Miq nədir  | Miq kursu | EDU Company

Miq nədir? Miq kursu

Miq - Müəllimlərin işə qəbulu üzrə müsabiqə

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək  kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə, hər zaman onlara minnətdarıq.
Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli, uğurlu vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.

Belə ki, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunur (cəmi - 60 sual) . İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilmir.
Qeyd edək ki, “Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020 -  ci ildən başlayaraq sertifikatlaşdırmadan keçirlər. Müəllimlərin İşə Qəbulu müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulur. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunmur. 

Ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. ―Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramlarının icrası  nəticəsində son 13 ildə Bakı şəhərində və Respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

 

Müəllimlərin İşə Qəbulu - MİQ imtahanında necə uğur əldə etməli ?

Müəllimlik ən uca, ən Ali peşədir. Müəllim adını qazanmaq istəyən hər bir kəsin əvvəlcə böyük məqsədi olmalıdır.  Danılmazdır ki, bu gün müəllim adını qazanmaq istəyən müdavim çoxdur və bu da rəqabəti daha da artırır. Buna görə də sizə bu yolda uğur qazandıra biləcək dərs metodikasını doğru - düzgün seçməlisiniz!

 

 “EDU COMPANY”də Müəllimlərin İşə Qəbulu dərsləri haqqında məlumat

  • əyani dərslər ;
  • online dərslər ;
  • ödənişsiz sınaq dərsləri ;
  • peşəkar və mükəmməl müəllim heyəti ;
  • sınaq imtahanında yüksək nəticə əldə edən müdavimlərə 1  aylıq ödənişsiz dərslər ;
  • sınaq imtahanında yüksək nəticə əldə edən müdavimlərə mükafatlar:
  • Ciddi nizam-intizam və yüksək tədris şəraiti;
  • Dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris edilir;
  • Ay ərzində qəbul səviyyəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə 2 dəfə ödənişsiz sınaq imtahanları;
  • İmtahana az müddət qalmış əlavə ödənişsiz dərslər;
  • Elmlər, Nərimanov, 28 May, Neftçilər, Sumqayıt, Gəncə şəhəri olmaqla geniş ərazi seçimi;
  • Hər saata uyğun dərs qrupları;
  • Fərdi və ya qrup şəklində təhsil almaq imkanı;

 

Bu Ali yolda sizə ən böyük dəstəkçi “EDU Company” olacaqdır.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company MİQ hazırlığı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


#Miq #Hazırlıq