Müəllimlərin İşə qəbulu | Miq yeni qaydalar | Miq imtahanı

Müəllimlərin İşə qəbulu

      Müəllimlərin İşə qəbulu - MİQ.

    Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir. İşə qəbul üzrə müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyat keçərək, şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etməlidirlər. Namizədlər qeyd olunan saytdan qeydiyyatdan keçərkən səhifədə görünən iş nömrəsini yadda saxlamağa xüsusi olaraq diqqət yetirməlidirlər. Çünki daha sonra şəxsi kabinətə daxil olan zaman həmin iş nömrəsi tələb olunacaqdır.

 

    MİQ İmtahanı Necə və Harada Təşkil Olunur?

   Müəllimlərin işə qəbulu prosesində təşkil olunan test imtahanlarında hər bir namizədə 90 dəqiqə ərzində 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin avqust ayında həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq isə 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, karantin rejiminin müvafiq tələblərinə uyğun olaraq, 17 şəhər və rayon üzrə 32 mərkəzdə təşkil edilmişdir. Hər bir imtahan mərkəzində iştirak edəcək bütün namizədlər COVİD-19 testindən keçəcəkdir. Həmçinin, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar toplanan nəticələr 1 tədris ili müddətində nəzərə alınacaq və qüvvədə qalacaqdır.

   Daha sonra isə test imtahan mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yeri seçmək imkanına malikdirlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşekar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin son mərhələsi olan müsahibə mərhələsi isə Təhsil Nazirliyinin elan edəcəyi qrafikə uyğun olaraq online formada həyata keçirilir.

 

    MİQ imtahanında kimlər iştirak edə bilər?

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaqdır.

Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVİD-19 peyvəndi ilə bağlı hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək. Koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısının alınması, eyni zamanda özümüzün və digər vətəndaşların sağlamlığının təmin edilməsi məqsədilə namizədlərin virus əleyhinə peyvənd olunması tövsiyə edilir.

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

 

    MİQ imtahanında  yeni qaydalar

   Bildiyiniz kimi bu il MİQ imtahanının keçirilməsilə bağlı müəyyən qaydalar dəyişildi.

   Müsabiqənin test imtahanı mərhələsində  imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırıldı.

   Test imtahanı mərhələsində 100 ballıq qıiymətləndirmə tətbiq ediləcək.Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla ixtisas üzrə 40 sualın hər biri 2 balla tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək.

   4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

   Vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi  üzvünə veriləcək.

   Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi 1.05-5il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1.1 artım əmsalı ilə hesablanacaq.

   Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.Müsabiqənin əsas turundan sonar keçirilən turlarda tutulmayan və yeni yaranan vacant yerlərə yalnız müddəti əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

   Digər imtahan iştirakçıları ilə yanaşı hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

 

    Müəllimlərin İşə qəbulu EDU Company

     Niyə EDU Company?

Bütün ixtisaslar üzrə həm əyani həm onlayn tədris üçün müraciət edə bilərsiniz. Tədris keyfiyyətimizdən o qədər əminik ki ilk dərslərimiz nümunə məqsədilə tamamilə ödənişsizdir. Dərslərdə iştirak edirsiniz müəllimlə və onun tədris metodikasıilə tanış olursunuz sona qərar verirsiniz. Həm ixtisas həm kurikulum həstədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. Kursumuzda hər ay sınaq imtahanları keçirilir və bu imtahan tamamilə ödənişsiz olur ki, bütün müdavimlər bundan yararlana bilsinlər.Eyni zamanda qeyd edək ki, imtahanın keçirilməsilə bağlı baş verən dəyişikliklər yeni olsa da artıq keçirdiyimiz sınaq imtahanlarında bu yenilikləri tətbiq edirik ki, müdavimlər bu dəyişikliklərə alışsın.

İmtahana artıq az müddət qalıb. Başlamaq üçün bu gün gec deyil.

Bu həssas və önəmli müddətdə ən güvəndiyiniz bələdçiniz EDU Company...

 

     MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat:

       EDU Company MİQ hazırlığı


#Miq #Hazırlıq