Dövlət qulluğu kateqoriyaları | Dövlət qulluğuna qəbul | EDU Company

Dövlət qulluğu kateqoriyaları hansılardır?

Keçən məqaləmizdə sizlərə dövlət qulluğu barəsində ümumi məlumat vermişdik. Indi isə aşağıdakı mövzular haqqında ətraflı məlumat verəcəyik:

Dövlət qulluğuna qəbul necə aparılır?

Dövlət qulluğu imtahanları necə keçirilir?

Dövlət qulluğu kateqoriya nədir və keçid balı nə qədər olur?

 

Dövlət qulluğuna qəbul

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.


Dövlət qulluğu test imtahanı

Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi Mərkəz tərəfindən inzibati vəzi-fələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (ali kateqoriya dövlət orqanları və yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə həyata keçirilir. Test imtahanı inzibati dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

Dövlət qulluğu kateqoriyaları

  • 1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
    • - AA qrupu;
    • - AB qrupu;
    • - AC qrupu.
  • 2. B növü - inzibati icraçı vəzifələr üzrə:
    • - BA qrupu;
    • - BB qrupu.

Test imtahanı mərhələsində namizədlərə qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar təqdim olunur. Test tapşırıqlarının məzmunu, növü, ümumi sayı, sahələr və çətinlik dərəcəsi vəzifə altqruplarına uyğun olaraq müxtəlif olur və Mərkəz tərəfindən müəyyən edilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra - portal) yerləşdirilir. Test imtahanı Mərkəzin qərarı ilə kağız daşıyıcılarda və ya kompyuter vasitəsilə aparılır.


Dövlət qulluğu imtahanında iştirak

Test imtahanında iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçir. Portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. İmtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat test imtahanına ən azı 5 gün qalmış Mərkəzin portalında yerləşdirilir. Bununla yanaşı, namizəd test imtahanında iştirakla bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portal vasitəsilə çap edərək əldə edir. Namizəd imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini gətirir. İnzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları aşağıdakı cədvəldə göstərilmişdi.

Vəzifə

qrupu

Vəzifə

altqrupu

Altqrupa daxil olan vəzifələr

Keçid

balı

(faizlə)

АА

АА1

inzibati vəzifələrin 1-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri

85

АА2

inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri;

dövlət orqanlarında aparat rəhbərinin müavini və

şöbə müdiri;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

fondların icraçı direktoru və direktoru

80

АА3

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini;

dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

dövlət orqanlarında aparat rəhbəri;

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi;

TarifŞurasının katibi

75

АА4

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;

fondların icraçı direk torununvə direktorunun m üavini; dövlət orqanlarında aparat rəhbərinin müavini

70

АБ

АВ1

inzib ati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdiri; sektor müdiri; regional bölmənin rəhbəri

85

АВ2

inzib ati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; regional bölmənin rəhbərinin müavini

80

АВ3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

sektor müdiri; şöbə müdiri

75

АВ4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

şöbə müdirinin müavini

70

АС

АС1

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

yerli bölmənin rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri

80

АС2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

şöbə müdiri; sektor müdiri; yerli bölmənin rəhbəri

75

АС3

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

yerli bölmələrin rəhbərlərinin müavini; şöbə müdirinin müavini; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri

70

АС4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

sektor müdiri;

65

БА

ВА1

inzibat i vəzifələrin 4-cü təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

85

ВА2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsl əhətçi

80

ВА3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

75

ВА4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

70

ВВ

ВВ1

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

80

ВВ2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsl əhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

75

ВВ3

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

70

ВВ4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

65

 Əziz bakalavr diplomu olan tələblər siz də dövlət qulluqçusu olmaq istəyirsinizsə gələcəyinizi peşəkar və bu sahədə öz sözünü demiş EDU COMPANY TƏHSİL ŞİRKƏTİ nə əmanət etməlisiniz.

EDU Company  ən etibarlı bələdçiniz

   Dövlət Qulluğu haqqında  daha Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;

EDU Company Dövlət qulluğuna hazırlıq


#Dövlət Qulluğu