Əsgərov Elmar 1994-cü ildə Şəmkir şəhərində anadan olmuşdur. 2015-ci ildə Asiya Universitetində bakalavr təhsilini tamamlamış, 2017-ci ildə isə Bakı Dövlət Universitetində magistratura pilləsini bitirmişdir. 2018-ci ildə Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə doktorantura pilləsinə qəbul olunmuşdur. 2017-ci ildən etibarən "EDU Company" Təhsil Şirkətinin 28 May filialının direktoru olaraq fəaliyyət göstərir.