09:00-21:00 İş saatları
Sınaq dərsi istə

TEZ-TEZ VERİLƏN SUALLAR (FAQ)

"EDU Company" Təhsil Şirkətinin filialları şənbə günü daxil olmaqla, həftə içi hər gün 09:00-da 21:00-a qədər fəaliyyət göstərir. 

"EDU Company" Təhsil Şirkəti hazırda 10 filialda fəaliyyət göstərir. Filiallarımız: Elmlər, Nizami, 28 May, N.Nərimanov, Neftçilər, Xalqlar, Xırdalan, Sumqayıt, Gəncə və Göyçay filialı.

"EDU Company" Təhsil Şirkətində bütün xidmət sahələri üzrə ilk dərslər tamamilə ödənişsiz olaraq həyata keçirilir. İlk dərsdə iştirak edərək müəllimin tədris metodikası ilə tanış ola və dərslərin keyfiyyətindən tam əmin ola bilərsiniz. Biz özümüzə güvənirik və hər birinizi istədiyiniz xidmət sahəsində ödənişsiz sınaq dərslərində gözləyirik. Unutmayın, "EDU Company" təhsildə ən etibarlı bələdçinizdir!

"EDU Company" Təhsil Şirkətinin daxilində illərdir öz sözünü demiş xidmət sahələrindən biri də abituriyent hazırlıqlarıdır. 8, 9, 10, 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı "EDU Company"nin bütün filiallarında mövcüddur.  Üstünlüklərimiz:

- Qəbulla bağlı 100 % YAZILI ZƏMANƏT VERƏN YEGANƏ TƏHSİL ŞİRKƏTİ;
- Təqaüd proqramı;
- İxtisaslaşmış və peşəkar müəllim heyəti;
- Bilik səviyyəsinə uyğun yaradılan A, B və C qrupları;
- Əlavə dərs saatları;
- Valideynlərlə mütəmadi əlaqə və iclaslar;
- Ödənişsiz sınaq dərsi. 
- Kamera nəzarəti ;
- Aylıq sınaq imtahanları;
- Onlayn valideyn məlumatlandırma sistemi;
- Uğur və motivasiya seminarları;
- Sosial fəaliyətlər, gəzintilər və s.

Biz uğura gedən yolda hər zaman sizinləyik!

"EDU Company" Təhsil Şirkəti artıq uzun illərdir ki, Azərbaycan və rus bölmələri üzrə magistratura imtahanına hazırlıq həyata keçirir.

Azərbaycan bölməsi üzrə hazırlıqlarımız "EDU Company" Təhsil Şirkətinin Elmlər, 28 May, Nərimanov, Neftçilər, Sumqayıt, Gəncə filiallarında tədris olunur. Rus bölməsi üzrə hazırlıqlarımız "EDU Company" Təhsil Şirkətinin Nərimanov filialında tədris olunur.

 - Magistratura üzrə hazırlıqlarımız həm onlayn, həm də əyani şəkildə keçirilir;

 - Dərslər Məntiq, İnformatika və Xarici dil (ingilis, rus, alman, fransız) fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır.

 - Qəbul səviyyəsində ayda 2 dəfə ödənişsiz mövzu və ümumi sınaq imtahanları təşkil olunur. Sınaq imtahanlarından 90+ bal toplayan tələbələrə 1 ay ödənişsiz hazırlıq keçirilir. Onlayn və əyani olmaqla, dərslərin keyfiyyətinə zəmanət verilir. Tələbələrlə dərs ilinin əvvəli müqavilə bağlanılır. Müqavilədə həm şirkətimizin, həm də tələbələrin üzərinə düşən müddəalar qeyd olunur. Müqavilə 2 nüsxədə tərtib olunur.

Mərkəzimizdə hazırlıq qaydalarına müəyyən dəyişikliklər olunsa da əsas qaydalar olduğu kimi qalır. Tələbələrin dərsləri dərindən mənimsəmələrini rahatlaşdırmaq üçün əlavə olaraq video dərslər hazırlanıb onlara göndərilir. 

- Tam tədris paketi üzrə nəticəyə 100%-lik YAZILI ZƏMANƏT veririk;

- Hər fənn üzrə ilk dərslər ÖDƏNİŞSİZ sınaq dərsləri olur;

- Hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur;

- Yüksək nəticə toplayan tələbələrimizə əməkdaşlıq təklif olunur;

- Yay aylarında tamamilə ÖDƏNİŞSİZ yay dərsləri keçirilir;

- Respublika birincisi, ikincisi və üçüncüsünə şirkətimiz tərəfindən mükafat təqdim olunur. 

Sizi də illərin təcrübəsinə dayanaraq 100% zəmanət və büdcənizə uyğun qiymətlərlə "magistr" adını qazanacağınız ən doğru ünvanda gözləyirik!

"EDU Company" Təhsil Şirkəti Dövlət Qulluqçusu olmaq istəyənləri Dövlət Qulluğuna hazırlıq kurslarına dəvət edir. Qeyd etmək lazımdır ki, şirkətdə qəbulun hər iki mərhələsi üçün hazırlıq qruplarına qeydiyyat il boyu davam edir.  Hazırlıq prosesində dövlət qulluğu məsələləri üzrə komissiya tərəfindən təsdiq olunmuş 4 fənn peşəkar mütəxəssislər tərəfindən  tədris olunur. Ən önəmlisi, "EDU Company" tələbələrə Dövlət Qulluğu hazırlığı üzrə qəbula 100% yazılı zəmanət verir. Dərs keyfiyyətindən əmin olmaq üçün ilk dərslər ödənişsiz sınaq dərsləridir. Bu yolda ən uğurlu və ən təcrübəli bələdçiniz "EDU Company" Təhsil Şirkədir.

"EDU Company" ilə dövlət qulluğu hazırlıqlarının üstünlükləri:
• Qəbulla bağlı verilən zəmanət;
• Sadə izah və qısa konspektlər;
• Dərs vəsaitləri ilə təmin olunma;
• İxtisaslaşmış və peşəkar müəllim heyəti;
• İlk dərsdə ödənişsiz iştirak.

 

"EDU Company" Təhsil Şirkətinə müəllim vakansiyası üzrə qəbul imtahanı may ayında keçirilir. Yalnız ekstra hallarda tədris ilinin ortasında bəzi ixtisaslar üzrə vakansiya elan olunur. İşçi və müəllim vakansiyaları şirkətin feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrində elan olunur. Vakansiyalar elan olunduğu təqdirdə qeyd olunan keçidə daxil olub formu dolduraraq müraciət edə bilərsiniz: https://www.educompany.az/vacancy

Bildiyiniz kimi "EDU Company" Təhsil Şirkəti 9 filialda fəaliyyət göstərir. Təhsil haqqı ilə bağlı uyğun filiala müraciət edərək ətraflı məlumat əldə etmək mümküdür.

Sürətli Əlaqə