09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ən yaxşı magistr kursu | EDU Company

Magistratura kursu və Magistratura təhsili

Magistratura təhsili nədir?

Ali təhsilin (universitetin) 4 illik pilləsi başa çatdıqdan sonra təhsil aldığınız ixtisas üzrə mükəmməlləşmək üçün qəbul olunan təhsilin ikinci pilləsinə Magistratura təhsili deyilməkdədir.

Magistratura təhsili ixtisaslaşma prosesində önəmli yer tutur.

Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara «magistr» ali elmi-ixtisas dərəcəsi verilir. Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd - diplom verilir.

İş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün magistr təhsili önəmli rol oynayır. Hətta bir çox şirkətlərin şərtlərində ali təhsil kriteryası belə mövcuddur.

Çox zaman tələbələr magistratura təhsilini ölkə daxilində və ya xaricdə almaq seçimi qarşısında qalırlar. Onlar düşünürlər ki, ölkə daxilində magistratura təhsili almaq imkanları və üstünlükləri bir o qədər çox deyil. Bəs bu həqiqətən belədirmi?

Əgər şəxs doğru universitet və öz ixtisasına uyğun doğru fakültə seçərsə, bu zaman uğurlu təhsil ala bilər.

Magistratura pilləsinə qəbul imtahanı hər il ildə 1 dəfə olmaqla keçirilir. 2020-2021-ci tədris ilində pandemiya vəziyyəti ilə əlaqədar olaraq imtahan 2 dəfə keçirilmişdir. 2021-2022-ci tədris ilində isə I cəhd imtahanı 20 fevral 2022-ci il tarixində keçiriləcək. II cəhdin olub olmayacağı barədə isə hələki rəsmi bir məlumat yoxdur. Qəbul imtahanı 3 saat müddətində davam edir. Tələbələr 3 saat müddətində 100 sualı (50 sual məntiq, 25 sual informatika, 25 sual xarici dil) cavablandırmalıdırlar.

BƏS  “EDU COMPANY” də MAGİSTRATURAYA HAZIRLAŞMAĞIN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

Magistratura hazırlığında niyə EDU COMPANY-ni seçməlisən?

  • Azərbaycanda Magistratura qəbuluna tam tədris paketi üzrə yazılı müqavilə əsasında 100%-lik ZƏMANƏT VERƏN yeganə Təhsil Şirkəti!
  • Magistraturaya qəbul olmadığı halda, növbəti il qəbul imtahanına qədər tamamilə ÖDƏNİŞSİZ olaraq hazırlaşdırılır!
  • İzdiham dolu siniflər yoxdur;
  • Qruplar bilik səviyyəsinə uyğun yaradılır;
  • Qəbul balınıza əsasən endirim tətbiq olunur;
  • İlk dərslər sınaq dərs hesab olunur və tamamilə ödənişsiz həyata keçirilir;
  • Ciddi nizam-intizam və yüksək tədris şəraiti;
  • Dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris edilir;
  • Ay ərzində qəbul səviyyəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə 2 dəfə ödənişsiz sınaq imtahanları;
  • İmtahana az müddət qalmış əlavə ödənişsiz dərslər;
  • Həm əyani, həm online yüksək səviyyədə tədris imkanı;
  • Dost kampaniyaları – dostları ilə birgə gələnlərə xüsusi endirimlər;
  • Həm Azərbaycan, həm rus bölməsi üzrə təhsil almaq imkanı;
  • İxtisas seçimi zamanı peşəkar dəstək xidməti;
  • İmtahan qeydiyyatı zamanı dəstək;
  • Elmlər, Nərimanov, 28 May, Neftçilər, Sumqayıt, Gəncə şəhəri olmaqla geniş ərazi seçimi;
  • Hər saata uyğun dərs qrupları;
  • Fərdi və ya qrup şəklində təhsil almaq imkanı;

 

Universitetə qəbul balına uyğun müəyyənləşdirilmiş endirimlərimiz:

650+ bal toplayan tələbələrə tam ÖDƏNİŞSİZ təhsil imkanı;

600-649 bal  3 fənn aylıq 60 AZN;

500-599  bal  3 fənn aylıq 85 AZN;

400-499  bal  3 fənn aylıq  85 AZN;

300-399  bal  3 fənn aylıq 95 AZN;

200-299  bal  3 fənn aylıq 110 AZN.

 

Əgər siz də gələcək kariyeranız üçün indidən addım ataraq magistratura hazılığına başlamaq istəyirsinizsə, vaxt itirmədən sizə uyğun olan istənilən filialımızla əlaqə saxlaya və ya yaxınlaşa bilərsiniz!

Unutmayın! “EDU Company” hər bir addımınızda sizin yanınızdadır!

EDU Company – Təhsildə ən etibarlı bələdçiniz.

EDU Company magistratura hazırlığı haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı


#Magistr #Hazırlıq

Sürətli Qeydiyat