Hüseyn Mehtiyev Elmlər B filialının Direktor Müavini

Hüseyn Mehtiyev

Elmlər B filialının Direktor Müavini

Hüseyn Mehtiyev 9 avqust 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, 2000-ci ildə Sumqayıt şəhəri M. Müşfiq adına 34 nömrəli tam orta məktəbə daxil olmuş və 2011-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinə qəbul olaraq ali təhsilini 2015-ci ildə tamamlamışdır.

2012-ci ildən etibarən təhsil sahəsində müxtəlif idarəetmə və təşkilati vəzifələrdə çalışmış, bu müddət ərzində sahə üzrə geniş praktiki təcrübə qazanmışdır. Təhsil sektorunda 13 illik peşəkar iş təcrübəsinə malikdir. Hazırda "EDU Company" Təhsil Şirkətinin Elmlər B filialının direktor müavini vəzifəsini icra edir.