Əzizov Samir Yaşar oğlu 5 oktyabr 1989-cu ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. 1996-cı ildə Bığır kənd 2 saylı tam orta məktəbinə qəbul olmuş və 2007-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəb illərində müxtəlif bilik yarışmalarında və olimpiadalarda iştirak edərək yüksək nailiyyətlər əldə etmişdir.
2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində universitetin ən fəal gənclərindən biri olmuş, əksər tədbirlərin təşkilatçısı və aparıcısı olmuşdur. Bakalavr təhsilinin 2-ci kursunda “Rakurs-S” MMC adlı tərcümə şirkətini yaratmış və böyük işçi kollektivi ilə müxtəlif xarici dillər üzrə peşəkar tərcüməçilik fəaliyyəti göstərmişdir.
2013-2016-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində magistratura təhsili almışdır. Bir çox elmi məqalənin müəllifidir.
5 oktyabr 2013-cü il tarixində "EDU Company" Təhsil Şirkətini təsis etmişdir. Hazırda 13 filialla ölkə təhsilinə böyük töhfələr verməkdə olan bu şirkətin təsisçisi və baş direktorudur.