Vəliyev Ağakərim Əlövsət oğlu 1990-cı ildə Saatlı rayonu, Ortamugan kəndində anadan olmuşdur. Orta təhsilini həmin kəndin orta məktəbində tamamlamışdır. Ali təhsilini Bakı Mühəndislik Universitetində Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə almışdır. Magistratura təhsilini isə Çanakkale 18 Mart Universitetində davam etdirərək müvafiq ixtisas üzrə dərəcə qazanmışdır. Növbəti təhsilini Qərbi Kaspi Universitetində davam etdirmişdir. 2024-cü ildən etibarən "Edu Company" Nizami filialının direktoru olaraq fəaliyyət göstərir.