Kompüter kursları | Ofis Proqramları | EDU Company

Kompüter kursları - Ofis Proqramları

Kompüter kursları geniş bir anlayışdır və qruplara bölünür biz bu məqaləmizdə komputer kurslarının bir qrupu olan  ofis proqramları haqqında məlumat verəcəyik.

-Microsoft Office Word 

-Microsoft Office Excel 

-Microsoft Office PowerPoint 

  Kompüter kursları dedikdə əsasən  bu 3 proqram nəzərdə tutulur.Microsoft Word hal-hazırda dünyada ən məhşur proqramlardan biridir.Mətn redaktoru olub, istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, müasir alətlərlə təchiz olunmuşdur. Word proqramı ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün "Start" düyməsi basılır və "Programs" menyusundan Microsoft Word seçilir. Microsoft Excel-İlk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Harvard (ABŞ) universitetinin tələbəsi Dan Briklin tərəfindən irəli sürülmüşdür. Elektron cədvəllərin inkişafında növbəti addım 1987-ci ildə Microsoft firması tərəfindən Excel cədvəl prosessorunun yaradılması olmuşdur. MS Excel proqramı gündəlik fəaliyyətində daha çox ədədlərlə işləyən, məsələn, mühasiblərə, bank işçilərinə və s. lazım olur. Lakin, elektron cədvəllərin imkanları bununla bitmir. Bu proqram vasitəsilə nəfis tərtib olunmuş cədvəllərin yaradılması, redaktə olunması və çapı yerinə yetirilir. MS Excel proqramı fərdi kompüter istifadəçiləri, eləcə də idarə və müəssisələr üçün nəzərdə tutulmuş müxtəlif elektron cədvəllər, hesabatlar, biznes-planlar, diaqramlar və s. hazırlamağa və internetlə göndərməyə imkan verən çox mükəmməl cədvəl prosessorudur.
Microsoft Excel proqramında açılan hər bir fayl Excel kitabı adlanır. MS Excel işçi kitabında verilənlər saxlanılır və dəyişdirilir. Hər bir Excel kitabı işçi vərəqlərdən ibarətdir. Hər bir vərəq 256 sütun və 65536 sətrdən ibarətdir. Yeni işçi kitabı açılarkən ekranda təmiz işçi vərəqi yaranır və hər Excel sənədində işçi vərəqlərin sayı 255-ə qədər ola bilər.

Excel kitabına daxil olan bütün vərəqlər bir fayl (.xls) altında yadda saxlanılır.

 Microsoft Powerpoint  təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır. PowerPoint-in yaradılması ideyası ilk dəfə Berkli universitetinin tələbəsi Bob Haskins tərəfindən irəli sürülmüşdür. 1987-ci ildə PowerPoint-in Apple Macintosh üçün olan ilk versiyası PowerPoint 1.0 buraxılmışdır. 1987-ci ildə PowerPoint Microsoft forması tərəfindən 14 milyon $ dəyərində alınmışdır. Microsoft PowerPoint proqramı vasitəsilə slaydlar yaradılır və onları bir-birinin ardınca istənilən qaydada düzməklə təqdimat təşkil olunur. Təqdimat vasitəsilə qeydlər, çıxış tezislərireklamlardissertasiyahesabat və s. məlumatlar dinləyicilərə gözəl tərtibatda çatdırılır. Masterlərin köməyilə MS PowerPoint proqramında təqdimat yaradarkən bu işə 10 dəqiqə sərf olunur, qalan vaxt isə strukturun yaranmasına sərf olunur. Pis və ya zövqsüz işlənmiş təqdimatlar auditoriyanı tərəfindən soyuq qarşılanacaq. Baxmayaraq ki, orada rəngarəng illüstrasiyalardanvideokliplərdənhiperistinadlardan və s. istifadə edilmişdir. Digər tərəfdən yaxşı düşünülmüş və sadə təqdimatlar dinləyicilərin marağına səbəb ola bilər. MS PowerPoint proqramında təqdimatları üç üsulla yaratmaq olar: Master, Şablon və Boş Təqdimat.

Ofis proqramları həm iş həyatımızda,həm təhsil həyatımızda bizə lazım olur.Və əksər iş yerləri işə qəbul zamanı ilk olaraq ofis proqramları sertifikatını tələb edir.Bu sertifikatı siz Edu Company Tədris Şirkətində hazırlaşaraq ala bilərsiniz.Proqram 3 aylıqdır.Sizə bu 3 ay müddətində Windows,Word,Excell,Powerpoint ətraflı şəkildə öyrədilir.Dərslər həftədə iki dəfə 60 dəqiqə olmaqla tədris olunur.İlk dərs nümunə dərsi kimi tamamilə ödənişsiz olur.Siz ilk dərs bir dərs nümunə dərsində iştirak edərək müəllimlə tanış olursuz.Dərs zamanı hər bir tələbə komputer ilə təhciz olunur.Əgər müəllimin dərs keçmə metodikası size qane edərsə,və dərsimizdən razı qalsanız qeydiyyatdan keçərək dərsə başlayırsınız.Proqramı bitirdikdən sonra imtahan verərək sertifikat alırsınız.Qeyd edək ki,əldə etdiyiniz sertifikat universal sertifikatdır və həm dövlət həm də özəl müəssisələrdə tanınır və müddətsizdir.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Kompüter kursları


#Kompüter kursları #Ofis proqramları #Hazırlıq