Oğuz Nəşriyyatı

Oğuz Nəşriyyatı “EDU Company” Təhsil Şirkətinin nəzdində yaradılmış və fəaliyyətə başladığı ilk gündən etibarən keyfiyyət, dəqiqlik və peşəkarlıq prinsiplərinə əsaslanmışdır. Effektiv idarəetmə strategiyası və düzgün inkişaf planı nəticəsində nəşriyyat qısa zamanda fəaliyyət dairəsini genişləndirərək respublikanın müxtəlif bölgələrində yerləşən kurslar, məktəblər və tədris mərkəzləri ilə möhkəm tərəfdaşlıq əlaqələri qurmuşdur.

Bu gün Oğuz Nəşriyyatı yalnız Bakı şəhərində deyil, həm də Ağsu, Şəki, Göyçay, Gəncə, Masallı, Quba, Xaçmaz, Xudat, Şəmkir, Astara, Qusar və digər bölgələrdə yerləşən tədris mərkəzləri ilə əməkdaşlıq edərək fəaliyyətini uğurla davam etdirir. Peşəkar müəllim heyəti ilə birgə hazırlanmış imtahanlar və nəşrlər yüksək keyfiyyəti ilə seçilir və ölkənin müxtəlif bölgələrində minlərlə şagird və müəllim tərəfindən etibarlı mənbə kimi istifadə olunur.

Xidmətlərimiz
1. Sınaq və qiymətləndirmə imtahanları

Blok və buraxılış imtahanları
- 1–8-ci siniflər üçün hədiyyəli bilik yarışıMagistr sınaqları
- “EDU Company” Miq imtahanları
- Sertifikat imtahanları
- Monitorinq imtahanları - məktəblər və istənilən ərazilərdə təşkil olunur
- Xarici dil imtahanları: rus, ingilis, alman, ərəb, fransız, yapon (Azərbaycan və rus bölmələri üzrə)
2. Kitab və tədris vəsaitlərinin nəşri
- İbtidai siniflər üçün tədris vəsaitləri
- 5-8-ci siniflər üçün dərs vəsaitləri
- Abituriyentlər üçün: riyaziyyat, fizika, kimya, coğrafiya, tarix, Azərbaycan dili, ədəbiyyat, biologiya, informatika, ingilis dili
- Magistratura hazırlığı üçün: məntiq, informatika, ingilis dili
- Dövlət qulluğu hazırlığı üçün: məntiq, informatika, Azərbaycan dili, qanunvericilik

3. Çap xidmətləri
- Kitabların, kitabçaların, jurnal və məqalələrin çapı
- Dissertasiya, tezis və buraxılış işlərinin çapı
- Kataloq, broşür, plakat və digər çap xidmətləri


Oğuz Nəşriyyatı olaraq məqsədimiz ölkə təhsilinin inkişafına töhfə vermək, şagird və müəllimlərin etibar etdiyi keyfiyyətli nəşrlər və imtahan xidmətləri təqdim etməkdir. Peşəkar komanda, müasir çap imkanları və geniş tərəfdaş şəbəkəsi ilə ölkə üzrə tədris məkanına dəyər qatmağa davam edirik.

Nəşrləri əldə etmək və əməkdaşlıq təklifləri üçün +994774251202 əlaqə nömrəsinə zəng edə və ya oguznesriyyati@gmail.com elektron ünvanına yaza bilərsiniz.


Sürətli Qeydiyat