09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ərəb dili | Ərəb dili kursu | EDU Company

Ərəb dilini niyə bilməliyik ?

Ərəb dili

Ərəb dili haqqında olan bilgilerimizin bizə faydaları.

Ərəb dilinin qədimliyi ilə yanaşı zəngin  söz toplusu və əsrarəngiz tarixi vardır. Dilin tarixi çox qədim olub  dunyanin yaranma vaxtlarından sonrakı dönəmə  təsadüf edir.

Zaman keçdikcə dahada təkmilləşən ərəb dili 6 çi əsrlərdə Quranı  Kərimin nazil olması ilə ən yüksək bəlağət ve fəsahət formasına çatmış olur.

Quranda istifadə olunan Ərəb dili bu günkü zaman etibarı ilə qədim ərəb dili olsada  dilin  inkişaf caglari məhz səmavi kitab vasitəsilə olmuşdur.

Zamanımızda tədris və təlim olunan Ərəb dili

Əsasən müasir ərəb dili olub fusha (qrammatika) üslubundadır.

Lakin ərəblərin hər bir millətə məxsus oldugu kimi   bir çox dialekt sözləri ləhcələri mövcuddur.

Ərəb dunyasının 73 ləhcəsinden ən çox aralarında məhşur olan Suriya ,Misir və Xəlic ləhcələridir.

Öz dillərinə həddindən artıq hörmət edib sevən ərəblər Dilin təlim və tədrisinin təbliğ olunmasında çox səy göstərirlər.

Qeyri Ərəblərin təlimi üçün cixarılan kitablar, asan üslub qrammatika, Danışıq üçün Hivar ( dialoq) və s.

Təbii ki bu dərsler peşəkar dil mütəxəssisləri tərəfindən keçirilir. Duzgun metod və ders üslubu vasitəsilə bir necə müddətə artıq mükəmməl tələbələr yetişdirmək mümkündü.

İlkin olaraq tələbələr eyni zamanda oxuma, yazma ilə bərabər tərcümə və danışıq səviyyələrində inkişaf edirlər. Ərəb dili çətin olsada onun asan və rahat yadda qalan üslubla oyrədlmesi nəticesinde dil həvəskarları yetişdirmək mümkündür

Ərəb dili kursu

Bu gün  EDU COMPANY Təhsil Şirkəti bu sahədə öz əməyini nümayiş etdirərək ərəbşünaslara gözəl xidmət göstərməkdədir. Biz dili ən asan yadda qalma üslubu ilə çatdırır, zaman keçsəde unudulmayacaq dərslərə zəmanət veririk.

Ərəb dilini niyə bilməliyik ?

Bu dilə yiyələnməyin bir çox üstünlükləri vardır.

İlkin olaraq  Milli və Mənəvi əxlaqi dəyərlərimizin ən öndə olan sərvəti səmavi ve müqəddəs kitabımızın dilinə sahib olmaq.

Ərəb dili əsrlərlə Ulu babalarımızın , dahi səxisyyətlərimizin , Şair və Sərkərdələrimizin istifadə etdiyi bir dil olduğu üçün  bizi, tariximizin incilərini bu dil vasitəsilə də rahat araşdırma imkanı verir.

Bu gün Dünyaya inteqrasiya olan İnkişafı ilə günü gündən çiçəklənən, Ölkəmiz Azərbaycanın Böyük Ərəb dövlətləri ilə iqtisadi və ictimai əlaqələrində xüsusi ilə turizm sektorunda   Ərəb dili zəruri rol oynayır.

Bununla əlaqədar Ərəb dilini günümüzün ən çox tələb olunan dilləri siyahısında hesab etmək olar. Gələcəyini düşünərək karyera qurmaq istəyən gənc nəsil üçün məhz ərəb dilini öz dil bilgilərinin siyahısına salmasi önəmlidir.

Dil 28 hərfdən ibarət olduğu kimi düzgün metodika ilə öyrəndikdə asan yadda qala bilir.

Dilin xüsusi özəlliklərindən biri hərflərin tələffüzü zamanı baş verən səhvlərdir ki, bu zaman  söz tamam başqa məna kəsb etmiş olur. Bu cəhətdən  Ərəb əlifbasının hərflərini təkcə sağdan sola yazmaqla deyil, tələffüz və şəkillənmədədə düzgün oyrənilməsi önəmlidir.

Əgər hər hansı bir qeyri ərəb  bu dilə yiyələnmək istəsə ilk öncə düzgün pedaqoq və ya düzgün tədris məkanı seçməlidir.

Ərəb dilini digər dillərdən fərqləndirən başqa bir cəhət, hərflərə aid  yazılış üzrə qeyri adi bir incəsənətin ( Xəttatliq) olmasıdır.

Xəttatlıq - adından göründüyü kimi, bir xətt üzrə ərəb hərflərinin çox fərqli və gözəl üslubda yazılmasi deməkdir.

XƏTTAT Yazılarını biz  qədim tarixi abidələrimizin, Əlyazma kitablarımız  üzərlərində müşahide edə bilərik.

Günümüzdə bu incəsənət növü o qədər məhşur olmasada Ərəb ölkələrində xüsusi önəm daşımaqdadır. Bəzən xəttatlığın  öyrənilməsi bizdə qədim ərəb dilində olan kitabların düzgün oxuya bilməsinə göre ehtiyac duyula bilər.

Ərəb dili kursları haqqında daha ətraflı məlumat üçün linkə daxil olun:

EDU Company ərəb dili hazırlığı


#Ərəb dili

Sürətli Qeydiyat