09:00-21:00 İş saatları

Ümumi tarix test toplusu (60+ mövzu sınağı)

Qiymət: 12 Azn

Sizlər üçün hazırladığımız Ümumi Tarix test toplusu son nəşr orta məktəb dərslikləri, Dövlət İmtahan Mərkəzi və Müəllimlərin İşə Qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. Topludakı testlər mövzulara uyğun ardıcıl və sistemli olaraq verilmişdir. Bu da hər bir şagirdin əldə etdiyi bilik, bacarıq və vərdişləri daha uğurlu tətbiq etməyə, mövzuları dərindən mənimsəməyə, nailiyyətlərini qısa müddətdə yoxlayıb qiymətləndirməyə imkan verir. Vəsaitdə DİM-in proqramına uyğun qapalı test tapşırıqları, sxem, cədvəl, diaqram, xəritə, açıq tipli tapşırıq nümunələrindən geniş istifadə edilmişdir.

Sizə təqdim olunan test toplusunda Ümumi tarix üzrə Qədim dövr, Orta əsrlər dövrü, Yeni dövr və Müasir dövrü əhatə edən hər bir mövzuda 30 test tapşırığı (22 qapalı, 5 açıq və 3 situasiya) yer almışdı. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. İnanırıq ki, test toplularına kifayət qədər bu tipli tapşırıqların daxil edilməsi şagird və abituriyentlərin bu cür tapşırıqlarla işləmə vərdişlərinin inkişaf etməsində mühüm rol oynayacaq. Məlum olduğu kimi, ölkəmizdə hər il fənn kurikulumlarının tələblərinə uyğun olaraq müvafiq siniflərin dərslik komplektləri nəşr edilir. Kurikulumun tətbiqi dərslik komplektlərinin hər fənn üçün müəyyən olunmuş məzmun xətləri və standartların tələblərinə uyğunluğunu zəruri edir. Həmin tələblərə əsaslanan qiymətləndirmə tapşırıqlarının hazırlanması da bu zərurətdən irəli gəlir. Odur ki, fənn kurikulumunun Ümumi tarixi fənni üçün müəyyən etdiyi 5 məzmun xətti üzrə ("Tarixi zaman", "Tarixi məkan", "Dövlət", "Şəxsiyyət", "Mədəniyyə") 7 əsas, 14 alt standartın hamısı və Elm və Təhsil Nazirliyi tərəfindən 6-11-ci siniflər üçün rəsmən təsdiq edilmiş "Ümumi tarix" dərslikləri istifadənizə təqdim edilən bu vəsait üçün əsas olub.

Müəlliflik hüquqları qanunla qorunur. Müəllifin xüsusi icazəsi olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qadağandır. Kitabla bağlı irad və təklifləriniz üçün +994774251202 əlaqə nömrəsinə zəng edə və ya oguznesriyyati@gmail.com elektron ünvanına yaza bilərsiniz.


Açıqlama