Missiyamız və Dəyərlərimiz

Təhsil hər bir millətin gələcəyini formalaşdıran əsas dayaqlardan biridir. "EDU Company" olaraq inanırıq ki, intellektual səviyyəsi yüksək olan cəmiyyət güclü, müstəqil və davamlı inkişaf edən cəmiyyətdir. Bu inamla artıq 13 ildən artıqdır ki, yorulmadan, fədakarlıqla və böyük məsuliyyət hissi ilə minlərlə gəncin təhsilli gələcəyinə və uğurlu karyerasına yol açırıq.

Əsas məqsədimiz - hər bir fərdin potensialını üzə çıxarmaq, bilik və bacarıqlarını inkişaf etdirməklə onu cəmiyyət üçün dəyərli şəxsiyyətə çevirməkdir. "EDU Company" üçün təhsil yalnız dərs prosesi deyil, insan həyatına edilən strateji investisiyadır.

Biz hər il yüzlərlə ailənin sevincinə, minlərlə gəncin ümidinə çevrilməyi, onların həyat yolunda etibarlı bələdçi olmağı özümüzə ali missiya hesab edirik.


Dəyərlərimiz

Sosial məsuliyyət və ədalətlilik
“Maddi çətinlik səbəbilə heç bir övlad təhsildən kənarda qalmasın” prinsipi "EDU Company"nin əsas dəyərlərindən biridir. Xidmət haqlarımız hər zaman ailələrin büdcəsinə uyğun şəkildə tənzimlənir.

Milli-mənəvi dəyərlərə hörmət
Şirkət yarandığı gündən etibarən (5 oktyabr 2013-cü il) şəhid övladları üçün təhsilin tamamilə ödənişsiz, qazi övladları üçün isə maksimum güzəştlərlə təşkili mənəvi dəyərlərə verdiyimiz önəmin bariz nümunəsidir. Hər iki valideynini itirmiş uşaqlar üçün təhsilin ödənişsiz olması da bu yanaşmanın tərkib hissəsidir.

Keyfiyyət və davamlı inkişaf
"EDU Company" daim yenilənən tədris metodikası, innovativ idarəetmə modeli və peşəkar müəllim heyəti ilə xidmət keyfiyyətini hər gün daha da yüksəltməyi hədəfləyir.

Etibar və şəffaflıq
İllər ərzində minlərlə insanın etimadını qazanmaq bizim üçün ən böyük nailiyyətdir. Şəffaf idarəetmə və dürüst yanaşma fəaliyyətimizin əsas prinsipidir. "EDU Company" bundan sonra da böyük fəxarət və məsuliyyət hissi ilə xalqının xidmətində olacaq, Azərbaycan təhsilinin inkişafı üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir. Biz hər zaman “Təhsil millətin gələcəyidir” kəlamına sadiq qalaraq, ulu öndər Heydər Əliyevin və ölkə rəhbərliyinin həyata keçirdiyi təhsil islahatları və innovativ yanaşmalardan maksimum faydalanmağı qarşıya məqsəd qoyuruq.