Gəlin ilk öncə Bu dili araşdıraq
Rus dili hansı ölkələrdə istifadə olunur? Mənşəyi hardan gəlir ?
Rus dili, hind-avropa dillərinin, balto-slav qrupuna aid, şərqi slav dilidir.
Rus dili - Dünyanın ən çox yayılmış dillərindən biri, ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır.
SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur.
QARŞINIZA MƏQSƏD QOYUN
İstənilən işə başlayarkən qoyulan məqsəd önəmlidir. Siz sadəcə rus dili öyrənəcəm desəz və heçnə etməsəz 10 ilə də rus dilini öyrənə bilməzsiniz. Ancaq məqsəd qoysanız ki, 6 aya hər gün yarım saat rus dili öyrənmək üçün proqramlar vasitəsilə və youtube videoları izləməklə rus dili öyrənəcəm 6 ay sonra nəticənin fərqinə varacaqsınız.
Ümumiyətlə, hər hansı bir xarici dili öyrənmək istədikdə, həmin dili həyatınızın mərkəzinə daxil etməlisiniz. Yəni, həmin dildə filmlərə baxmalısınız(ilk başlarda tərcüməsini anlamasanızda olar, burda məqsəd yeni sözlər və sözlərin düzgün tələffüzünü öyrənməyinizdir) cizgi filmləri izləmək, bu dildə kitablar, məqalələr oxumaq, telefonunuzun dil ayarlarını həmin dilə çevirmək və ya həmin dildə musiqi dinləmək.
Musiqinin dili yoxdur desələr də, rus dilini öyrənmək üçün ən yaxşı üsullardan biri musiqi dinləməkdir. Rusların məşhur mahnıları var. Həmin mahnıları dinləməklə rus dilinizə təsir edə bilərsiniz. Təbii ki, bu mahnılar arasında sevimlinizə çevriləcək və dəfələrlə dinlədikləriniz olacaq. Bu da sizin üçün faydalı olacaqdır.
Yaxşı olar ki, sizinlə eyni vaxtda başlamaq istəyən bir və ya bir neçə nəfərlə birlikdə öyrənmək üçün bir yola çıxın. Bu həm sizə, həm də yoldaşlarınıza faydalı olacaqdır. Çünki praktika etmək üçün yoldaş olacaq və tənbəllik edə bilməyəcəksiniz.
Öyrəndiyiniz sözləri (lüğəti) istifadə etmək.
Bəzən bir çoxumuzun etdiyi səhvlərdən biri də sadəcə söz öyrənməklə kifayətlənməyimizdir. Nə qədər söz bazamız çox olsa belə, onları isdifadə etmədikdə unudulur.
Bu kimi vərdişlər sizin öyrənmək istədiyiniz dili daha asan və əyləncəli üsulla öyrənməyinizə kömək edəcək.
İstənilən xarici dili planlı və davamlı şəkildə öyrənmək mümkündür. Bunun üçün sizə ilk öncə motivasiya və inam gərəklidir. Hər zaman sevgi və maraq ilə yanaşın.
Rus dilinin tarixi haqqında məlumat əldə etdikdən sonra, niyə də bu cür zəngin və qədim tarixi olan dili öyrənməyək?
Günü bu gündə bir çox iş yerlərində, vakansiyalarda rus dili tələb olunur. Hazır ki, dövrdə gənclərimizin bir çoxu ali təhsil almaqlarına baxmayaraq, işsiz qalırlar. Bunun əsas səbəblərindən biri xarici dil biliklərinin zəif olmasıdır. Adətən iş elanlarından da gördüyümüz kimi rus dili bilən şəxslər daha yüksək əmək haqqı ilə çalışırlar. Dil bilikləri əmək haqqının miqdarına da öz təsirini göstərir. Beləliklə siz rus dilini bilsəniz siz daha çox pul qazanmaq imkanına sahib olacaqsınız. Hətta siz, ali təhsil almadan, sırf xarici dil biliyinizinə görə də müəyyən iş yerlərin də çalışa bilərsiniz.
Rus dilini bilməyiniz təkcə kariyeranızda deyil, şəxsi həyatınızda da sizə çox kömək olacaqdır. Məsələn səyahət zamanı da rus dilindən asanlıqla isdifadə edə bilərsiniz. Çünki dünyanın bir çox ölkələrində Rus dili isdifadə olunur.
Buna görə də Xarici dil biliyinizin artırılmasını işinin peşəkarlarına həvalə etməlisiniz.
9 ildən çoxdur ki, fəaliyyət göstərən EDU COMPANY TƏHSİL ŞİRKƏTİ öz peşəkar müəllim kollektivi ilə daima sizin xidmətinizdədir.
Siz Rus dilini bizimlə öyrənərkən nələr qazanırsınız?
●Belə ki, mərkəzimizdə sırf ixtisası Rus dili müəllimiyi olan, illərin peşəkar pedaqoqları tərəfindən həftədə 2 dəfə 90 dəqiqə ərzində, qrup və ya fərdi şəkildə olmaqla əyani və online formada keçirilir.
●Əlavə olaraq həftə sonları isə hər baza üçün conversation clublarımız təşkil olunur.
●İlk dərsimiz ödənişiniz sınaq dərsidir. Sınaq dedikdə siz bizi sınayırsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə daha yaxından tanış olursunuz.
●Hər ay sonu keçilən mövzulardan level (səviyyə) imtahanı təşkil olunur.
●Dərs saatları sizə uyğun vaxtda tənzimlənir.
●Sonda isə Sertifikatla təltif olunursunuz. Sertifikatlarımız isə universaldır. Həm dövlət həm də özəl müəssisələrdə işə qəbul zamanı keçərlidir.
Ümid edirik ki, hazırladığımız məqalə sizlər üçün faydalı oldu.
Daha ətraflı məlumat üşün aşağıdakı linkə daxil ola bilərsiniz.
EDU Company Rus dili hazırlığı