09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Magistratura imtahanı | Magistrat hazırlığı  | EDU Company

Magistratura imtahanı 2022

Magistratura imtahanı

Magistratura təhsili ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Öz sahələri üzrə inkişaf etmək və mütəxəssis olmaq üçün tələbələrin magistratura təhsili alması əsaslı səbəblərdəndir. Magistratura qəbul imtahanı üçün hazırlıqlara qoşulacaq şəxslər bakalavr səviyyəsi üzrə təhsili olan şəxslər olmalıdır. Cari ilin məzunlarından isə diplom tələb olunmur. Eyni zamanda xarici ölkədə təhsil haqqında sənədi tanınmış şəxslər də imtahanda iştirak edə bilərlər.

» Magistratura qəbul imtahanı hər il Fevral ayının sonlarında keçirilir.2022 ci il magistratura qəbul imtahanı 20 Fevral tarixində nəzərdə tutulub.İmtahanda iştirak etmək istəyən tələbələr yanvar ayının sonunda qeydiyayatdan keçməlidirlər.İmtahan hazırlıqları  proqram üzrə yanvar ayında yekunlaşır və tələbələr intensiv təkrara qoşulurlar.

» Magistrartura qəbul imtahanı test mərhələsindən ibarət olur.İmtahan ümumi 100 sualdan ibarətdir.Test imtahanında tələbələrə Məntiq – 50 sual, İnformatika -25 sual,Xarici dil-25 sual təqdim olunur.İmtahan bir merhələli olmasına baxmayaraq , eyni fənlərdən təkrar imtahan keçiriləcək və May ayı üçün nəzərdə tutulub.Tələbə hər iki imtahanda iştirak ettikdən sonra hər iki imtahandan yığdığı balın ən yüksəyi nəzərə alınacaq . İmtahana 3 saat vaxt verilir ve imtahan saat 11.00 da başlayır əsasən.

● 2022 ci il Fevral ayında keçiriləcək qəbul imtahaninda iştirak etmek uçün sənəd verən bakalavrlar imtahanin ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə  Şəxsi kabinetlərinin hesablarına 50 azn əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər. Ən çox verilən suallardan biridə budur ki birinci imtahanda iştirak etməyən tələbə ikinci imtahanda iştirak edə bilərmi ? – Bəli ilk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlarda bu imtahana yazıla bilərlər. Həmin şəxslər mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində  Şəxsi kabinet yarattıqdan sonra  ( şəxsi kabineti olmayanlar ) ərizə vermək üçün tələb olunan məbləği (50 azn) Şəxsi kabinetlərinin hesablarına əlavə edirlər.Hesaba məbləği Əlavə etmək üçün ödəniş üsullları ilə epayment.dim.gov.az internet səhifəsindən tanış olmaq mümkündür. Bu bakalavrlar da səhifəyə daxil olub *Bakalavrın elektron ərizəsi* formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirilmiş) bakalavrlar imtahan qeydiyyatdan keçmiş hesab olunurlar. Qeyd edək ki bakalavrlar  hər iki imtahana gedərkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli , “ Imtahana buraxılış vərəqəsi "  və İmtahan iştirakçısının sağlamlıq haqqında bəyannaməni mutləq gətirməlidirlər.Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa bakalavr imtahana buraxılmır .

EDU Company Təhsil Şirkətində magistratura hazırlıqları

» EDU Company Təhsil Şirkətində magistratura hazırlıqları həm Azərbaycan, həm də Rus bölməsi üzrə keçirilir.Azərbaycan üzrə magistratura hazırlığı Elmler, 28 May,Nərimanov,Neftçilər,Sumqayıt,Gəncə filiallarında tədris olunur.Rus bölməsi Magistratura hazırlığı isə Nərimanov filialında tədris olunur.

» Magistratura hazırlığı üzrə dərslərimiz hər bir fənn həftədə iki dəfə 90 dəqiqə olmaqla tədris olunur.

» Qruplarda tələbə sayı maksimim 10-12 nəfərdən ibarətdir.

» İlk dərsimiz sınaq dərsidir ÖDƏNİŞSİZ-dir buda tələbənin müəllim və tədris metodikası ilə tanış olmağı üçündür.

Dərlər İnformatika, məntiq Və xarici dil (rus dili, Fransız dili,Alman dili, İngilis dili)  fənləri üzrə  peşəkar müəllim kollektivi tərəfindən aparılır .

» Dərslərimiz həm online həmdə əyani formada tədris olunur.

» Qəbul səviyyəsinə uyğun olaraq ayda 2 dəfə mövzu və ümumi sınaq imtahanı keçirirlir.İmtahanlar həm əyani, həm də online formada keçirilir.Sınaq imtahanının nəticəsinə uyğun olaraq tələbələrin zəif mənimsədiyi mövzulardan ödənişsiz olaraq əlavə dərslər təşkil olunur.

» Bununla yanaşı sentyabrdan "EDU Company" Təhsil Şirkətində hazırlaşan tələbələrə 100% yazılı zəmanət müqaviləsi bağlanır.Tələbə keçid balını keçmədiyi təqdirdə və müqavilədə qeyd olunmuş şərtlərə riaət etdiyi təqdirdə növbəti imtahana tamamilə ÖDƏNİŞSİZ olaraq hazırlaşdırılır.

Magistratura hazırlığı haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı


#Magistr #Hazırlıq

Sürətli Qeydiyat