09:00-21:00 İş saatları
Sınaq dərsi istə

IX SİNİFLƏRİN NƏZƏRİNƏ!

Buraxılış imtahanında iştirak edəcək IX sinif şagirdlərinin nəzərinə! 


Dövlət İmtahan Mərkəzində (DİM) 2023-cü ildə ümumi orta (9-illik) təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənlərindən istifadəsi planlaşdırılan yeni imtahan modelinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə müzakirəsi aparılıb. Modelin strukturunun fənn kurikulumunun müəyyən etdiyi məzmun xətlərinə aid alt standartların  tələblərinə uyğun olması qeyd olunaraq bilik və bacarıqların qiymətləndirilməsində yeni yanaşma kimi onun tətbiqi məqsədəmüvafiq hesab edilib. Müzakirə nəticəsində yeni imtahan modelinin ümumtəhsil müəssisələrində aprobasiyadan keçirilməsi, ictimaiyyətə təqdim edilməsi, onlayn sınaq imtahanının təşkili və 9-cu siniflər üçün DİM tərəfindən hazırlanan “Qiymətləndirmə kitabçası”nda yeni modelə uyğun tapşırıq nümunələrinin verilməsi qərara alınıb.

Qeyd edilənlərin həyata keçirilməsi üçün uzun müddət tələb olunduğundan qarşılıqlı razılaşma əsasında yeni imtahan modelinin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq edilməsi nəzərdə tutulur.

2023-cü ildə isə ümumi orta (9-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ötən tədris ilində keçirilmiş imtahanın modeli əsasında keçiriləcək.