Rahil Zeynalov Rafiq oğlu 16 may 1997-cu ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuşdur. 2014-cı ildə Biləsuvar rayonu 1 saylı tam orta məktəbi yüksək qiymətlərlə bitirmişdir. 2014 – 2018 illərdə Qafqaz Universiteti, iqtisadiyyat və idarəetmə fakültəsi, ”Maliyyə” ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir. 2019 – 2021 illərdə UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Bank işi” ixtisası üzrə magistr dərəcəsini almışdır. 5 ilə yaxındır ki, Microsoft Excel proqramı üzrə professional təlim keçir. Yerli və xarici şirkətlərə bu proqram üzrə sertifikasiya hazırlığı keçmişdir. Təlimçilik fəailiyyəti ilə əlaqədar 2 dəfə Microsoft şirkəti tərəfindən "Microsoft Certified Trainer" sertikatı ilə təltif edilmişdir.