Kamran Məmmədli 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta məktəbi Sumqayıt şəhərində başa vurduqdan sonra Bakı Mühəndislik Universitetindən bakalavr pilləsi üzrə (İqtisadiyyat və İdarəetmə fakültəsi), İtalyanın Messina Universitetindən isə magistr pilləsi üzrə (International Management - Beynəlxalq İdarəetmə fakültəsi) məzun olmuşdur. Azərbaycanda və İtalyada idarəetmə üzrə bir sıra işlərdə fəaliyyət göstərərək, 2021-ci ildə "EDU Company" Təhsil Şirkətinin əvvəlcə Elmlər filialında, daha sonra isə Sumqayıt filialında direktor müavini vəzifəsində çalışmışdır.
Hal-hazırda şirkətin Nizami Filialının Direktoru olaraq fəaliyyət göstərməkdədir.