09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük dərsləri

Sürücülük kursları

18 yaşı tamam olan hər bir vətəndaşın. Sürücülük vəsiqəsi əldə etmə hüququ vardır. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

• motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;

• traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.

Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı -“AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

• sahibinin soyadı;

• sahibinin adı və atasının adı;

• sahibinin doğum tarixi və yeri;

• sahibinin yaşayış yeri;

• vəsiqəni vermiş orqanın adı;

• vəsiqənin verilmə tarixi və yeri;

• vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;

• vəsiqənin nömrəsi;

• vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;

• sahibinin qan qrupu və imzası;

• xüsusi qeydlər;

Azərbaycan ərazisindəki yollarda "A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan başlayır. Bundan başqa velosipedi və ya arabanı idarəetmə hüququ 14 yaş, asma mühərrikli velosipedi, mopedi və "A1" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 16 yaş , "BE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan mümkündür.

 

Tramvayları, trolleybusları, "CE" və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 21 yaş , "DE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan etibarən mümkündür.

 

EDU Company Təhsil Şirkəti Sürücülük dərsləri təşkil edir. Kursumuzun peşəkar müəllimləri sizə avtomobil idarə etməklə yanaşı , yol hərəkəti qaydalarını ən doğru şəkildə öyrədəcəklər . Bizim tədris metodikamız çox asan və rahat formada avtomobil idarə etməyi öyrənməsini təmin edir . Siz bizim nəzəriyyə dərslərimizdə iştirak etməklə sürücülük vəsiqəsi almaq üçün DYP imtahanına hazırlaşa bilərsiniz .

Kursumuzda dərslər həm nəzəri, həmdə praktiki təlim şəklində təşkil edilir.

- Dərslər Azərbaycan bölməsi üzrə keçirilir.

A kateqoriyası 50 AZN (30 gün)

B kateqoriyası  50  AZN ( 30 gün)

C kateqoriyası 50 AZN ( 45 gün)

BC kateqoriyası 70 AZN ( 75-90 gün)

D kateqoriyası 60 AZN (45 gün)

- Nəzəri dərslərimiz həm əyani ,həm online şəkildə tədris olunur.

Əyani dərslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçirilir və 15 dərsə nəzəri hissə tam şəkildə öyrədilir.

-Online dərslər həftədə 3 dəfə 80 dəqiqə olmaqla ZOOM programı ilə görüntülü şəkildə keçirilir.

- Bizim tədris metodikamızla tanış olmanız üçün biz sizə ödənişsiz Sınaq dərsləri təşkil edirik.

- Nəzəriyyə dərslərində Siz yol hərəkəti qaydalarını və yol nişanlarını öyrənəcəksiz. Dərslər yüksək səviyyədə mütəxəssislər tərəfindən keçirilir. Biz Sizə 100 %  Zəmanət veririk və Siz imtahandan keçənə qədər əlavə ödəniş etmədən dərslərdə iştirak edəcəksiz.

Mərkəzimizdə  eyni zamanda  xanımlar və bəylər üçün avtomat ötürücü ilə sürücülük təlimi keçirilir.

Avtomobil idarə etməyi öyrənmək üçün  avto təlim dərslərimiz xanım təlimçi tərəfindən öyrədilir. Təlimlər Təlim mərkəzlərinə yaxın ərazilərdə ( metro stansiyalarına yaxın ərazilər)  keçirilir.

Mərkəzimizdə Sürücülük dərsləri üçün Payız endirimi edilir.Dərslərə qoşulan hər bir tələbəyə dərs vəsaiti hədiyyə olunacaq. Oktyabr ayı əyani və online səhər, günorta və axşam qruplarımız var. Biz işləyən və vəsiqə əldə etmək istəyən hər bir tələbəni düşünərək axşam saatları yeni qruplara qeydiyyat başlatdıq.

Sizi peşəkarlara əmanət edirik. Sürücülük vəsiqənizi EDU Company Təhsil Şirkətindən əldə edin. Hər ay  imtahanı uğurla keçən onlarla tələbədən biri də siz olun!

 

 



Sürətli Qeydiyat