09:00-21:00 İş saatları
Sınaq dərsi istə
YÖS Hazırlığı | YÖS imtahanı |

Yös

YÖS İmtahanı nədir?

YÖS İmtahanı Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahandır. Türkiyədə bakalavr təhsili almaq üçün YÖS imtahanı verilir. Bu imtahan 2010-cu ilə qədər ÖSYM tərəfindən keçirilirdi, lakin 2011-ci ildən etibarən hər universitet öz imtahanını keçirir. YÖS imtahan nəticələri sadəcə Türkiyə universitetləri üçün keçərlidir. Digər ölkələrdə bu nəticələr keçərli deyildir.

Kimlər bu imtahanda iştirak edə bilər?

Türkiyədə təhsil almaq istəyən türk vətəndaşı olmayan və ya türk olub Türkiyə vətəndaşlığı olmayan 11-ci sinif məzunları YÖS imtahanında iştirak edə bilər. YÖS imtahanı universitetlərin özünə verilir. Azərbaycanda da imtahan vermək mümkündür. İmtahan Yunus Emre Universiteti tərəfindən Bakı və Gəncə şəhərlərində keçirilir. Universitetlər öz fakültə ixtisaslarına uyğun olaraq YÖS imtahanı nəticəsi ilə tələbə qəbulu edir. Məsələn: Tibb, əczaçılıq, psixoloq, hüquq, müəllim və s. ixtisaslara daxil olma hüququ verir.

YÖS imtahanı nə zaman keçirilir?

YÖS imtahanın qəbul qeydiyyatı əsasən mart-iyun aylarında olur. Bu zaman içində hər bir universitet öz qəbul, imtahan tarixlərini və şərtlərini açıqlayır.

YÖS imtahanı 2 mərhələdən ibarətdir:

Birinci mərhələ:

- Riyaziyyat

- Məntiq

Standart olaraq riyaziyyat 45 sual, məntiq 35 sualdan ibarətdir. Ümumi 80 sual olur. İmtahan sualları və müddəti universitetə görə fərqli ola bilər. Müddət 90 dəqiqə ilə 120 dəqiqə arasında dəyişir. YÖS imtahanında maksimum bal 100 baldır.

İkinci mərhələ:

- Türk dili

Türkiyə universitetlərdə təhsil Türk dilində olacağı üçün TYS imtahanı vermək mütləqdir. Türk dili imtahanında türk dili biliyiniz yoxlanılır və imtahanın müddəti 60 dəqiqədir.

Bəs "EDU Company" Təhsil Şirkətində YÖS dərsləri necə keçirilir?

YÖS hazırlıq dərsləri Türkiyə abu-havasına uyğun dərs otaqlarında keçirilir və təhsil almaq arzusunda olan hər bir tələbəni düşünürək həftədə 3 dəfə 2 saat riyaziyyat dərsləri, həftədə 3 dəfə 2 saat məntiq dərsləri təşkil olunur. Qısaca həftənin 6 günü sizinlə birlikdə çiyin-çiyinə vuruşuruq. 2 həftədən bir tam qəbul səviyyəsinə uyğun YÖS mövzu və ümumi sınaq imtahanları təşkil edilir. YÖS sınaq imtahanında tələbələrin zəif olduğu mövzular müəyyən olunur və ehtiyac yaranarsa əlavə dərslər keçirilir. Qeydiyyat zamanı bütün sənədləşmə işləri şirkətimizin əməkdaşları tərəfindən edilir. Biz ixtisas seçimində də daima yanınızda oluruq.

"EDU Company" Təhsil Şirkəti Türkiyənin prestijli universitetlərinə 2013-cü ildən 100% tələbə qəbulu edir! Türkiyədə təhsil xəyalınızı bizimlə gerçəyə çevirin!

Əlaqə nömrəsi: +994 77 478 12 02; +994 70 218 18 21


Sürətli Qeydiyat





Elmlər filialı
+994-77-412-12-02 Whatsapda yaz
+994-12-539-40-23
Nizami filialı
+994-77-567-12-02 Whatsapda yaz

28 May filialı
+994-70-438-12-02 Whatsapda yaz

N.Nərimanov filialı
+994-70-844-12-02 Whatsapda yaz
+994-12-564-93-67
Neftçilər filialı
+994-77-410-12-02 Whatsapda yaz

Xalqlar filialı
+994-77-432-12-02 Whatsapda yaz

Sumqayıt filialı
+994-77-677-12-02 Whatsapda yaz

Gəncə filialı
+994-70-565-12-02 Whatsapda yaz

Göyçay filialı
+994-51-444-10-44 Whatsapda yaz
+994-20-274-61-42
Xırdalan filialı