Əziz balaca oxucular!
Sizin üçün hazırladığımız bu kitab məntiqinizi inkişaf etdirmək, düşünmə tərzinizi gücləndirmək və tapşırıqlara maraqla yanaşmağınız üçün yazılıb. Məntiq oyunları və tapşırıqlar sizi daha diqqətli, ağıllı və çevik düşüncəli edəcək. Məntiq insan düşüncəsinin əsas dayaqlarından biridir. Uşaqlarda məntiqi təfəkkürün inkişafı onların gələcəkdə daha düzgün qərar verməsinə, problemləri sistemli şəkildə həll etməsinə və yaradıcı düşünmə bacarıqlarını artırmasına xidmət edir. Əlinizdə tutduğunuz bu kitab 3-cü sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq hazırlanmışdır. Buradakı tapşırıqlar təkcə şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirməyi deyil, həm də diqqət, hafizə və analitik bacarıqları gücləndirməyi qarşısına məqsəd qoyur. Hər bir uşaq öz potensialı ilə bənzərsizdir. Bu kitab vasitəsilə onların təfəkkür dünyasına kiçik bir işıq tutmaq, öyrənməni maraqlı və səmərəli etmək ən böyük arzularımızdandır. İnanırıq ki, bu toplu həm şagirdlər, həm də müəllim və valideynlər üçün faydalı olacaq və uşaqların gələcək uğurlarına möhkəm bir təməl yaradacaqdır.
Müəllifin xüsusi icazəsi olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qadağandır. Kitabla bağlı irad və təklifləriniz üçün +994774251202 əlaqə nömrəsinə zəng edə və ya oguznesriyyati@gmail.com elektron ünvanına yaza bilərsiniz.