Məmmədrzayev Kənan 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetində bakalavr təhsilini, Qafqaz Universitetində isə Riyaziyyat fakültəsi üzrə magistratura pilləsini tamamlamışdır. 2017-ci ildə "EDU Company" Təhsil Şirkətində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır.
2019-cu ildən etibarən eyni müəssisənin Neftçilər və Xalqlar filiallarında rəhbər vəzifəsində fəaliyyətini davam etdirir.