09:00-21:00 İş saatları
Sınaq dərsi istə
MİQ İmtahanı üzrə hazırlıq - Edu Company

MİQ İmtahanı üzrə hazırlıq - Edu Company

MİQ İmtahanı və Sertifikasiya imtahanı haqqında məlumat

MİQ İmtahanı, digər imtahanlardan fərqli olaraq ümumi təhsil müəssisələrinə MİQ İmtahanı müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

MİQ İmtahanı 2 mərhələdən ibarətdir:

  1. Test imtahanı
  2. Müsahibə mərhələsi

   MİQ İmtahanı  müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş şəxslər iştirak edə bilər. Eyni zamanda xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslərin də imtahanda iştirakına icazə verilir.

İmtahan hər ilin yay aylarında ( iyun və ya iyul) keçirilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər iyun ayının sonunda qeydiyyatdan keçməlidirlər.

- Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.

   MİQ İmtahanı müsabiqəsinə keçid balları aşağıdakı kimi müəyyən olunub:

- Bakı şəhəri üzrə keçid balı 48 bal.

- Rayonlar üzrə keçid balı 36 bal

Lakin bu il keçirilən imtahanda keçid balları bəzi ixtisaslar üzrə 30 bala endirilmişdi.

- Musiqi və təsviri incəsənət üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 36.

- Fiziki tərbiyə fənni üzrə üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42.

   Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.

   MİQ imtahanı Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

   MİQ imtahanı Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

     Müəllimlərin Sertifikasiya İmtahanı haqqında

  Sertifikasiya –dövlət ümumi təhsil müəssisələrindəpedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan , ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.

 Sertifikasiya imtahanı 2 mərhələdən ibarətdir:

1.Test mərhələsi -60 sual 

2. Müsahibə -40 bal

Test mərhələsinə keçid 30 , müsahibə mərhələsinə keçid isə 20 bal təşkil edir. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.

Keçən illərdə Sertifikasiya imtahanı keçirilmədiyi üçün bu il il sonuna kimi kemirilməsi nəzərdə tutulur.

 

  EDU Company Təhsil Şirkəti Azərbaycan və Rus bölmələri üzrə MİQ İmtahanı  və Sertifikasiya imtahanına hazırlıq həyata keçirir.

 - MİQ İmtahanı hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.

Əyani və online yeni açılmış Sertifikasiya və MİQ imtahanı üçün  qruplarımız var hansı ki, peşəkar müəllimlər tərəfindən keçirilir. Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.

Online dərslərimiz Zoom programı ilə görüntülü şəkildə keçirilir və dərslər bitdikdən sonra dərslərin vidio izahları telegram qruplarına atılırki müdavimlər təkrarən izləyə bilsinlər.Əksər Tədris Mərkəzlərindən fərqli olaraq bizim online dərslərimizdə də maxsimum tələbə sayı 10 tələbə olur.

 

 - Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır.

 - Qəbul səviyyəsində ayda 1 dəfə ödənişsiz Mövzu və Ümumi sınaq imtahanları təşkil olunur.Sınaq imtahanlarından 52+ bal toplayan müdavimlərə 1 ay ödənişsiz hazırlıq keçirilir.

- Hər fənn həftədə 2 dəfə 90 dəqiqə tədris olunur.

- Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur.

- Keyfiyyətli tədris və münasib qiymətlər sizə təklif olunur.Oktyabr ayının sonuna kimi endirimli qiymətlərlə qeydiyyatdan keçib dərslərimizdə iştirak edə bilərsiniz.

->MİQ İmtahanı və Sertifikasiya imtahanı mərhələləri 



Sürətli Qeydiyat