09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Kompüter kursları | EDU Company | Ofis Programları

Kompüter kursları

Komputer kursları dedikdə nə nəzərdə tutulur?

Kompyüter haqqında ümumi məlumat Kompyüter ingilis sözü olub tərcüməsi hesablayıcı deməkdir. Kompyüter proqram əsasında sürətlə işləyən qurğudur. Proqram - kompyüterin yaddaşına yazılmış əmrlər ardıcıllığıdır. Proqramlar proqramçılar tərəfindən tərtib edilir və proqramlaşdırma dillərində yazılır.
 Nəşriyyatlarda, təhsildə, tibb elmində, kitabxanalarda, səhiyyədə, kinoşünaslıqda, xalçaçılıqda və toxuculuq sənayesində, texnologiyada, dizayn sahəsində və müxtəlif sahələrdə kompyüterdən istifadə edilməsi demək olar ki, böyük nailiyyətlər əldə etməyə imkan verir. Müasir kompyüterlərdə Microsoft firması tərəfindən hazırlanmış Windows əməliyyat sistemindən geniş istifadə edilir. Müasir kompyüterlər müxtəlif konfiqurasiyaya malikdirlər. Lakin bütün kompyüterlərin tərkib hissəsi eynidir:
1. Sistem bloku
2. Monitor
3. Klaviatura
4. Mouse

 

Kompyüter vaxt yaranıb?


Böyük fransız alimi Blez Paskal 1642-ci ildə ilk dəfə toplama əməliyyatını yerinə yetirən mexaniki maşın yaratmışdı. Alman riyaziyyatçısı Vilhelm Leybnis 1673-cü ildə elə mexaniki maşın yaratdı ki, toplama və vurma əməliyyatlarını yerinə yetirdi.
Çarlz Bebbiçi 1830-ci ild ə Analitik maşın təklif etdi. Həmin maşının iş prinsipi müxtəlif əməliyyatları yerinə yetirən perfokartlardan ibarət idi. Amerikalı German Holleritz 1884-cü ildə bu ideya əsasında maşın yaratdı. Bu maşın German Holleritzə böyük şöhrət gətirdi. Amerikalı German Holleritz 1896-cı ildə TMC kompaniyasını yaratmışdı. İBM (İnternational Business Machines Corporation) 1924-ci ildə Vatson tərəfindən yaradılmışdı. 1941-ci ildə relelərlə işləyən maşın yarandı. 1944-cü ildə Amerika Birləşmış Ştatlarında ilk hesablama maşını Mark-I yarandı.

1946-cı ildə Amerika Birləşmış Ştatlarında ENIAC(Electronic Numerical İnteqrator Analyzer and Computer) adlı ilk universal elektron hesablama maşını yarandı. 1949-cı ildə İngiltərədə Çon fon Neyman t ərəfindən Kembric Universitetində EDSAC adlı ilk kompyüter yaradıldı. Ilk dəfə elektron hesablama maşınları (EHM) elektron lampalardan təşkil edilmişdir. Elektron lampalar tranzistorlarla, yarımkeçirici diodlarla əvəz edildi. 1971-ci ild ə mikroprosessorların yaradılması nəticəsində ilk fərdi kompyüterlər yarandı.

 

Microsoft Office proqramlarına aşağıdakılar daxildir:

Microsoft Office Word

Microsoft Office Excel

Microsoft Office PowerPoint

Microsoft Office Outlook

Microsoft Office Publisher

Microsoft Office Access

 

EDU Company Komputer kursları

EDU Company Təhsil Şirkəti ofis proqramları üzrə biliklərini təkmilləşdirmək istəyən hər kəs üçün peşəkar müəllim heyəti ilə birgə sizlərə xidmət göstərir. Minimum 1 ay yarım, maximum 3 ay müddətinə “Word”, “Excel”, “PowerPoint” proqramlarını və “Windows” əməliyyat sistemini tam mükəmməl şəkildə mənimsəyəcək və hər bir proqramın iş prinsipi ilə yaxından tanış olacaqsınız.

 Microsoft Office Word

 Güclü mətn redaktoru olub mətnlərin çapı və sənədlərin tərtib edilməsi üçün nəzərdə tutulmuşdur.  Hazırda dünyada ən populyar proqramlardan biri hesab olunur.

 Microsoft Office Excel

 İnsanlar tərəfindən müxtəlif heabatların aparılmasında istifadə olunan proqramlardan biridir və böyük istifadəçi kütləsinə malikdir.

 Microsoft Office PowerPoint

Proqram təqdimatların hazırlanması üçün istifadə olunur və müxtəlif animasiyalı slaydlardan ibarətdir.

Microsoft Windows — 1985-ci ildə Microsoft şirkəti tərəfindən satışa çıxarılan əməliyyat sistemi. 1987–1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. Məsələn, Windows üçün Microsoft Word, Excel, Aldus PageMaker və s. Bu proqramların yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu. 10 noyabr 1983-cü ildə Microsoft şirkəti Windows sistemini MS-DOS əməliyyat sisteminin qrafik örtüyü qismində təqdim etmişdir. Bu sistem IBM tipli fərdi kompüterlərdə istifadə olunmağa başlamışdır.

3 aylıq proqram müddətində dərslər həftədə 2 dəfə 60 dəqiqə, 1 ay yarımlıq proqram müddətində isə dərslər həftədə 4 dəfə 60 dəqiqə olmaqla tədris olunur.

Dərslərimiz əyani və online, fərdi və qrup şəklində tədris olunur. Qruplarda maximum 4-5 tələbə olur və hər bir tələbəyə fərdi şəkildə yanaşılır.

Proqram müddətini uğurla bitirən tələbələr imtahan verərək SERTİFİKAT əldə edirlər. Sertifikatlarımız ölkə daxilində bütün dövlət və özəl müəssisələrdə keçərlidir.

Qeyd olunan bütün məlumatlara yiyələnmək və kompüterdən və ofis proqramlarından mükəmməl şəkildə istifadə etməyi siz də istəyirsinizsə, yolunuzu EDU Company Təhsil Şirkətindən sala bilərsiniz.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Kompüter kursları


#Kompüter kursları #Ofis proqramları #Hazırlıq

Sürətli Qeydiyat