09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Fənn hazırlığı | Təkminləşdirmə kursları | EDU Company

Fənn hazırlığı - Təkminləşdirmə kursları

   İctimai həyatımızda təhsilin əhəmiyyəti və rolu olduqca böyükdür.  Elə bu səbəbdən də hər an təhsilimizi inkişaf etdirməliyik ki, həm sabahkı  cəmiyyətimizin inkişafını, həm də yaşayışımızın davamlılığını təmin edə bilək . Bununla yanaşı qarşımızda duran problemlərimizi həll edək, yaxud da gələcəkdə onların həllinə də nail ola bilək. Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Son illər bir çox sahələr kimi, respublikamızda təhsilin inkişafına, problemlərinin həllinə xüsusi diqqət yetirildi, ildən-ilə bu yöndə dövlət qayğısı da artırıldı. Artıq yeniləşən təhsilimiz, bu gün bir çox göstəricilərinə görə dünyanın aparıcı dövlətlərinin təhsili ilə eyniləşdirilir. Xalqımızın Ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev vaxtıilə təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdir: “Təhsil dövlətin əsas dayaqlarından biridir”.

      Elm obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır.

 Övladlarımıza təhsil vermək, elmin bütün sirlərinə yiyələnməsi üçün şərait yaratmaq hər birimizin borcudur. Artıq 9 ildir ki, fəaliyyət göstərən EDU Company Təhsil Mərkəzi bütün istiqamətlərlə yanaşı , şagirdlərin təkmilləşdirilməsi istiqaməti üzrə də öz uğur faizi ilə daim seçilmişdir və seçilməkdə davam edir.

       Təkminləşdirmə kursları (5-6-7-8-ci siniflərin hazırlığı)

    Təkmilləşdirmə kursları 5-6-7-8-ci sinif şagirdlərinin orta məktəb dərslərini daha yaxşı oxuması üçün nəzərdə tutulmuşdur. Biz sizi əmin edirik ki, bizmlə bərabər övladlarınız orta məktəb dərslərini daha yaxşı oxuyacaq, gələcək  dövrdə universitetlərə hazırlıq zamanı üçün baza bilikləri təşkil edəcək ,nəticədə güclü təməl atmış olacaqlar.

       Təkminləşdirmə kursları proqramı

Proqrama üç fənn daxil edilmişdir: Azərbaycan dili, Riyaziyyat, İngilis dili.  

      Azərbaycan dili -  hər bir Azərbaycanlının öz ana dilini mükəmməl bilməsi onun ən vacib borcudur.             

      Riyaziyyat - bütün  dəqiq fənlərin açarı hesab edildiyi üçün öyrənilməsi vacib bir fəndir.       

      İngilis dili - “Beynəlxalq ortaq dil” olduğu üçün zamanın tələbinə uyğun olaraq mütləq şəkildə bilməyimiz vacibdir.

Təhsil Mərkəzimizdə Təkmilləşdirmə hazırlığı bərabər bilik səviyyəsinə sahib şagirdlərdən ibarət kiçik qruplar şəklində keçirilir. Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərinin tədrisi və öyrədilməsi müvafiq olaraq təməl əsaslardan başlayıb 8-ci sinifin son proqramına kimi davam etdirilir.

 Dərslərin qrafiki:  Hər fənn ayrılıqda həftədə 2 dəfə 90 dəqiqə keçirilir.

 Şagirdlər dərs ili ərzində aşağıdakı imtahanları verirlər:

Aylıq Sınaq İmtahanı – Tədris ili müddətində şagirdlərin əldə etdikləri bilik və bacarıqları dəyərləndirmək,hazırlıq səviyyələrini müəyyən etmək, cavab kartı üzərində işləmək bacarıqlarını artırmaq üçün imtahanlar keçirilir.Bu imtahan ayda bir dəfə olmaqla, şagirdin həmin ay ərzində keçirilmiş proqramı hansı səviyyədə mənimsəməsini müəyyən etmək məqsədi ilə kurs rəhbərliyi tərəfindən orta məktəb proqramına uyğun olaraq təşkil olunur. Hər fənnin sual sayı 20 olaraq siniflər üzrə müəyyənləşdirilir , bir sual 5 bal olaraq qiymətləndirilir.  İmtahan nəticəsinə görə ilk 3 yer sahibləri “AYIN TƏLƏBƏSİ” seçilərək mükafatlandırılır. Nəticə barədə valideynlər məlumatlandırılır.

HƏDİYYƏLİ BİLİK YARIŞI –Bu imtahan ayda bir dəfə olmaqla tək öz şagirdlərimiz deyil, ümumilikdə istəyən hər bir şağirdin iştirak edə biləcəyi imtahandır. Şagirdlərin məktəbdə keçdikləri dərs  proqramlarını hansı səviyyədə mənimsəməsini öyrənmək və onların dərsə olan maraqlarını daha çox artırmaq məqsədi ilə kurs rəhbərliyi tərəfindən orta məktəb proqramına uyğun olaraq keçirilir. Yaxşı nəticə göstərən şagirdlər kurs tərəfindən mükafatlandırılır. Sual sayları sinif fərqinə uyğun olaraq müəyyənləşdirilir. Nəticələr saytımıza yerləşdirilir və valideynlər şagirdə verilmiş iş nömrəsi ilə rahat şəkildə daxil olaraq nəticə barədə məlumatlanırlar.

       Valideyinlərin məlumatlandırılması

     İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Çünki biz düşünürük ki, şagirdlərimizin uğur qazanmasında əhəmiyyətli amillərdən biri , kurs əməkdaşları və valideynlərin vəhdət şəkildə çalışmasıdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, şagird dərsə gəlmədikdə, ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyd münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır. Eyni zamanda, nizam-intizamlı, dərsə daima hazırlıqlı gələn,məsuliyyətli şagirdlərin valideynlərinə təşəkkür mesajları göndərilir.

 

        EDU Company fənn hazırlığı

- 5,6,7,8-ci sinif şagirdləri üçün nəzərdə tutulan təkmilləşdirmə hazırlığı  EDU Company Təhsil Mərkəzinin bütün filiallarında mövcüddur.

- Dərslər orta məktəb proqramı yəni, yeni təhsil (Kurikulum) proqramına uyğun olaraq təcrübəli müəllimlər tərəfindən keçirilir.

Müəllim kollektivimiz -Kursumuzda üç mərhələli imtahanlar nəticəsində seçilmiş, öz ixtisası sahəsində peşəkar olan,savadlı , uğurlu fəaliyyətləri ilə özünü təsdiqləmiş , mehriban  müəllimlər fəaliyyət göstərir.

5-8 ci siniflər üzrə Azərbaycan dili ,Riyaziyyat və İngilis dili fənni üzrə Təkmilləşdirmə dərsləri üzrə qeydiyyat il boyu davam edir və  yenu qruplara yaradılır.Siz də övladlarlnızın dərslərində çətinlik çəkməmələrini istəyirsinizsə dərslərimizə qoşulun. İlk dərs sınaq dərsidir və ödənişsizdir. Övladlarınızın uğurlu gələcəyi üçün yolunuzu “EDU Company” Təhsil Mərkəzindən salın və əmin əllərə əmanət edin!


#Təkmilləşdirmə #Hazırlıq

Sürətli Qeydiyat