09:00-21:00 İş saatları
Sınaq dərsi istə
YÖS HAZIRLIĞI

YÖS HAZIRLIĞI | YÖS İMTAHANI

YÖS nədir?

YÖS Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahandır. Türkiyədə bakalavr təhsili almaq üçün YÖS imtahanı verilir. Bu imtahan 2010-cu ilə qədər ÖSYM tərəfindən keçirilirdi, lakin 2011-ci ildən etibarən  hər universitet öz imtahanını keçirir. YÖS imtahan nəticələri sadəcə Türkiyə universitetləri üçün keçərlidir. Digər ölkələrdə bu nəticələr keçərli deyildir. Hər bir universitetin qəbul şərtləri imtahan tarixləri birbirindən fərqlidir bunun üçün heç bir kəs dəqiq məlumat verə bilməz

 

Kimlər bu imtahanda iştirak edə bilər?

Türkiyədə təhsil almaq istəyən türk vətəndaşı olmayan və ya türk olub Türkiyə vətəndaşlığı olmayan 11-ci sinif məzunları YÖS imtahanında iştirak edə bilər. YÖS imtahanı universitetin özünə verilir. 11-ci sinfi bitirməmiş tələbələr də bu imtahanı verə bilər, sadəcə 11 illik attestat qiymətlərini almadığı üçün bu həmin il üçün keçərsizdir. Azərbaycanda da imtahan vermək mümkündür. Türkiyə universitetləri öz fakültə ixtisaslarına uyğun olaraq YÖS imtahan nəticəsi ilə tələbə qəbulu edir. Məsələn: tibb, əzcaçılıq, psixoloq, hüquq, müəllim  və s. ixtisaslara daxil olma hüququ verir.

YÖS imtahanı nə zaman keçirilir?

YÖS imtahanın qəbul qeydiyyatı əsasən mart-iyun aylarında olur. Bu zaman içində hər bir universitet öz qəbul , imtahan tarixlərini və şərtlərini açıqlayır.

YÖS imtahanı 2 mərhələdən ibarətdir:

Birinci mərhələdə:

-Riyaziyyat

-Məntiq

Standart olaraq Riyaziyyat 45 sual,məntiq 35 sualdan ibarətdir. Ümumi 80 sual olur . İmtahan sualları və müddəti universitetə görə fərqli ola bilər. Müddət 90 dəqiqə ilə 120 dəqiqə arasında dəyişir. YÖS imtahanında  maximum bal 100 baldır.

İkinci mərhələ :

-Türk dili

Türkiyə universitetlərdə təhsil Türk dilində olacağı üçün TYS imtahanı vermək mütləqdir. Türk dili imtahanında türk dili biliyiniz yoxlanır və imtahanın müddəti 60 dəqiqədir.

 

YÖS kursu seçərkən nələrə diqqət edilməlidir?

Bütün təhsil müəssilırini araşdərmaq və əvvəlki qəbul nəticələri ilə maraqlanmaq vacibdir Əsas qəbul olmaq deyil hansı şəhərə və hansı ixtisasa qəbul olduğuna mütləq fikir vermək lazımdır. Sınaq dərslərdə ödənişsiz şəkildə əyləşib müəllimin dərs metodikası ilə yaxından tanış olmaq hər tələbənin haqqıdır. Təhsil müəssisəsi ilə tələbə arasında müqavilənin bağlanıb bağlanmamasına və nələri vəd etdiyinə diqqət yetirmək lazımdır. Müəllimlərin Türkiyədə təhsil alıb peşəkarlaşması önəmli faktorlar arasındadır Çünki dərslər mütləqdirki türk dilində keçirilsin və Yös proqramını dərinləməsinə bilməlidir  bu tələbə üçün extra bir avantajdır Ən önəmlisi dərs saatlarının müəyyən qanunauyğun şəkildə bölünməsidir Dərs saatlarını tərtib edərkən diqqət yetirmək lazımdır ki tələbə riyazi elmlə məşğul olarkən həddən artıq zehni yorğunluq yaşamasın Əks halda dərs keyfiyyəti olduqca aşağı düşəcəkdir üstəlik tələbənin nəticələri mənfiyə doğru irəllyə bilər Elə bu səbəblərə nəzərə alaraq EDU Company dərs saatlarını2 saat olmaqla həftənin6  gününə bölmüşdür

2013-cü ildən bu günə qədər tələbələr təhsilini məhz EDU Company Təhsil Şirkətinə əmanət edir!
Türkiyədə təhsil xəyalını bizimlə reallaşdır!
Tibb, hüquq, mühəndislik, memarlıq və daha nələr-nələr!

Biz sizə nələr vəd edirik? 

- Qəbula 100% yazılı zəmanət;

- Hüquqi şəkildə tanınan diplomlar;

- Hərbi xidmətdən möhlət hüququ;

- "Özel Sağlık Sigortası"

- "Oturum izni" müraciətləri;

- Tələbələri yola salma;

- Türkiyədə qarşılanma;

- Yerləşdirilmə.

QEYD: İllik təhsil haqqı 300-1200 arası.

EDU Company hər il yüzlərlə tələbənin təhsil xəyalını gerçəyə çevirir. Qeydiyyat zamanı bütün sənədləşmə işləri şirkətimizin əməkdaşları tərəfindən həyata keçirilir. Büdcənizə uyğun yurtların, tələbə evlərini sizin üçün önünüzə gətiririk. Əgər ixtisas seçimlərində qərarsız qalmısınızsa bu mövzuda da daima yanınızda oluruq. Türkiyədə təhsil mütəxəsssisi ilə görüşlərin təşkili zamanı xəyalınızda olan şəhərdə sizi nələrin gözlədiyi, hansı büdcə ilə hansı şəhərdə oxuya biləcəyiniz bunların hər biri haqqında əməkdaşlarımız tərəfindən sizə ətraflı məlumat veriləcək.

EDU Company Təhsil şirkəti Türkiyənin prestijli universitetlərinə 2013-cü ildən 100% tələbə qəbulu edir! Türkiyədə təhsil xəyalınızı bizimlə gerçəyə çevirin!

Əlaqə nömrəsi: 077 478 12 02; 070 218 18 21



Sürətli Qeydiyat