09:00-21:00 İş saatları
Sınaq dərsi istə
İngilis dilini ən sadə və rahat üsulla necə öyrənə bilərik?

İngilis dilini ən sadə və rahat üsulla necə öyrənə bilərik?

İngilis dilini bilməyin faydaları 

Gəlin ilk öncə İngilis dilinin yaranma tarixi, mədəniyyəti, və sonradan qloballaşması barəsində biraz məlumat verək.

İngilis dili -- BMT-nin Ayten altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ayten ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya,

dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur.

 

 Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf

 

mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.

 

İngilis dilini öyrənmək mənə nə qazandıracaq?

Müasir dövrümüzdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmarlar da ingilis dilində aparılır. Beynəlxalq razılaşmalara əsasən, təyyarələrdə işləyən bələdçilər ingilis dilini bilməlidir.

Bir çox fərqli vəziyyətlərdə sizə kömək ola biləcək bir güc və ya  minlərlə bağlı qapını aça biləcək bir açar olduğunu düşünün. "İngilis dili sehrli açarınız ola bilər”  Dil bir millət üçün milli mənliyin, milli  duyğu və düşüncələrin,bütün maddi və mənəvi dəyərlərin ixtira və yaradıcılığın ortaq xəzinəsidir.  Bu bir həqiqətdir  ki, dil mədəniyyətdir,mədəniyyət isə  dildir.Biz bu gün sürətlə dəyişən və inkişaf edən dünyamızda başqa millətlərlə əlaqə qurmağa çalışmalıyıq. Bir sözlə, dünya ölkələri ilə mədəni, siyasi, iqtisadi əlaqələrin qurulması üçün bizlərdə yüz milyonlarla insanın istifadə etdiyi dilə müraciət etmək ehtiyacı yaranır ki , bu da ingilis dilidir.

 

Bu məqaləmizdə dövrümüzdə ingilis dilinin əhəmiyyətindən və ingilis dilinin bizə verdiyi üstünlüklərindən danışacağıq.İngilis dilinin beynəlxalq arenada mövqeyi elə bir şəkildədir ki, biz ingilis dilindən kənarda heç bir şey edə bilmirik. Bu, özünü istənilən baxımdan göstərir. İstər rəsmi görüşlərdə, istər elmi görüş və tədbirlərdə. 

 

Bəs İngilis dilini ən sadə və rahat üsulla necə öyrənə bilərik?

Ümumiyətlə, hər hansı bir xarici dili öyrənmək istədikdə, həmin dili həyatınızın mərkəzinə daxil etməliyik. Yəni, həmin dildə filmlərə baxmalısınız(ilk başlarda tərcüməsini anlamasanızda olar, burda məqsəd yeni sözlər və sözlərin düzgün tələffüzünü öyrənməyinizdir) cizgi filmləri izləmək, bu dildə kitablar, məqalələr oxumaq, telefonunuzun dil ayarlarını həmin dilə çevirmək və s. Bu kimi vərdişlər sizin öyrənmək istədiyiniz dili daha asan və əyləncəli üsulla öyrənməyinizə kömək edəcək.

 

Əgər siz xaricdə təhsil almaq, yeni dostlar tapmaq,sərbəst ünsiyyət qurmaq və ən əsası bir ölkənin mədəniyyətini,ədəbiyyatını öyrənmək  eləcə də öz vətəninizi, dövlətinizi, millətinizi dünyaya tanıtmaq istəyirsinizsə sizin ingilis dili biliyinə yiyələnməyiniz vacibdir. Bunun üçündə gələcəyinizi, təhsilinizi etibarlı əllərə əmanət etməlisiniz.

9 ildən çoxdur ki, fəaliyyət göstərən EDU COMPANY TƏHSİL ŞİRKƏTİ  öz peşəkar müəllim kollektivi ilə daima sizin xidmətinizdədir. 

Belə ki, mərkəzimizdə ixtisası sırf İngilis dili müəllimiyi olan, yerli və əcnəbi peşəkar pedaqoqlar tərəfindən həftədə 2 dəfə 90 dəqiqə ərzində, qrup və ya fərdi şəkildə olmaqla  əyani və online formada keçirilir. Əlavə olaraq  həftə sonları isə hər baza üçün conversation clublarımız təşkil olunur.

İlk dərsimiz ödənişiniz sınaq dərsidir.

 

Sınaq dedikdə siz bizi sınayırsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə yaxından tanış olursunuz.

●Peşəkar müəllim kollektivi

●Hər tələbəyə fərdi yanaşma

●Müasir dərs metodları

●Hər ay sonu level(səviyyə) imtahanı

●Sonda isə Sertifikat.

Sertifikatımız isə universaldır həm dövlət həm də özəl müəssisələrdə işə qəbul zamanı keçərlidir.

 

Ümid edirik ki, məqaləmiz sizlər üçün çox faydalı oldu.

Daha ətraflı məlumat üçün: 077-412-02-97 əlaqə saxlaya bilərsiniz.



Sürətli Qeydiyat