09:00-21:00 İş saatları
Sınaq dərsi istə
İngilis dili kursu | EDU Company

İngilis dili kursu

   Şübhəsiz ki, Bəşəriyyət üçün qloballaşan dünyada hər bir insanın ən az bir xarici dil bilməsi zəruridir. Hər şeyin sürətlə dəyişdiyi müasir dünyamızda bəzən, bir çox işi eyni anda etməyə məcbur oluruq. Bu da bizləri çox vaxt işləri vaxtında çatdırmamağımıza və  bizi nəticədə əsəbi , aqressiv  və yorğun hallara salır. Edilən bir araşdırmaya görə bir neçə xarici dil bilən insanlar daha multifunksional  olurlar. Gün ərzində birdən çox görüləcək işləri olsa belə rahatlıqla o işlərin öhdəsindən  gəlirlər. Bunun səbəbi isə xarici dil öyrənmənin beyin gücü və yaddaşı inkişaf etdirə bilmə bacarığıdır. Bir və ya bir neçə dil bilən insanların beyinləri müəyyən bacarıqlar üzrə inkişaf edir və buna görə gün ərzində edilən işlər və qərarvermə anlarında bu bacarıqlar onlara olduqca yardımçı olur.

 İngilis dili

      İngilis dili bilməyin faydalarından nə qədər bəhs etsək az olar. Bu dil sizə dünyanın bütün qapılarını aça biləcək gücə sahibdir. Günümüzdə bir çox insanlar hələ də “ İngilis dili öyrənməyin ən asan və sürətli yolu” deyə internetdə axtarış etməklə saatlarını , günlərini boşa sərf etməkdə davam edirlər. Bir çox video izlədikdən ,bir çox metodla tanış olduqdan sonra “hansı üsulla öyrənsəm daha effektiv olar? “ deyə bütün fikirləri qarışır və nəticə etibarilə həvəsdən düşərək heç nə öyrənə bilmirlər. İngilis dilini sürətli və zövqlü öyrənmək bir  çox insanların xəyalıdır. İngilis dili asan bir dil olsada öyrənilməsi bəzi  hallarda qeyri-mümkün ola bilər. Təbii ki, düzgün strategiyadan  istifadə etdiyiniz müddətcə ingilis dilini sürətli öyrənmək çətin deyil. Espertlərin fikrincə bir neçə həftə ərzində hər hansı bir səviyyədə ünsiyyət qurmaq və bir neçə ay sonra bu dili yetərincə öyrənmək mümkündür.

 İngilis dili öyrənməyin ən asan yolları

    Dili necə asan və maraqlı öyrənə biləcəyinizə dair effektiv üsullar vardır ki, sizə sonda uğur qazanmağa kömək edəcəkdir. Gün ərzində ən az 1 saat öyrənməyə vaxt ayırmaq mütləqdir. 20 dəqiqə listening ,20 dəqiqə reading, 20 dəqiqə writing, 20 dəqiqə speaking ilə bacarıqlarınızı sizə rahat və asan olacağı şəkildə inkişaf etdirməyə çalışın. Günə ingilis dilində ən çox sevdiyiniz şən mahnılarla başlayın. Bu metod həm sizə günə yüksək motivasiya ilə başlamağınıza, həm də dinləmə bacarıqlarınızı inkişaf etdirməkdə çox kömək olacaqdır. Dinlədiyiniz mahnılardan, oxuduğunuz mətnlərdən, bilmədiyiniz bütün sözləri qeyd edin və gün ərzində təkrar etməyə çalışın.

      ƏZBƏRLƏMƏYİN! Çünki bu bizim doğru bildiyimiz yanlışlardan ən birincisidir. Bununla sizin bütün motivasiyanız düşür və gün keçdikcə tənbəlləşməyə başlayırsınız. Nəticədə başladığınız işi yarımçıq qoyursunuz. Özünüzə istədiyiniz qədər gündəlik söz limiti qoyun və ən az gündə 3 dəfə təkrar edin.             

     Ən vacib metodlardan biri də İZLƏMƏKDİR. YouTube-dən və müxtəlif saytlardan ingilis dilində film və videolar izləmək  dili öyrənməkdə sizə çox kömək olacaqdır. Buradan bilmədiyiniz bütün sözləri, xoşunuza gələn cümlələri və freozoloji birləşmələri qeyd etməyi unutmayın. Telefonunuza və ya kompüterinizə sizə kömək olacaq proqramlardan hər hansı birini yükləməklə özünüzə həm xarici dost qazanmış ,həm də istədiyiniz vaxta, istədiyiniz yerdə limitsiz şəkildə dil öyrənə bilərsiniz .

EDU Company İngilis dili kursu

  Xarici dil öyrənmək mövzusunda dil kurslarının çoxsaylı faydaları var. Hətta bu cür kursların sayəsində çevrənizdə  ingilis dilində yaxşı  danışan tanışlarınızın nailiyyətlərini eşitmiş ola bilərsiniz. Bu kurslardan biri olan və 9 ildən çoxdur ki, fəaliyyət göstərən EDU Company Təhsil Şirkəti öz peşəkar müəllim kollektivi və işçi heyəti ilə daima tələbələrə təhsil, təlim, tərbiyə yönümlü xidmət göstərməyi özünə məqsəd edinmişdir.

Daha ətraflı mçəlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı


#İngilis dili #Hazırlıq

Sürətli Qeydiyat