala bilər.

Kimi zaman qazanılır, kimi zaman isə itirilir. Lakin yeganə itirilməyən sahə təhsildir ki, bura nə qədər investisiya yatırsanız, daha artığını qazana biləcəksiniz. Ali savad sizin yönəlmək istədiyiniz sahələrə açılan ilk qapılarınızdan biri olacaqdır. Daha sonra təcrübə toplayaraq, ixtisasınıza uyğun müxtəlif kurslarda təhsil alaraq təkmilləşib özünüzü professional bir kadr olaraq yetişdirə bilərsiniz.

EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ TƏDRİS BÜTÜN İXTİSASLAR ÜZRƏ APARILIR.

EDU COMPANY-də abituriyent hazırlıqlarını üstünlükləri nədir?

  • Müəllim kollektivimiz
    Öz sahəsində peşəkar olan, kitab və nəşrlər hazırlamış, uğurlu fəaliyyətləri ilə özünü isbatlamış müəllimlər dərs keçir.
  • Qəbula 100% YAZILI ZƏMANƏT

  EDU COMPANY Azərbaycanda yeganə təhsil şirkətidir ki, hər bir abituriyentin ali məktəbə qəbul olacağına, 100% yazılı zəmanət verir.

  • Sınaq imtahanları

Hər ay keçirilən mövzu sınaqları abituriyentlərin bir ay ərzində öyrəndikləri mövzuları əhatə edir. Bu sınaqların nəticəsində abituriyentlərin inkişaf tempi, keçirilən mövzuların mənimsənilmə səviyyəsi müəyyənləşdirilir.

Mövzu sınaqları ilə yanaşı ümumi sınaqlar da keçirilir ki, ümumi Sınaqlar abituriyentlərin il ərzində öyrəndikləri bütün mövzuları əhatə edir. Beləliklə, abituriyentlər Qəbul İmtahanına hazırlıq səviyyələrini müəyyənləşdirirlər.

Mövzu və Ümumi Sınaqların digər əhəmiyyəti də ondan ibarətdir ki, il ərzində imtahanda iştirak edən abituriyentlər qəbul imtahanının psixoloji həyəcanından xilas olurlar.

  • QUİZLƏR

İl ərzində hər fənnin mövzularına uyğun olaraq həftəlik imtahanlar keçirilir ki, bunun da əsas məqsədi ondan ibarətdir ki abituriyentlərin mövzuları mənimsəmə səviyyəsi müəyyənləşdirilir.

 

  • TƏDRİSDƏ NƏZARƏT

Şagirdin dərsə davamiyyəti və hazırlıq səviyyəsi  ciddi şəkildə təqib olunur. Davamiyyəti və hazırlıq səviyyəsi aşağı olan şagirdin valideynləri ilə əlaqə saxlanılaraq məlumatlandırılır. Hər ay imtahanlardan sonra valideyn iclası təşkil olunur.

  • DƏRSLƏR

Dərslərimiz hər bir fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir.

İlk dərsimiz ödənişsiz sınaq dərsidir.

Əlavə dərs saatları

Bilik səviyyəsinə uyğun yaradılan qruplar

Məhz bütün bunların nəticəsidir ki, “EDU Company”, artıq ardıcıl neçə ildir ki, 100%-lik qəbul göstəriciləri ilə abituriyent hazırlığına öz adını qızılı hərflərlə yazdırmışdır.   

Kimi zaman qazanılır, kimi zaman isə itirilir. Lakin yeganə itirilməyən sahə təhsildir ki, bura nə qədər investisiya yatırsanız, daha artığını qazana biləcəksiniz. Ali savad sizin yönəlmək istədiyiniz sahələrə açılan ilk qapılarınızdan biri olacaqdır. Daha sonra təcrübə toplayaraq, ixtisasınıza uyğun  təhsil alaraq təkmilləşib özünüzü professional bir kadr olaraq yetişdirə bilərsiniz.

Abituriyent hazırlığı haqqında abituriyent  kursları haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı


#Abituriyent #Hazırlıq

Sürətli Qeydiyat