09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Miq imtahanı və Miq hazırlığı | EDU Company

Miq imtahanı və Miq hazırlığı

MİQ imtahanı haqqında nələri bilməliyik?

    Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir.

    İşə qəbul üzrə müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

    Müəllimlərin işə qəbulu prosesində təşkil olunan test imtahanlarında hər bir namizədə 90 dəqiqə ərzində 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur.

     İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin yay aylarında (iyun,iyul) həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq isə 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, karantin rejiminin müvafiq tələblərinə uyğun olaraq, 17 şəhər və rayon üzrə 32 mərkəzdə təşkil edilmişdir.

   MİQ müsabiqəsinə keçid balları aşağıdakı kimi müəyyən olunub:

   Bakı şəhəri üzrə keçid balı 48 bal

   Rayonlar üzrə keçid balı 36 bal

 

  Musiqi və təsviri incəsənət üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30,həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 36.

  Fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36,həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42.

      Daha sonra isə test imtahan mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yeri seçmək imkanına malikdirlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşekar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin son mərhələsi olan müsahibə mərhələsi isə Təhsil Nazirliyinin elan edəcəyi qrafikə uyğun olaraq əyani və ya online formada həyata keçirilir.

    Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

 

MİQ hazırlığı kursu

EDU Company Təhsil Şirkəti Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıq həyata keçirir.

-Hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.

 

 Əyani və online yeni açılmış Sertifikasiya və Miq qruplarımız var. Hansı ki, peşəkar müəllimlər tərəfindən keçirilir. Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir. Online dərslərimiz Zoom programı ilə görüntülü şəkildə keçirilir və dərslər bitdikdən sonra dərslərin video izahları telegram qruplarına atılır ki, müdavimlər təkrarən izləyə bilsinlər.

    Əksər Tədris Mərkəzlərindən fərqli olaraq bizim online dərslərimizdə də maxsimum tələbə sayı 10 tələbə olur.

- Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır.

- Qəbul səviyyəsində ayda 1 dəfə ödənişsiz Mövzu və Ümumi sınaq imtahanları təşkil

olunur.Sınaq imtahanlarından 53+ bal toplayan müdavimlərə 1 ay ödənişsiz hazırlıq keçirilir.

- Hər fənn həftədə 2 dəfə 90 dəqiqə tədris olunur.

- Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur.

- Keyfiyyətli tədris və münasib qiymətlər sizə təklif olunur.Bu ayının sonuna kimi endirimli

qiymətlərlə qeydiyyatdan keçib dərslərimizdə iştirak edə bilərsiniz.

 

EDU Company   MİQ nəticələri 2020-2021

Əliyeva Leyla Azərbaycan dili ədəbiyyat 50 bal

İbrahimli Sahibə Tarix 50 bal

Məhərrəmova Şirin İbtidai sinif 50 bal

Bağırova Şəhanə Azərbaycan dili ədəbiyyat 50 bal

Ağayeva Leyla Azərbaycan dili ədəbiyyat 50 bal

Səfərli Zeynəb İbtidai sinif 50 bal

İsayeva Şəhla Azərbaycan dili ədəbiyyat 50 bal

Yolçuyeva Zeynəb İbtidai sinif 51 bal

Əliyeva Valiyə Fizika 51 bal

Vahablı Ləman Azərbaycan dili ədəbiyyat 51 bal

Məmmədova Leyla İbtidai sinif 51 bal

Nəcəfova Gülnar İbtidai sinif 51 bal

İlsanova Ülviyyə İbtidai sinif 51 bal

İsmayılova Aytac Coğrafiya 51 bal

Qədirova Nərmin Tarix 51 bal

Nadirova Nuranə Azərbaycan dili ədəbiyyat 51 bal

Qarayeva Gülşən İbtidai sinif 51 bal

Mirhüseynova Nuranə İbtidai sinif 51 bal

Hacıyeva Billurə İbtidai sinif 52 bal

Haqverdiyeva Leyla Azərbaycan dili ədəbiyyat 52 bal

Əliyeva Elmina İngilis dili 52 bal

Heybətova Pərvanə İbtidai sinif 52 bal

Soltanlı Şəms biologiya 52 bal

Məmmədzadə Fidan Musiqi 52 bal

Muradova Fidan İbtidai sinif 52 bal

Yusifova Almaz İbtidai sinif 52 bal

İmanova Vüsalə İbtidai sinif 52 bal

Nəsirova Nərgiz İbtidai sinif 53 bal

Məmmədli Ülkər Azərbaycan dili ədəbiyyat 53 bal

Rəsulbəyli Aytən Azərbaycan dili ədəbiyyat 53 bal

Səfərova Gülnar İbtidai sinif 53 bal

Qarayeva Xəyalə İbtidai sinif 53 bal

Hümbətli Rövşanə informatika 53 bal

Mehdiyeva Əminə İbtidai sinif 53 bal

Ağayeva Aytac Texnologiya 53 bal

İdrisova Bahar Azərbaycan dili ədəbiyyat 53 bal

Bağırov Ülvi Tarix 53 bal

Məmmədova Kəmalə İbtidai sinif 54 bal

İbrahimova Arzu Təsviri incəsənət 54 bal

Allahverdiyeva Aydan İngilis dili 54 bal

Rəsuli Türkan İngilis dili 54 bal

Kərimova Vüsalə İbtidai sinif 54 bal

Dadaşova Xanım İbtidai sinif 54 bal

Əliyeva Nərmin İbtidai sinif 54 bal

Əzizli Dilarə Azərbaycan dili ədəbiyyat 54 bal

Gərayeva Gülnar Azərbaycan dili ədəbiyyat 54 bal

Həsənova Leyla kurikulum 55 bal

Əliyeva Çimnaz İbtidai sinif 55 bal

İsmayılova Əsmər Azərbaycan dili ədəbiyyat 55 bal

Məmmədli Samir Tarix 55 bal

Sarıyeva Lülpar Tarix 55 bal

Əsgərova Nərmin kurikulum 56 bal

Balakişiyeva Nigar İbtidai sinif 56 bal

Neymətova Nəzrin İbtidai sinif 56 bal

Mirzəliyeva Püstə İbtidai sinif 56 bal

Cənnətova Ayna İbtidai sinif 56 bal

Cabbarova Nazpəri İbtidai sinif 57 bal

Ələsova Gülüstan riyaziyyat 57 bal

Qurbanova Günay Tarix 57 bal

    Qeyd olunan bütün məlumatlara yiyələnmək və müəllim adını siz də qazanmaq istəyirsinizsə, yolunuzu EDU Company Təhsil Şirkətindən sala bilərsiniz.

    Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company MİQ hazırlığı


#Miq #Hazırlıq

Sürətli Qeydiyat