Magistraturaya Sənəd Qəbulu | Magistr kursu | EDU Company

Magistraturaya Sənəd Qəbulu Başladı

Magistraturaya Sənəd Qəbulu

Magistratura üzrə sənəd qəbulu hər il olduğu kimi bu ildə Fevral ayın ilk günlərindən başladı.DİM-in açıqlamasına,əsasən,Magistra sənəd qəbul 1 Fevral və 10 Fevral tarixləri aralığında aparılacaq.

Magistratura imtahanının vaxtı ilə bağlı isə tamam dəqiq məlumat qeyd olunmayıb.Bir çox səhifələrdə imtahanın 20 Fevral tarixində olunacağı rəsmi şəkildə qeyd olunsa da, DIM-in rəsmi nümayəndəsi Məleykə xanım Abbaszadə imtahan vaxtının hələ tam müəyyən olunmadığını bildirib.

Magistratura Hazırlığı EDU Company

EDU Company Təhsil Şirkəti hal-hazırda intensive şəkildə öz tələbələrinin və kənar tələbələrrin imtahana qeydiyyat prossesini özünəməxsus şəkildə icra edir.Öncədən bütün tələbələr lazım olan məlumatlarla xəbərdar edilir.Lazımi məlumatları sizlərlə bölüşürük.

Ilk öncə hər kəs şəxsi kabinetinin parolunu bilməli və ya bərpa etməlidir.Şəxsi kabinet dedikdə abituriyent vaxtı DİM-də açılmış şəxsi kabinetdən söhbət gedir.Bunun üçün bizə şəxsiyyət vəsiqəsi tələbənin FİN kodu və parol lazımdır.Qeyd edək ki parolunu unutmuş şəxslər əgər köhnə email və nömrəsini işlədirsə parolu bərpa etmək olur yox əgər hər bir məlumat yenirsə o zaman DİM-ə müraciət edib köhnə parolu bərpa etmək mümkündür.

Universitetə qəbul ili 2015ci ilə qədər olan tələbələrin ümumiyyətlə şəxsi kabineti yoxdur.Bunun üçün həmin tələbələrə yeni şəxsi kabinet yaradılır.Buna görə lazım olan şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu olan məlumatlardır.

Şəxsi kabineti bərpa etdikdən və ya yaratdıqdan sonra tələbənin şəxsi məlumatlarını qeyd etmək mümkündür.Burda diqqət edəcəyimiz məlumat Faktiki yaşayış yeri və əlaqə məlumatlarıdır.Qeyd edək ki magistratura imtahanı ödənişli şəkildə keçirilir.Ödəniş isə şəxsi kabinetə köçürülür.

 Daha sonra dim.gov.az  saytından FİN kod və şəxsi kabinetin parolu qeyd olunaraq daxil olunur.Burda tələbənin orta təhsil hansı məktəbdə təhsil alması və bitirmə ili qeyd edilir.Məlumatlar içərisində Təhsil aldığı Ali təhsil müəssisəsi və qəbul olduğu və bitirdiyi ili qeyd olunmalıdır.

Qeydiyyatı apardığımız zaman Abituriyent vaxtı tələbəyə verilə iş nömrəsi də bizə lazım olur və bunu biz sistemdən əldə edə bilirik.Lazım olan məlumatlar içərisində tələbənin ixtisası və ixtisas kodunu da qeyd etməliyik.Eyni qayda ilə həmin məlumatı da sistemdən əldə olunur.

 

Cari ilin tələbələr üçün diplom məlumatlarına ehtiyac yoxdur.Həmin hissələr qeydiyyat zamanı boş buraxılır.Köhnə ilin tələbələrin isə diplom məlumatları əgər universitet tərəfindən sistemə işlənibsə özü avtomatik sənədə əlavə olunur.Univeristet məlumatları əlavə etməyibsə qeydiyyatda biz özümüz edirik.

Bundan başqa tələbə imtahanı hansı bölmə üzrə yəni Azərbaycan və ya Rus bölməsi üzrə verəcəyini qeyd etmək lazımdır.Bundan sonra imtahanda hansı xarici dildə imtahan verəcəyini qeyd etmək lazımdır.Həmin xarici dillərə ingilis rus fransız alman fars dilləri daxildir.

Qeydiyyatda xüsusi bölmə də var ki ixtisası xarici dil tərcümə və dil ədəbiyyat olan tələbələrin ixtisası hansı xarici dil üzrədirsə o dil üzrə imtahan xarici dilini seçə bilməz.(əgər ixtisası üzrə gedəcəksə)

Sonda bütün məlumatları yadda saxlayırıq yenidən yoxlayıb təsdiq edirik.Bununla da qeydiyyatı yekunlaşdırırıq.1-10 Fevral arası qeydiyyat vaxtı bitir.

Bundan sonra isə imtahana 1 həftə qalmış tələbələrin hansı məktəb və ya universitetlərdə imtahan verəcəyi bəlli olur yəni imtahan yerləri çıxır.Bunu isə yenə də dim gov.az saytında yerlərin çıxması ilə bağlı açılan pəncərədən daxil olub istifadəçi adına FİN kod və parolu qeyd edərək daxil olmaq mümkündür.

Qeyd edə ki həmin sənədin sonunda sağlamlıqla bağlıda qeyd var.Həmin sənədi çap etmək lazımdır.İmtahana gedilən gün sağlamlıqla bağlı hissəyə tarix yazılıb qol çəkilir.Magistratura imtahanına getdikdə həmin bu sənəd və çəxsiyyət vəsiqəsindən başqa heç nə aparmaq olmaz.

EDU Company magistratura hazırlığı haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı

 


#Magistr #Hazırlıq