09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük dərsləri | sürücülük vəsiqəsi | EDU Company

Sürücülük dərsləri və sürücülük vəsiqəsi

Sürücülük vəsiqəsi

Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəd. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir:

A1 - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;

A - bütün növ motosikletləri idarə etmək üçün

B1 - kvadrisiklləri idarə etmək üçün

B - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün

“A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;

C1 - “D” kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

C - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

D - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

BE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

C1E - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

CE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

D1E - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

DE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

Tramvay - tramvayları idarə etmək üçün;

Trolleybus - trolleybusları idarə etmək üçün.

 

 EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ Sürücülük Dərsləri

 EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ sürücülük dərsləri və təlimləri mövcuddur. Dərslər həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçirilir.İlk dərs ödənişsiz sınaq dərsi olur.Təlimlərimiz isə istəyə uyğun ərazidə 1 saat olmaqla keçirilir.

Nəzəriyyə dərslərimiz haqqında məlumat.

-Nəzəriyyə dərslərində siz imtahana düşəcək olan bütün sualları, yol hərəkəti qaydalarını, cərimələri və yol nişanlarını öyrənəcəksiniz.

-Online dərslər həftədə 3 dəfə zoom proqramı vasitəsi ilə həyata keçirilir.Dərs videoları kayd olunur daha sonra tələbələrə vatsap və ya telegram vasitəsi ilə göndərilir.Tələbə dərs müddətində hansı hissəni nəzərdən qaçırsa həmin dərsin videosunu izləyib dərsə hakim ola bilər.

-Müəllimlərimiz sizə tam imtahana hazır olmağın bütün yollarını və qaydalarını peşəkar şəkildə izah edəcək.

-Dərsin ümumi müddəti 1 aydır

-Həftədə 3 dəfə 90 keçirilir

-B və BC kateqoriyalar üzrə təşkil olunur!

-Peşəkar müəllimlər

-Dərslərə zəmanət

-Bir dəfə ödəniş etməklə limitsiz hazırlaşmaq imkanı

-Münasib qiymət və keyfiyyətli dərs

 Siz EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ 15 və ya 18 dərsə sürücülük vəsiqəsi əldə edəcəksiniz.Əgər sən də hər ay onlarla sürücülük vəsiqəsi almış tələbələrdən sadəcə biri olmaq istəyirsənsə elə indi qeydiyyatdan keç.

Ətraflı məlumat üçün linkə daxil olun:

EDU Company Sürücülük kursları

 

 


#Sürücülük #Hazırlıq

Sürətli Qeydiyat