09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Fənn hazırlığı  | Fənn hazırlığı nədir? | EDU Company

Fənn hazırlığı nədir?

Fənn hazırlığı

Fənn hazırlığı 5-8-ci siniflər üçün nəzərdə tutulmuş hazırlıq proqramıdır.

Fənn hazırlığına nələr daxildir?

Tədrisə, müvafiq siniflər üzrə keçirilən əsas fənlər daxildir. Buna baxmayaraq valideynlərin daha çox üstünlük verdiyi buraxılış imtahanı fənlərdir. Bura ana dili, riyaziyyat və xarici dil daxildir.

Fənn hazırlığının əhəmiyyəti:

‌Hər bir valideyn övladının təhsili yolunda çəkdiyi maddi və mənəvi əziyyətinin bəhrəsini görmək, ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etməsini istəyir. Çünki cəmiyyətə yayarlı vətəndaş, mövqe sahibi olmaq və uğurlu karyeranın başlanğıcı məhz təhsil həyatından başlayır. Şagird, təhsil dönəmini nə qədər səmərəli keçirsə, uğura hər gün bir addım daha yaxınlaşmış olacaqdır. Şübhəsiz ki, yüksək nəticə əldə etmənin yolu zəhmət və bilikdən keçir. Lakin bir çoxları düşünür ki, imtahana az müddət qalmış fasiləsiz çalışma yüksək nəticə üçün yetərli olacaq. Təəssüf ki, bu fikir batil inanclar kimi heç bir təsdiqi olmasa da cəmiyyət arasında formalaşmış və dərin kök salmışdır. Halbuki bir az dərindən düşünsək dərk edərik ki, 2 il müddətinə 11 ilin proqramını mənimsəməyə cəhd etmək üçün fövqəl zəkaya sahib olmaq lazımdır. Təbii ki, hər kəs bu ağır yükün öhdəsindən gələ bilmir. Çünki belə intensivlikdə çalışmaq zehnin həddindən artıq yüklənməsinə (bu da zamanla yaddaş zəifliyinə gətirib çıxarır) göz zəifliyinə, yorğunluğa və sinir sistemi xəstəlikləri kimi ciddi problemlerinə səbəb olacaqdır. Uğurlu nəticə üçün zamanında və proqramlaşdırılmış qaydada hazırlıq gərəklidir. Məktəb proqramından əlavə məşğuliyyət şagirdin bilik və bacarıqlarının daha da təkmilləşməsinə yardımçı olacaqdır. Ümumtəhsil müəssisələrində müəllim dərsin 45 dəqiqəsini 25 və daha çox şagird arasında bölmək məcburiyyətində qalır. Qavraması yüksək olan şagird izahı ilk dəfədən anlasa da, nisbətən zəif şagird proqramdan geri qalır. Və zamanla bu gerilik daha da dərinləşir nəticədə uçurum həddinə çatır. Abituriyent dönəmində şagird imtahan öncəsi nəticəsi yüksək olan müəllimlərlə nə qədər intensiv çalışsa da geriliyi tam şəkildə qapada bilmir. Nəticəsi isə uğursuzluqla bitir. Çəkilən maddi, mənəvi əziyyət və ən önəmlisi zamanı boşa getmiş olur. Bu məqamda fənn hazırlığının əhəmiyyəti ön plana çıxır. Çünki orta məktəbdən fərqli olaraq, təkmilləşdirmə dərslərinə 90 dəqiqə vaxt ayrılır ki, bu da maksimum 8 şagird arasında bərabər şəkildə bölünür. Ümumtəhsil müəssisələrində şagirddəki müvafiq fənn üzrə geriliyi aradan qaldırmaq üçün əlavə dərslərin təşkili mümkün olmadığı halda təkmilləşdirmədə bu mümkündür. Ən önəmlisi, təkmilləşdirmə dərslərində qruplar şagirdlərin baza biliyinə uyğun formada yığılır. Yəni, zəif şagird heç vaxt güclü şagirdlərin olduğu qrupda təhsil ala bilməz. Ümumtəhsil müəssisələrində isə bu tip qruplaşmanı etmək mümkün deyil. Sadaladığımız bu kimi səbəblərdən təməl fənləri (ana dili, riyaziyyat və xarici dil) 5-ci sinifdən təkmilləşdirmə ilə məşğul olsanız abituriyent dönəminiz daha rahat, nəticənizsə, yüksək olacaqdır.

 

"Edu Company"də fənn hazırlığı

"Edu Company" olaraq təhsilin keyfiyyətini daim öndə tutmuşuq. Bu səbəbdən bütün fənlər üzrə ilk dərs sınaq xarakterli təşkil olunur. Təhsil və keyfiyyətimizə əminlikdən irəli gələrək sınaq dərslərində valideynlərin də iştirakına icazə verilir. Ümumi olaraq dərslərin hər biri ayrı - ayrılıqda həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur. Tələbənin müvafiq fənn üzrə zəifliyini aradan qaldırmaq üçün ödənişsiz olaraq əlavə dərslər təşkil olunur. Aylıq və həftəlik test imtahanı ilə tələbənin bilik və bacarıqları müəyyən olunur.

Üstünlüyümüz:

Mərkəzimizdə keçirilən buraxılış imtahanında yüksək nəticə əldə edən tələbəyə güzəştli şərtlərlə təhsil almaq imkanı verilir.


#Təkmilləşdirmə

Sürətli Qeydiyat