Ən yaxşı kompyuter kursu | EDU Company

Ən yaxşı kompyuter kursu

Kompüter kursları

Ofis proqramları kompüter istifadəçilərinə hava-su kimi lazım olan vacib proqramlar sırasında ilk yerdədir. Təkcə Microsoft Office proqramlarının bütün dünyada bir milyarddan çox istifadəçisinin olduğunu qeyd etmək belə bu proqramların necə vacib və tələb olunanlar sırasında önlərdə olduğunu vurğulayır.

  • Bəs siz necə sərbəst formada MS Word proqramında mətn yazıb , onu format edə;  MS Excel proqramında funksiyalar ilə düzgün formada işləyib, hesabatlar hazırlaya və MS PowerPoint proqramında isə təqdimatlar hazırlayıb təqdim edə bilirsinizmi?

Bu sualın cavabı hələ də “xeyr” olarsa, sabah aidiyyəti üzrə istənilən vakansiya üçün müraciət etdikdə, siz ofis proqramları üzrə nəzəri və praktiki biliklərə malik olmadığınız üçün təəssüf ki, uyğun namizəd deyilsiniz deyə mənfi nəticə əldə etmək istəmirsinizsə, elə indi gec olmadan “EDU Company” təhsil şirkətinin peşəkar müəllimləri tərəfindən ən müasir dərs metodları ilə tədris olunan dərslərə qoşulun və 5 ofis proqramı üzrə praktiki və nəzəri biliklərə yiyələnin.

 

  • Siz tədris  müddəti ərzində hansı proqramları öyrənmiş olacaqsınız ?

“Windows ” əməliyyat sistemi, “MS Office Word”, “Excel”, “PowerPoint” və “Outlook” proqramlarıyla və İnternet Explorer ilə tanış olacaq və həmçinin iş prinsipi və funksiyalarını.

 

Microsoft Office Word kursu

  • Microsoft Office Word-mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə (yazı işləri) edilir. Hazırda dünyada ən populyar proqram hesab olunur Sənədə verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
  • Sənəddə cədvəllərin yaradılması və onlar üzərində əməliyyatlar
  • Siyahılarla və Avtofiqurlarla iş
  • Sənəddə hiperəlaqənin yaradılması. Səhifənin parametrlərinin sazlanması
  • Sənədə obyektlərin daxil edilməsi və onlar üzərində əməliyyatlar
  • Sənəd üzərində əməliyyatlar

Microsoft Office Excel  kursu

  • Microsoft Office Excel — cədvəl prosessoru. Əsasən  hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutulmuş proqramdır
  • Xanaya verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
  • Xanaların növü və vərəqlər üzərində əməliyyatlar
  • İş vərəqinə obyektlərin daxil edilməsi və diaqramlarla iş
  • Mətn funksiyaları ilə iş. Verilənlərin nizamlanması
  • Faiz anlayışı. Kitaba qeydlərin daxil edilməsi
  • Kitabın parametrləri və onlar üzərində əməliyyatlar

 Microsoft Office PowerPoint kursu

  • Microsoft Office PowerPoint. Bu proqram vasitəsilə təqdimatlar yaradılır. Həmçinin hesabatlar, tezislər, slaydlar bu proqram vasitəsilə edilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlər də əlavə etmək olur
  • Slayda verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
  • Təqdimatın hazırlanması və dizayn verilməsi
  • Slayda obyektlərin daxil edilməsi və diaqramlarla iş
  • Nümayişin parametrlərinin hazırlanması. Mətn formatı ilə iş
  • Təqdimatın görünüşü rejimləri. Slaydın nümayişi
  • Təqdimatın parametrləri və onlar üzərində əməliyyatlar

Microsoft Office Outlook  kursu

  • Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar.  Bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara  bu porqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox istifadə olunan proqramdır, istifadəsi çox asandır.

Dərslərimiz həftədə 2 dəfə 60 dəqiqə olmaqla, fərdi və qrup formasında keçirilir. İlk dərs sınaq dərsidir və ödənişsizdir.

Dərslərimiz əyani və online formada tədris olunmaqla, tələbələrə nəzəri və xüsusilə praktiki biliklər öyrədilir. Qrup formasında keçirilən dərslərdə maksimum tələbə sayı  isə 4-5 olur.

Proqramı uğurla bitirənlərə, SERTİFİKAT təqdim edilir!

Sertifikatlarımız hər bir iş yerində keçərlidir. Yəni ölkə daxilində hər bir dövlət və özəl müəssisələrdə sizə faydalı olacaqdır.Sertifikatlarınızın üzərində sizin  kursu bitirdiyinizə dair məlumat verilir ki, siz iş yerinə müraciət etdikdə tam zəmanətli şəkildə EDU Company Təhsil Şirkətini  adından istifadə edə bilərsiniz.

Bütün bu qeyd olunanlara yiyələnmək və sərbəst formada kompüterdən istifadə etmək istəyirsinizsə mərkəzimizdə tədris olunan dərslərə indi qatılın və keyfiyyətli tədrisdən yararlanın!

Dərslər haqqında məlumat almaq  üçün və daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Kompüter kursları


#Kompüter kursları #Ofis proqramları #Hazırlıq