09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Magistr Hazırlığı | Magistr  kursu | EDU Company

Magistr Hazırlığı

Magistr təhsili nədir?

Magistratura təhsili – ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə tələbənin biliklərinin dərinləşdirilməsinə xidmət edir.

Bakalavr təhsilini bitirdikdən sonra magistr təhsili almaq vacibdirmi?

Ümumiyyətlə magistr təhsilinin faydaları və üstünlükləri nələrdir? Şəxsin həyatında bu təhsil forması hansı rola malikdir?  Bütün bu suallara cavab əslində individualdır. Kimisi bakalavr təhsili ilə kiyafətləndiyi halda, bəzi tələbələr isə magistr təhsili almağıda düşünür.  Əminliklə deyə bilərik ki, ali təhsil almaq hər bir fərdin həyatında mühüm rola malikdir. Şəxsin bilik və bacarıqlarının formalaşmasında və potensialının ortaya çıxmasında əvəzsiz rolu vardır. 4 illik bakalavr təhsili müddətində fərd özünü daha yaxından tanıyır, həqiqi istəkləri və potensialı ortaya çıxır. Bu müddət ərzində tələbələr Azərbaycan universitetlərindəki təhsil sistemi ilə yaxından tanış olurlar. Bəzilərini Azərbaycandakı təhsil sistemi qane etdiyi halda, bəzi tələbələr isə bu təhsil sistemindən şikayətlənirlər.

Həm universitetlərdəki təhsil sistemi, həm müasir texnologiya və avadanlıqların olmaması, həmdə keçmiş düşüncəli və “qiymətyazmayan” pedaqoqlar tələbələləri qane etmir. Əlbəttə burada ki, məqsədim Azərbaycan təhsil sistemini tənqid etmək deyildə, tələbələrin adından real mənzərəni sizə çatdırmaq istəyimdir. Son illərin statistikasınada nəzər yetirsək, günümüz tələbələrinin demək olar ki, yarısı xaricdə magistr təhsil almağa üz tuturlar. Buradakı ən vacib səbəb isə xaricdə təhsilin yüksək səviyyədə tədris olunmasıdır. İstər təhsilin yüksək səviyyədə olması ilə, istərsədə tədrisin müasir texnologiya ilə savadlı və peşekar pedaqoqlar tərəfindən təşkil olunması azərbaycanlı tələbələrin xaricdə təhsilə üz tutmasına səbəb olur.Magistr təhsili almaq tələbənin ixtisas biliklərinin dərinləşməsində və professionallaşmasında vacibdir. Öz sahələri üzrə inkişaf etmək və mütəxəssis olmaq üçün tələbələrin magistr təhsili alması əsaslı səbəblərdəndir. Bəzi tələbələrin arzusu isə akademik fəaliyyətlə məşğul olmaq və universitetdə qalıb pedaqoq olmaqdır. Bu zaman tələbə mütləq şəkildə magistr təhsili almalı və daha sonra tələbə tezisini müdafiə etməlidir.

Bəzən isə tələbələr bakalavr təhsiilərindən heçnə öyrənmədiklərindən və ölkədən getmək istəklərindən dolayı xaricə üz tuturlar. Bu halda nəzərə almalıyıq ki, xaricdə tam düşündüyümüz qədər mükəmməl deyil, oradada mövcud problemlər var. Xaricə çıxmaq demək hər bir şeyin mükəmməl olacağı demək deyildir. İstər Azərbaycanda, istərsədə xaricdə bizim əsas məqsədimiz öz üzərimizdə çalışmaq və daimi öyrənmək olmalıdır. Düzdür ölkəmizdə təhsil yüksək səviyyədə deyil, lakin buna baxmayaraq minlərlə uğurlu gənclərimizdə az deyil. Hamı xaricə getsə ölkəmizdə olan mövcud təhsil vəziyyətini kim dəyişdirəcək və inkişaf etdirəcəkdir?! Xaricə gedin, öyrənin və gəlin bildiklərinizi ölkəmizdə tətbiq edin və Vətənimizi inkişaf etdirin!

Bəzi hallarda isə tələbələr ixtisaslarını dəyişmək üçün magistr təhsili almaq istəyirlər. Buna səbəb isə çox zaman o olur ki, abituriyent vaxtı gənclər təbə adını qazanmanın sevinc və həyəcanı ilə düzgün ixtisas seçimi edə bilmirlər. Bu halda isə ya ixtisas seçimini “balım hara uyğundursa o ixtisasa qəbul olum” düşüncəsi ilə, ya da çox təəssüfki bəzən valideynlərinin təzyiq və israrı ilə, onların istədikləri ixtisasa qəbul olub təhsillərini davam etdirirlər. Bu zaman isə bakalavr təhsillərini bitirib öz istədikləri ixtisasa uyğun olaraq üçün magistr təhsili alırlar.

EDU Company magistr hazırlığı

EDU Company təhsil şirkətində həm Azərbaycan həm Rus bölməsi üzrə hazırlıqlar keçirilir.Hər bir fənn ayrı ayrılıqda həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur və ilk dərsimiz ödənişsizdir.Dərslər həm əyani həm online olmaqla tədris olunur.EDU Company təhsil şirkəti öz tələbələrinə qəbul üçün 100faiz zəmanət verir.

EDU Company magistratura hazırlığı haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı


#Magistr #Hazırlıq

Sürətli Qeydiyat