09:00-21:00 İş saatları
Sınaq dərsi istə
 Müəllimlərin İşə Qəbulu Haqqında |  Miq | EDU Company

Müəllimlərin İşə Qəbulu Haqqında

Müəllimlərin işə qəbulu prosesi haqqında ən vacib məlumatlar

     Müəllimlərin İşə Qəbulu müsabiqəsi ölkədə işəqəbul üzrə ən kütləvi kampaniya olması səbəbilə həm müəllim olmaq istəyənlərin, həm də geniş ictimaiyyətin diqqət mərkəzindədir. İkinci tərəfdən isə elə kampaniyanın kütləviliyi xeyli sayda arzuedənlərin sırasından daha savadlı və hazırlıqlı şəxslərin seçilməsi üçün əlavə mexanizmlər tələb edir. "MİQ imtahanının məzmununda dəyişikliklərin sertifikasiya imtahanına inteqrasiya ilə bağlı olduğu barədə əvvəllər də məlumat verilib. Digər tərəfdən, qəbul edilməlidir ki, imtahanların məzmununda və formatında mütəmadi dəyişikliklər həm də təhsildə gedən islahatlarla ayaqlaşmaq üçündür. Bu elmlər sinif otağında, real şagirdlərlə iş zamanı üzə çıxan problemləri öyrənir, tədqiq edir, ümumiləşdirir və praktik tövsiyələr verir, həm də daim yenilənir. Əgər müəllimlər pedaqogika və metodika elmlərinin əsaslarını düşünərək öyrənsə və tətbiq etsə, bu gün məktəblərdə olan problemlərin böyük hissəsi rahatlıqla aradan qalxar. MİQ və sertifikasiya imtahanlarında metodika üzrə sualların sayının artırılması bu məqsədi güdür".

Müəllimlərin işə qəbul prosesi necə həyata keçirilir?

Cavab: Təhsil Nazirliyi sisteminə daxil olan ümümi təhsil müəssisələrinə müəllimlərin işə qəbul Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqə hansı mərhələdən ibarət olur?

Cavab: Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi; test imtahanı; vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Müəllimlərin işə qəbulu prosesində təşkil olunan test imtahanlarında hər biri namizədə 90 dəqiqə ərzində 40 ixtisas; 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin yay aylarında (iyun; iyul) həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq isə 2020-2021-ci ilin tədris ili üzrə müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, karantin rejiminin müvafiq tələblərinə uyğun olaraq,17 şəhər və rayon üzrə 32 mərkəzdə təşkil olunmuşdur.

MİQ müsabiqəsinə keçid balları aşağıdakı kimi müəyyən olunub:

Bakı şəhəri üzrə keçid balı: 48 bal

Rayonlar üzrə keçid balı: 36 bal

Musiqi və təsviri incəsənət üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümümi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümümi təhsil müəssisələrinə keçid balı 36.

Fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 30 olur.

Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər 16-25 iyul tarixlərində miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.

EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ Azərbaycan və Rus bölmələri üzrə namizədlər üçün Müəllimlərin İşə Qəbulu (MİQ) və Sertifikasiya imtahanna hazırlıq da həyata keçirilir. Bildiyimiz kimi test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunur (cəmi: 60 sual). Dərslərin hər biri həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərslər ödənişsiz sınaq dərsi olur. Həmçinin hər ay sınaq imtahanları təşkil olunur ki, müdavinlər tam ödənişsiz iştirak edirlər.

EDU TƏHSİL MƏRKƏZİNDƏ MİQ və Sertifikasiya imtahanına hazırlıq kurslarının üstünlüyü:

1) mükəmməl tədris proqramı

2) təcrübəli müəllim heyyəti

3) dərslərin anlaşılan, dəqiq və ətraflı izahı

4) mövzular üzrə qiymətləndirmə imtahanları

5) güzəşt və endirim imkanı

6) EDU COMPANY TƏHSİL ŞİRKƏTİNƏ işə qəbul olmaq fürsəti

Hazırlıqlarımız həm əyani həm online şəkildə keçirilir.Həmçinin 52+ bal toplayan müdavimlərə 1 ay ödənişsiz hazırlıq keçirilir. Hər ay yeni qruplar olur ki, tələbələrə istədiyi zaman rahat şəkildə qrafik verilə bilir.

NƏTİCƏLƏRİMİZ:

53-60 bal 43 müdavim

48-53 bal 92 müdavim

36-48 bal 154 müdavim

Müəllim adını EDU COMPANY TƏHSİL MƏRKƏZİNDƏ qazana bilərsiniz. Keyfiyyətli və münasib təhsilə zəmanət veririk.

    Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company MİQ hazırlığı


#Miq #Hazırlıq

Sürətli Qeydiyat