09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ərəb dili kursları | Ərəb dili dərsləri | EDU Company

Ərəb dili kursları

Ərəb dili

Ərəb dili – Sami dil ailəsinin   Cənub qrupunun Şimal bölməsinə aiddir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir.BMT -nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq).
Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.
BMT-nin 6 rəsmi dili və işlək dilindən biri olan Ərəb dili zəngin samit sisteminə və sağdan sola  yazılış şəkli ilə digər dünya dillərindən fərqlənir.Böyük ədiblərimizin əsərlərini  original nüsxədən oxumaq,tariximizi bilmək,ən əsası Qurani –Kərimi oxuyub anlamaq üçün bu dili bilmək lazımdır.Dinimizin dili Ərəb dilidir.Biz bu dilin tədrisində bu  bacarıqları aşılamağa çalışırıq.

Ərəb dilini öyrənmək

1)Ərəb dilinin  quruluşunun mənimsənilməsi
2)Şifahi ünsiyyət texnikaları
3)Yazı və oxuma bacarıqları
4)Mətnlərin tərcüməsində yaranan çətinliklərin  qaldırılması.
Dərs proqramı:
Əmsilə(nəhv elmi)
Bina(sərf elmi)
Bilməcələr
Atalar sözü
Audio dərslər və onların təhlili.Klassik mətnlərdən  alıntılar və onların tərcüməsi  və təhlili .Ərəb dilində dərslər səviyyələrə görə qruplaşdırılır.
1.Basic level.Burada hərflər,səslər,söz,söz quruluşu nəzərdə tutulur,şagirdə ərəb dilində yazmaq,oxumaq vərdişləri aşılanır.
2.Elementary level-Şagirdə söz,söz birləşmələri,cümlə qurma,cümlələri tərcümə etmə vərdişləri qazandırılır.


Ərəb dili tarixinə nəzər yetirsək  üç əsas inkişaf mərhələsindən keçdiyi məlum olmuşdur : qədim (V əsrədək), klassik (V–XVIII) və müasir (XIX əsrdən indiyədək) ərəb dili kimi təmsil edilmişdir. Qədim ərəblər haqqında ilk yazılı məlumata hələ eramızdan əvvəl Assuriya şahı Sarqonun (715-ci il) kitabəsində təsadüf edilmişdir. Qədim ərəb dili əsasən Suriya ərazisində tapılmış Lihyan, Əs-Səfa, Ən-Nəmarə, Zəbəd, Hərran və s. kitabələrdə əks olunmuşdur.

Təqribən XIX əsrdən başlayaraq bu günədək klassik dil əsasında inkişaf etməkdə olan müasir ərəb dili öz sələfindən arxaizmlərin atılması hesabına lüğət tərkibinin xeyli məhdudlaşması, yeni məfhumları əks etdirən söz və ifadələrin yaranması, qramatik quruluşun daha da sabitləşməsi ilə fərqlənir.

Ərəb dili dərsləri

Milli mentalitetimizin  bəhrələndiyi ,mənəvi dəyərlərimizin  əsasını təşkil edən dinimiz islam dininin dilidir.Ərəb dili son dövrlərdə  bütün maraqların ingilis dilinə yönəlməsi ,işgüzar maraqların bu yöndə  inkişaf etməsi  real həyatdakı  maddi rifahın  bununla bağlı  olmasının  düşünülməsi ilə bağlıdır.Ancaq  insanlar dərk  etməldirki, mənəvi dəyərlərimiz  məhz ərəb dili ilə bağlıdır.Ərəb dilini öyrənmək təkcə bu dili mənimsəməklə kifayətlənmir.Bu dili öyrənmək bizə nə qaytaracaqdır.Öncəliklə qeyd etmək istəyirəmki ,bir elmi öyrənmək onun zehni cəhətdən qavramaq deməkdir.Əgər  bir elm dilindən qəlbinə  enməyibsə  və sən  o elm üzrə  davranmırsansa  bu elm deyil  vərdiş halına salınmış davranışdır.Bu dili öyrənmək elmimizə elm qatacaq.Və bizə bu üstünlükləri  qazandıracaqdır.
1.Qurani-Kərimi təkcə qulaqlarınızla deyil,ruhunuzla dinləyəcəksiniz.
2.Ərəb dili bütün Avropa dilləri üçün  bir açardır.Demək olarki bütün Avropa dili cümlə sistemi ilə eyni mahiyyətə sahibdir.
3.Ərəb dilini bilmək sizin iş üçün müraciətinizdə sivinizdə  2ci dil kimi sizə üstünlük qazandıracaqdır.
4.Ərəb dilini  bilmək ərəb ölkələrində sizə yüksək avantaj qazandıracaq.Nəzərə alsaqki,inkişaf etməkdə olan  ticarət əlaqələrininin  inkişafında ərəb əmirlikləri ilə dövlətimizin günü-gündən irəliyə  apardığı  iqtisadi proqramların  güncəlləşməsi  bu dilə olan tələbatı  öz bərabərində gətirəcək.
5.Ehtiyacımız  olan  Ərəb dili  üçün yüksək keyfiyyətli kadrların olmaması gələcəksə  bizim üçün problemlər yaradacaq.Gəlin bu dili  tədris edək.Bu dilin inkişafı,diri tutulması  sizə çox avantajlar qazandıracaqdır.Biz Sizə bu dilin tədrisini EDU Company şirkəti olaraq tam təmin etməyə hazırıq.
1.Qrammatik qaydaların izahı
2.Mətnlərin orijinaldan tərcüməsi
3.Audio dərslər  və onlar üzərində iş
4.Ərəb dilində danışmaq üçün  praktiki fəaliyyət.

Ərəb dili kursları haqqında daha ətraflı məlumat üçün linkə daxil olun:

EDU Company ərəb dili hazırlığı


#Ərəb dili

Sürətli Qeydiyat