Hüseynova Ləman 19 avqust 1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2004-cü ildə Bakı şəhəri 80 nömrəli tam orta məktəbə qəbul olunmuş və 2015-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsinə qəbul olaraq ali təhsil həyatına başlamışdır.
Universitet illərində müxtəlif tədbir və layihələrin təşkilatçısı olmuş, tələbə cəmiyyəti strukturlarında fakültə sədri kimi fəaliyyət göstərmişdir. Bundan əlavə, ADPU-da tədbirlərin Təşkili Komitəsinə sədrlik edərək universitetin ictimai həyatında aktiv iştirak etmişdir. Tədris və ictimai fəaliyyətlərindəki uğurlarına görə bakalavr təhsilini “Fəxri Məzun” adı ilə başa vurmuşdur.
2020-ci ildə Bakı Dövlət Universitetinin magistratura pilləsinə qəbul olunmuşdur. Eyni ildə isə "EDU Company" Təhsil Şirkətində fəaliyyətə başlamışdır. Hazırda Şirkətin Elmlər A filialında direktor müavini vəzifəsini icra edir.