EDU KIDS, "EDU Company" Təhsil Şirkətinin azyaşlılar üçün nəzərdə tutulmuş inkişaf mərkəzi olaraq formalaşdırılmış və uşaqların erkən yaşlardan intellektual, sosial və yaradıcı bacarıqlarını dəstəkləməyi hədəfləyən xüsusi tədris platformasıdır. Mərkəzimizdə uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılmış tədris proqramları, interaktiv dərs metodları və professional pedaqoji heyət fəaliyyət göstərir.
EDU KIDS-in əsas məqsədi - uşaqların təməl biliklərini möhkəmləndirmək, düşünmə qabiliyyətini inkişaf etdirmək, dil və ünsiyyət bacarıqlarını artırmaq, həmçinin onları gələcək təhsil pillələrinə hazırlamaqdır. Burada hər bir uşaq fərdi yanaşma ilə qarşılanır və onun öz ritmində öyrənməsi üçün xüsusi metodikalar tətbiq olunur.
Xidmətlərimiz
Məktəbədər hazırlıq
6–7 yaşlı uşaqların məktəbə tam hazır vəziyyətə gətirilməsi, yazı, oxu, məntiq, dünyagörüşü və diqqət məşqləri.
İbtidai sinif hazırlığı
1–4-cü sinif şagirdləri üçün fənn hazırlığı, ev tapşırıqlarında dəstək və təməl biliklərin möhkəmləndirilməsi.
Mental arifmetika
Uşaqlarda sürətli hesablamanı, yaddaşı, diqqəti və analitik düşüncəni inkişaf etdirən beynəlxalq metodika.
Erkən inkişaf proqramları
3–6 yaş aralığında uşaqlar üçün nitq inkişafı, motor bacarıqları, loqika, sensorika və emosional inkişaf üzrə xüsusi dərslər.
Azyaşlılar üçün diksiya dərsləri
Düzgün tələffüz, nitq mədəniyyəti, səslərin formalaşdırılması və özünüifadə bacarıqlarının artırılması.
Xarici dil danışıq dərsləri
Azyaşlı uşaqlar üçün interaktiv və oyunlaşdırılmış formada:
Rus dili
İngilis dili
Alman dili
Ərəb dili
Dərslər yalnız danışıq tədrisi və gündəlik ünsiyyət bacarıqlarının formalaşdırılmasına yönəlib.
IT Kids
Uşaqlar üçün texnologiya dünyasına ilk addım: kompüter savadlılığı, oyunlaşdırılmış proqramlaşdırma, məntiq oyunları və kreativ layihələr.
Azyaşlılar üçün kompüter kursları
Kompyuterdən düzgün istifadə, klaviatura bacarıqları, təhlükəsiz internet, rəqəmsal yaradıcı layihələr və başlanğıc texniki biliklər.
EDU KIDS nəyi fərqli edir?
Peşəkar və təcrübəli müəllim heyəti
Uşaqlar üçün xüsusi hazırlanmış metodik və interaktiv dərslər
Fərdi yanaşma və inkişafın izlənilməsi
Rahat və təhlükəsiz öyrənmə mühiti
Uşaqların maraqlarına uyğun oyunlaşdırılmış tədris sistemi
EDU KIDS – uşaqların öyrənmə həvəsini artıran, onların gələcək uğurlarına möhkəm təməl yaradan etibarlı inkişaf mərkəzidir.