09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ən yaxşı abituriyent hazırlığı kursu | Abituriyent hazırlığı

Ən yaxşı abituriyent hazırlığı kursu

Abituriyent hazırlığı nədir?

Buraxılış və blok imtahanlarında uğurlu nəticə əldə etmək üçün "EDU Company"Təhsil Şirkəti tərəfindən tədris olunan və 8,9,10,11-ci sinifləri əhatə edən tədris proqramıdır.

Abituriyent imtahanı nə zaman keçirilir?

Siniflər üzrə müvafiq olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən müəyyən edilmiş vaxtda keçirilir.

İmtahan 2 mərhələdən ibarət olur.

 Birinci mərhələ - Buraxılış imtahanı

Azərbaycan bölməsi üzrə

  • Azərbaycan dili;
  • Riyaziyyat;
  • İngilis dili.

Rus bölməsi üzrə

  • Rus dili;
  • Riyaziyyat;
  • İngilis dili.

fənnlərində keçirilir.

İkinci mərhələ - Blok imtahanı

Azərbaycan bölməsi üzrə

I qrup                                                                   II qrup

  • Riyaziyyat;                                              -    Riyaziyyat;
  • Fizika;                                                     -    Coğrafiya;
  • Kimya.                                                    -    Tarix.                                         

III qrup                                                                IV qrup

  • Azərbaycan dili;                                     -     Kimya;
  • Tarix;                                                      -     Biologiya;
  • Ədəbiyyat.                                              -     Fizika.

 

 

Rus bölməsi üzrə

I qrup                                                                   II qrup

  • Riyaziyyat;                                              -    Riyaziyyat;
  • Fizika;                                                     -    Coğrafiya;
  • Kimya.                                                    -    Tarix.                                         

III qrup                                                                IV qrup

  • Rus dili;                                                  -     Kimya;
  • Tarix;                                                      -     Biologiya;
  • Ədəbiyyat.                                              -     Fizika.

Qeyd: Rus bölməsi üzrə hazırlaşan abitureyntlər Azərbaycan dili fənnindən Dövlət İmtahan Mərkəzi  tərəfindən müəyyən edilmiş vaxtda imtahanda iştirak edir.

Abituriyent hazırlığı kursu seçərkən nələrə diqqət olunmalıdır?

  • Bütün təhsil müəssisələrini araşdırmaq, əvvəlki qəbul nəticələri ilə maraqlanmaq önəmlidir.
  • Təhsil müəssisəsi ilə tələbə arasında müqavilənin bağlanıb bağlanmamasına və  müəssisənin nələr vəd etdiyinə diqqət olunmalıdır.
  • Müəssisənin müəllim heyətinin peşakar səviyyədə olmasına xüsusi diqqət yetirilməlidir.

EDU Company Təhsil Şirkətində dərslər necə tədris olunur?

"EDU Company" Təhsil Şirkətində abituriyent hazırlığı həm Azərbaycan, həm də rus bölməsi üzrə keçirilir. Dərslərimiz peşəkar müəllim heyəti tərəfindən tədris olunur. Bütün fənnlər üzrə ilk dərs sınaq dərsi hesab edilir. Siz sınaq dərsində tam ödənişsiz şəkildə iştirak edərək dərslərimiz keyfiyyəti və müəllim heyətimiz ilə tanış ola bilərsiz. Qruplarımızda maksimum 10 abituriyentin iştirakına icazə verilir. Dərslər hər bir fənn üzrə həftədə 3 dəfə olmaqla akademik saat ( 60 dəqiqə) ürzə tədris olunur.  Ümumi səviyyəni yoxlamaq üçün tam qəbul səviyyəsinə uyğun hər ay sınaq imtahanları təşkil olunur.  İmtahan nəticələrinə müvafiq olaraq abituriyentin zəif olduğu mövzular müəyyən edilir və əlavə dərslər ödənişsiz şəkildə təşkil olunur. İxtisas seçimində də daima yanınızda oluruq.

Yay aylarında müxtəlif fənnlərdən "EDU Company" Təhsil Şirkətində ödənişsiz yay dərsləri tədris olunur. Bu dərslərdə iştirak edərək həm biliyinizə bilik qata, həmçinin də tədris sistemimiz və dərslərimiz ilə tanış ola bilərsiniz.

"EDU Company" Təhsil Şirkətini seçməklə nələr əldə edəcəksiz?

  • Metodistlərimiz tərəfindən hazırlanan proqrama sahib olacaqsınız;

  • Aylıq sınaq imtahanlarında ödənişsiz şəkildə iştirak etmək;
  • Kurs dövründə abituriyentlərimizə təcrübəli müəllimlərimiz və psixoloqlarımız tərəfindən psixoloji vəziyyətin yaxşılaşması, həyacan, stress və bu kimi halların aradan qaldırılması üçün seminarlar, treninqlər keçirilir.
  • Hər bir sinif üzrə pedaqoji təcrübəsi olan abituriyent qrup rəhbərləri təyin olunur, onlar tərəfindən mütəmadi olaraq valideynlərə aituriyentin hazırlıq səviyyəsi və dərsə davamiyyəti haqqında məlumat verilir.
  • Bütün dərslər video-kamera ilə izlənilir.
  • Mütəmadi olaraq kursumuz tərəfindən valideyn iclası keçirilir.

Artıq 9 ildir fəaliyyət göstərən "EDU Company" Təhsil Şirkəti yeni tədris ilinin əvvəlindən təhsil şirkətində hazırlaşan abituriyentlərlə 100% yazılı zəmanət müqaviləsi imzalayır. Abituriyent keçid balını keçmədiyi və müqavilədə göstərilmiş şərtlərə riayət etdiyi təqdirdə növbəti il "EDU Company" Təhsil Şirkəti tərəfindən tam ödənişsiz şəkildə hazırlaşdırılır.

 

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı

 


#Abituriyent #Hazırlıq

Sürətli Qeydiyat